Bütün xəbərlər
fəhlənin ölümü ilə bağlı cinayət işi açılıb
Tarix: 21-08-2025 18:47 | Bölmə: Digər

Sankt-Peterburqda yerli zavodlardan birində fəhlənin ölümü ilə bağlı cinayət işi açılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, kişi avqustun 20-də maşın avadanlığına sovrulması nəticəsində dünyasını dəyişib.
İş Rusiya Federasiyası Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan insanın ölümünə səbəb olan əməyin mühafizəsi tələblərinin pozulması maddəsi ilə açılıb.
Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin Telegram-kanalında bildirilir ki, müstəntiqlər hadisənin baş vermə şəraitini aydınlaşdırır, həmçinin əməyin mühafizəsi tələblərinə əməl olunmasına cavabdeh olan şəxsləri müəyyənləşdirirlər.




Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər