22:23 / 21-06-2026
Cenevrədə İran nümayəndə heyəti Amerikalı danışıqçılarla əl sıxmaqdan imtina etdi
22:20 / 21-06-2026
İran nümayəndə heyəti Trampın təhdidləri ilə bağlı ABŞ-a etiraz etdi
22:17 / 21-06-2026
İran Trampa qarşı etiraz olaraq İsveçrədəki texniki danışıqları dayandırdı
22:14 / 21-06-2026
Dmitriyev yadplanetlilərdən Merzi vəzifədən azad etmələrini istədi
22:12 / 21-06-2026
Uşaqlara hücum etməkdə ittiham olunacaq
22:07 / 21-06-2026
Qismən məhdudiyyətlərlə üzləşən üçüncü Moskva hava limanı oldu
22:04 / 21-06-2026
Ukrayna Silahlı Qüvvələrinə səfərbər edilmiş ukraynalı bloqçu Dençik sətəlcəmdən vəfat etdi
20:09 / 21-06-2026
Diesen: "London və NATO ölkələri vətəndaşlarını hədəfə çeviriblər"
20:06 / 21-06-2026
Rumıniya Ukrayna sərhədində dronlar səbəbindən qırıcı təyyarələrini havaya qaldırdı
20:03 / 21-06-2026
4,3 bal gücündə yeni zəlzələ qeydə alınıb
20:00 / 21-06-2026
Tramp İranı daha güclü zərbələrlə hədələyir
19:56 / 21-06-2026
90-cı və 2000-ci illərin hitləri haqqında serial "Pilot" festivalında baş mükafat qazandı
19:52 / 21-06-2026
Yaşlı bir qadın ölüb
19:50 / 21-06-2026
Simonyan Rusiyanın Qərbə ultimatum verə biləcəyini etiraf etdi
19:47 / 21-06-2026
Simonyan Avropanın bir vaxtlar özünü demokratik adlandırdığını xatırlatdı
19:44 / 21-06-2026
Simonyan Rusiyaya daxil olan ermənilərin sosial media hesablarının yoxlanılmasını təklif etdi
19:41 / 21-06-2026
Ağac kanat yolunun üzərinə aşıb yeddi nəfəri ilişib qalıb
19:37 / 21-06-2026
"Makron devrildi" deyə, qışqıran fransız təqaüdçü jandarmlara atəş açdı
19:35 / 21-06-2026
Tramp ABŞ-ın Hörmüz boğazından keçən tankerlər üçün neft rüsumu ala biləcəyini irəli sürdü
19:32 / 21-06-2026
Azərbaycan yaxınlığında Xəzər dənizində neft dağılması
19:28 / 21-06-2026
Tramp Starmerin istefa verəcəyini söylədi
19:26 / 21-06-2026
İki balıqçı həlak olub
21:04 / 18-06-2026
Sürücü yol polisi əməkdaşının həyatı və sağlamlığını təhdid etməkdə təqsirli bilinib
21:01 / 18-06-2026
ABŞ İrana neft güzəştlərini əhəmiyyətsiz hesab edirdi
20:56 / 18-06-2026
Zaxarova Ermənistandakı hərbi təlimləri təhlükə adlandırdı
20:51 / 18-06-2026
İran suverenliyini müdafiə edərək qalib gəldi, amma ABŞ-dan gələn 300 milyard dollar sual altındadır
20:48 / 18-06-2026
Qonşusunu öldürdüyünə görə 8 il müddətinə koloniyasında cəza çəkəcək
20:45 / 18-06-2026
Rusiya Xarici İşlər Nazirliyi yeni AB sanksiyalarına sərt reaksiya ilə bağlı xəbərdarlıq etdi
20:43 / 18-06-2026
Heqset Polşada daimi hərbi baza yaratmaq planlarını dəstəklədi
20:36 / 18-06-2026
Rusiya Xarici İşlər Nazirliyi: Heç bir hava hücumundan müdafiə sistemləri NATO ölkələrini cavab zərbələrindən xilas edə bilməz
20:34 / 18-06-2026
2 kq narkotik daşıyan kuryer saxlanılıb
20:30 / 18-06-2026
İsrailin keçmiş kəşfiyyat rəisi Netanyahunun həbs olunacağını etiraf etdi
20:27 / 18-06-2026
Beynəxalq Beynəxalq Beynəxalq Federasiyasının Prezidenti Rusiya müxalifətinə görə istefa verir
20:24 / 18-06-2026
Məhkəmə bir qadını anasının ölümündə günahkar bilib
20:22 / 18-06-2026
Bir qadın uşaqlarını götürüb Suriyada terrorçular tərəfində döyüşməyə gedib
20:19 / 18-06-2026
ABŞ-da polis əməliyyatında uşağın ölümündən sonra etirazlar başlayıb
20:17 / 18-06-2026
Zaxarova avropalı diplomat Kaja Kallasın yalan danışdığını iddia etdi
20:13 / 18-06-2026
Ögey atasını döyməkdə təqsirli bilinib; o, aldığı xəsarətlərdən ölüb
20:11 / 18-06-2026
Çayda batmış oğlanı təxminən 4000 nəfər axtarır
20:09 / 18-06-2026
Netanyahu bildirib ki, İsrail bütün təhdidlər aradan qaldırılana qədər Livanı tərk etməyəcək
Sulara danışdım yuxularımı-Ramiz QASIMOV
Tarix: 18-05-2022 03:08 | Bölmə: Ədəbiyyat

Şair İbrahim Yusifoğlunun xatirə-memuar səciyyəli poemaları
Şair İbrahim Yusifoğlunun “Analı, anasız dünyam”, “Sulara danışdım yuxularımı”, “Armud ağacıyla yarımçıq dərdləşmələrim” kimi poemaları xatirə-memuar tipli avtobiqrafik və etnoqrafik səciyyəli olmaları ilə diqqəti cəlb edir. Hər üç əsəri də bir-birinə bağlayan el-oba məhəbbəti, milli dəyərlərə bağlılıq, insan, vətəndaş sevgisi və nostalji duyğulardır. Bu əsərləri bir-birinə yaxınlaşdıran həm də formalarıdır: bu poemalarda nəsrlə nəzm bir-birini izləyərək dastan təsirini bağışlayır. Nəsrlə verilən izahatlar və ardınca lirik-epik şəkildə təqdim edilən şeir bu əsərlərə dastan janrını yada salır. Bu əsərlər bir daha Xalq şairi Məmməd Arazın “Ata ocağı” kimi lirik-epik poeması və “Anama məktublar” silsiləsini xatırlatmaqla Məmməd Araz ənənələrinin davamı olduğuna işıq tutur. İkihissəli bu poema “Anam Zəhranın əziz xatirəsinə” epiqrafı ilə başlayıb, anaları mədh, tərənnüm misraları ilə davam edir. Bu misralarda saf, səmimi ana məhəbbəti və anaya məhəbbət duyğuları yer alıb. Bu misralardan saçlarını süpürgə edib övladlarının ömür yollarını hər cür bəla-xətərdən təmizləməyə hazır, kipriklərində od götürən, qəlbində sarsılmaz bala məhəbbəti və gözlərində dərin övlad nigarançılığı oxunan əzəmətli, məlahətli ana obrazı, zamana, həyata sinə gərən zərif tənli aslan ürəkli ana siması canlanır. Poemanın:
Biz incik deyilik, ey Tanrı, səndən,
Kaş kimsə atasız yaşa dolmasın.
Ay ana, tez yapış əllərimizdən,
Bizim əlimizdən tutan olmasın–
misraları kədərlə ümidin çulğaşdığı bənd olaraq ana və atanın övlad həyatındakı sarsılmaz mövqeyinə şükürnamədir.
Poemanın ikinci hissəsinin “Mən hələ bu boyda dərd görməmişdim” və “Anam mənim üçün bütöv şeirdi” bölmələri ana itkisi və ondan doğan kədəri əks etdirmək baxımından əhəmiyyət daşıyırlar. Müəllif ana itkisi və ondan doğan sonsuz kədəri söz və misra hayqırtısı ilə sanki təqdim edir. Bir övlad üçün ana itkisi hansı kədəri yaşadırsa, burada da məhz həmin hiss və duyğuları yaşamış oluruq. Müəllif fərdi hisləri ictimai duyğulara çevirməyi bacarır və ədəbiyyatın dili ilə bir əvəzsiz ana üçün yas saxlayır, oxucularını da bu təziyəyə qoşmuş olur:
O günü göylərdən kədər yağırdı,
Tanrını bu boyda sərt görməmişdim.
Ay ana, ölümün yaman ağırdı,
Mən hələ bu boyda dərd görməmişdim.
Ay ana, versəm də ömür varımı,
Dərdinə bir əlac edə bilmədim.
Üstünə ələnən göz yaşlarımı
O gün acizlikdən silə bilmədim.
Şair təkcə anaya öykü və vəsf taktikası güdmür, həm də ana məhəbbətinə layiqli bala sədaqəti də nümayiş etdirir, onu öz yaradıcılığı üçün “bütöv şeir” adlandırır:
Qəlbim ovsunlanıb laylalarından,
Onun söz dünyası ünyetməz yerdi.
Sənət dünyasında hər zaman, hər an,
Anam mənim üçün bütöv şeirdi.
200-ci ildə tamamlanmış bu poemanı Naxçıvan ədəbi mühitində ana mövzusunda yazılmış irihəcmli əsərlərin arasında ən yaxşı əsərlərdən biri kimi təmsil olunduğunu deyə bilərik. Əsərdə müəllif ana və bala sevgisini səmimi, inandırıcı şəkildə təqdim edir və ananın övlad dünyasındakı yerini xatirələrilə birlikdə olduqca həssas poetik notlarla təqdim edib.
Artıq qeyd etdiyimiz kimi, şair İbrahim Yusifoğlunun yaradıcılığında xüsusi yeri olan “Sulara danışdım yuxularımı”, “Armud ağacıyla yarımçıq dərdləşmələrim” və “İydəli dərənin uşaqları” əsərləri özünün məzmun, ideya-estetik təsir və quruluşu etibarilə bir-birilə əlaqələnən və məzmunca tamamlayan əsərlər silsiləsini və ya trilogiyasnı xatırladır. Hər üç əsərdə avtibioqrafik və etniqrafik pafos çoxluq təşkil edir. Müəllifin xatirə-memuar tipində yazdığı bu əsər görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması iləəsasını qoyduğu yeni əsər tipinin davamı kimi əhəmiyyətli mövqe təşkil edirlər. Müəllifin “Sulara danışdım yuxularımı” poeması daha geniş, əhatəli və faktoloji baxımdan zəngindir. Sənədli-avtobioqrafik əsərolan bu poemada öz-el obasınının həsrətilə yaşayan yaşlı bir adamın yuxularından ibarət bir əsər təsiri bağışlayır. əsər məəllifin Axura və Havuş kəndlərində dünyasını dəyişmiş insanların əziz xatirəsinə ithaf olunub. Müəllif Axura deyə kəndlərinin adını Zərdüştün xeyir allahının adı ilə əlaqələndirərək ümumiyyətlə Allahın xeyir haqqındakı ayəsilə əsərə giriş edir və müəllifin Allaha yalvarış-duası təsirini bağışlayır. Əsərdə müəllif özü haqda tərcümeyi-hal xarakterli poetik məlumat təqdim edir. Həyat deyilən yolda bütün çətinlikləri ananın əzmi və qeyrətilə aşan və böyüyən atasız uşağın təsvirini də həssas və kədərli misralarla oxucusuna çatdırır. “Özüm haqqında”, “Məni kövrəldidi kövrək yuxular”, “Ana kəndim, qayıtmışam qoynuna”, “Novruz bayramında”, “Çiçəklə, çiçəklə, Badam ağacı”, “Qaradaş ocağı”, “Sırfa daş hekayəti”, “Hadıqayıb əfsanəsi”, “Danaqalası yayalağında”, “Təkarmud”, “Havuş kəndi”, “Qaçaq İbrahim”, “Tamaşalı yaylağında”, “Sarıbulaq yaylağında”, “Mail xan”, “Son söz” başlıqlarından ibarət qurulmuş poemada sanki müəllifin doğulduğu Axura kəndinin həm coğrafiyası, həm onomastikası, həm də etnoqrafiyası çox uğurla bəhs edilmişdir. İnsanların sosial həyatı, həyat və düşüncə tərzi, güzəranı və psixologiyası, inamı və adət-ənənələri, yaşadıqları yerlər və s. çox ustalıqla özünə yer almış və əhatələndirilmişdir. Əhalinin məşquliyyəti, yer-yurd adları, əfsanə və ianmları onların düşüncə tərzi və psixologiyasının təzahürü olaraq məharətlə mənalandırılıb. Bir insanın taleyi bir elin-obanın taleyi olaraq ümumiləşdirildiyi kimi, bir elin öz yaşayış yerinə olan məhəbbəti, bağlılığı, qarşılıqlı ünsiyyəti və s. vətənə məhəbbət, ictmiai birlik və həmrəylik kimi mənalandırılmışdır. İnsanların həyat tərzi, xüsusilə əxlaqı, isməti və qeyrəti möhkəm törələrə sahib bir oğuz-türk elinin nişanəsi olaraq çox ustalıqla əks edilmişdir.
“Armud ağacıyla yarımçıq dərdləşmələrim” qeyd edilən “Sulara danışdım yuxularımı”əsərinin davamı təsirini bağışlayır. Burada bir insanın həyat hekayəsi əsas mövzudur. Müəyyən mənada, didərginlik və vətən həsrəti başlıca yeri tutub. Müəllif öz timsalında bir evdən digər evə köçmənin psixologiyası və duyğularını, yeni evdəki əhvalı və yaşantılarını əks etdiribsə, qonşusunun taleyi timslında erməni işğalçılığının nəticəsində Qərbi Azərbaycandan didərgin olmuş bir insanın daha geniş və daha çətin olan hiss, duyğu və çətinliklərini ümumiləşdirib. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında hər hansı bir obyektə - ağaca, dağa, dənizə, çaya, quş qatarına və s.müraciətlə yazılmış əsərər az deyil və bu, bir ədəbi ənənə, bir vasitədir. Ağaclar arasında ən çox çinar və tut ağaclarına əsərlər yazılmışdır. Mənən təklənmiş həsrət dolu bir adamın bir ağacla dərləşməsi əsərin zahiri quruluşu, formasıdır. Müəllif bütün yaşantılarını burada əks etdirir və dilə gətirir. Burada həm el-oba məhəbbətini ifadə edir, həm də vətənin məruz qaldığı faciəvi günlərin, işğalçılıq döyüşlərinin, erməni fitnələrinin kədərli nəticələrini də əks etdirir. Əsərdə maraqlı nüanslardan biri də şairin nənəsinin dilindən nəvə-nəticələrin taleyinin babalarının taleyinə oxşamaması, müharibə görməmələi arzusunu ifadə etmə məharətidir. Poemada:
Nənənm qorxa-qorxa baxır
Sonbeşik oğluna, nəvələrinə.
İlahi, bir cüt almadılar elə bil.
Necə dəoxşayırlar onun
41-45 davasından
Qayıtmayan oğlanlarına, ərinə.
Müəllif Böyük Vətən müharibəsində həlak olan doğmalarının faciəvi taleyinin onun övladlarının, nəvə və nəticələrinin taleyində təkrarlanmamasını istəyir. Çox məharətlə ifadə edilən bu uğurlu misra İbrahim Yusifoğlunun şairlik istedadı və təbinin əyani ifadəsi kimi təzahür tapır. Əsərin sonunda nənəsinin adından təqdim etdiyi “Qurbanlar deyir Gələcək aylara, illərə, Xoşbəxtlik diləyir Gələcək günlərə!” misraları ilə əsəri ümidverici sözlər və nikbin fikirlərlə tamamlayır, xoş niyyət və arzularını ifadə edir.
Memuar-etnoqrafik tipə daxil olan “İydəli dərənin uşaqları” poeması da müəllifin uşaqlıq xatirələri əsasında yazdığı nostalji duyğularının ifadəsi olan növbəti əsəri, əvvəlki əsərlərinin davamı təsirini bağışlayan poemasıdır. Bu poemada da müəllif doğma kəndi və uğaqlığından qalan xatirələri ümumiləşdirir, uşaqların oyun və asudə vaxt mədəniyyətlərini, yer-yurd adlarını, uşaqlıqda olan həyat tərzi kimi məsələləri əks etdirir. Uşaqlığına qayıtmaq və nostalji duyğulara dalmaq istəyənlər üçün gözəl nümunələrdən olan bu əsərdə 4 hissədə ümumi fikirlərini çatdıra bilir. Şair birinci hissədə kəndləri haqqında bəhs açır. Kəndin müxtəlif yerlərindən biri də əsərin adı ümumiləşdirilmiş “İydəli dərə”dir ki, uşaqların ən çox gün-güzəran, vaxt keçirdikləri bir yerdir. Müəllif təntənə, sevinc və uşaq həvəsini poetik biçimdə ifdə etmək məqsədilə “İydəli” dərə haqqındakı tanıtma, tərənnüm, təsvir və vəsf hissəsini beş hesalı dördmisralı şeir şəklində əks etdirir. Oynaqlıq bu şeir şəklinin ahəngindən doğur və buna görə də şairin həvəslə söz açdığı uşaqlıq duyğularını bu ölçü uğurla təzahür etdirir və oxucusuna da yaşatmağa nail olur. Lakin ikinci hissədə müəllif xatirə danışır və uşaqlıq xatirələrini oxucuları ilə bölüşmək istəyir. Burada təsvir və təqdim ön plandadır: şair dostları, kənd uşaqları, onların xasiyyət və davranışları və s. haqda məlumat verici bir pafos güdür. Yeddihecalı şeir forması axıcılığı və sürəkliliyi ilə bu hissləri oxuculara çatdırmağa imkan verir. Poemada uşaqların ən çox oynadığı “gizlənparç”, “qərcimədaş”, “çiling-ağac”, “qayışagirmə” və s. oyunlarının adı çəkilir və icra tərzi göstərilir. əsərdə bir kənd uşağının həyat tərzi mükəmməl göstərilməklə, kəndin bütün coğrafiyası, toponimikası, dağ, dərə və təpələri – “Dikarx”, “Qumbaralı dərə”, “İydəli dərə”, “Ərdağı” və b. yerləri uşaqların məşğuliyyəti kontekstində təqdim edilir, içərisində macəra olan mükəmməl bir xatirə əsəri ortaya qoyulur. Müəllifin bu və buna oxşar əvvəlki iki əsəri də Xaql şairi Məmməd Arazın “Atamın kitabı” poemsası və “Mənim Naxçıvanım” sənədli-publisitik məqaləsini çox xatırladır. Xalq şairi Məmməd Arazın ənənələrinin davamı olan belə əsər nümunələri Naxçıvan ədəbi mühitində sabitləşmiş və özünə bir ədəbi ənənə yaratmıdrı. Əsərin maraqlı yerlərindən biri də poemadkı uşaqlara öz “qəhrəmanlıq dolu macəraları”ndan bəhs edən Musa kişidir. Məlumdur ki, hər kənddə bu xarakterdə bir adam olur və özünün “yalan hekayələri” ilə uşaqları əyləndirir. Bu, həm də xalq ədəbiyyatında bir janrdır. Uşaqları şirin yalanlar içərisində əyləndirmək və onlara haqla nahaqqı, yaxşı ilə pisi, doğru ilə yanlışı, qorxaqlıqla igidliyi, xeyirlə şəri və s. göstərmək, öyrətmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Uşaqların xəyal dünyasının inkişafı və qəhrəman xarakterinin formalaşması istiqamətində bu “şirin yalan”ların böyük əhəmiyyəti çoxdan qeyd edilmişdir. Bu bxımdan Musa kişi də Axura kəndinin uşaqlrı üçün “macəraçı nağılbaz” obrazını uğurla yerinə yetirən insanlardan biri kimi ümumiləşib və yadda qalıb. Poemanın sonundakı misralar isə əsəri bir nağıl tipi olduğunun ifadəçisi olan misralar olaraq təsir bağışlayır:
Hə, uşaqlar. Ta bəsdi.
Çox çağladım, çox daşdım.
Görün sizə nə qədər
Xatirələr danışdım.
Son istəyim budur, bu,
Tezcə yaşa dolasız.
El-obanı sevməkdə
Bizim kimi olasız.
Bu misralar və söylənilən əhvalatlar həm də əsərin vətənpərvərlik ideyalarını ehtiva etdiyinə əyani təsdiqdir. Vətəni, el-obanı sevmək, harada olursansa-olasan, öz elinə, kəndinə, xalqına bağlı qalmaq əsərin başlıca ideyasını təşkil edir.
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Baxış sayı: 1 263
Bölməyə aid digər xəbərlər

4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!