19:45 / 21-09-2026
Oğlunun şəhadətinin 3-cü ildönümündə vəfat etdi - Foto
19:39 / 21-09-2026
Ayıları qorxutmaq üçün gecə reydləri keçirilir
19:36 / 21-09-2026
Ukrayna ölüm haqqında oxumamaq üçün himnini dəyişdirmək istəyir
19:33 / 21-09-2026
Ekspert Trampın Rusiyaya təzyiqi nə vaxt artıra biləcəyini izah etdi
19:29 / 21-09-2026
Bloqçu Nekoglay Moldovada narkotik qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb
19:24 / 21-09-2026
Professor Fenenko ABŞ-ın Qrenlandiya ilə bağlı yeni taktikalarını izah etdi
19:19 / 21-09-2026
Tramp Ukraynadakı münaqişəyə son qoyulmasının vacibliyini bəyan etdi
19:17 / 21-09-2026
Belarusun Qərb üçün gübrəsi qalmayıb
19:14 / 21-09-2026
Zelenski ilə Tramp arasında mümkün görüşün tarixi açıqlanıb
19:11 / 21-09-2026
Yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
19:08 / 21-09-2026
17-ci uşağını dünyaya gətirib
19:05 / 21-09-2026
Özbəkistan Prezidenti Putini seçkilərin uğurlu keçirilməsi münasibətilə təbrik etdi
19:02 / 21-09-2026
Politoloq Merzin XDU-nun uğursuzluğundan sonra niyə ayrılmaq istəmədiyini izah etdi
18:57 / 21-09-2026
Bir iş adamı təhlükəli hava nəqliyyatı ilə bağlı 4,5 il müddətinə azadlıqdan məhrum edilib
18:45 / 21-09-2026
Tramp Rusiya dizel yanacağı istehsalına nəzarət etmədiyini deyir
18:40 / 21-09-2026
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
18:36 / 21-09-2026
ABŞ jurnalisti Rusiyadakı seçkilərin azad və şəffaf olduğunu bildirib
18:30 / 21-09-2026
Bir qız polis maşınlarını yandırdığına görə ev dustaqlığına buraxılıb
18:25 / 21-09-2026
Volodin Dövlət Duması seçkilərinin nəticələri ilə bağlı şərh verdi
18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
İNAMI GÜLLƏLƏNƏN ŞAİR-Ramiz QASIMOV
Tarix: 14-05-2022 22:49 | Bölmə: Ədəbiyyat

Şair İbrahim Yusifoğlunun poemalarında Azərbaycan xalqının tarixi taleyi məsələsi
Şair İbrahim Yusifoğlunun bədii yaradıcılığında Azərbaycanın tarixi taleyi məsələsi də əhəmiyyətli şəkildə yer alıb. Şair bu əsərlərində Naxçıvan haqqında xüsusilə bəhs edir. Naxçıvanın sürətlə inkişafı, yenidən qurulması və müasir görkəmə düşməsi poemalarında xüsusi yer almışdır. Bu mövzu və tendensiya şairin digər bir lirik-epik poeması olan “Bu nəğməm sənədi, doğma Naxçıvan” əsərində davam etdirilmişdir. Əsər ideya və məzmunca “O, Günəş ömrüdür, sönməyəcəkdir” lirik-epik poemasının davamı təsirini bağışlayır. Əsər həm də publisistik ballada təsirini bağışlayır. Ulu Öndər Heydər Əliyevin müdrik kəlamlarının epiqraf seçilməsilə başlayan əsər vətənə məhəbbətin himni və marşına çevrilən “Vətən nəğməsi” şeirilə başlayır. Üç bənddən ibarət olan bu şeir forma-janr etibarilə cəngi notları üzərində yazılmaqla marşı xatırladır:
Nəğmələrin ən qədimi, ulusu,
Meyvələrin ən şirini, sulusu,
Bulaqların ayna kimi durusu –
Vətən nəğməsi!
Bu nəğmənin hər misrası “Cəngidir”,
Al qırmızı hər kəlmənin rəngidir,
Dar anında bir oyanış zəngidir –
Vətən nəğməsi!
Şair “Yollar gəlir Naxçıvana” başlıqlı hissə ilə Ulu Öndər Heydər Əlieyevin xilaskarlıq missiyasının başlanğıcı olan Naxçıvana qayıdışının verdiyi töhfələr haqqında bəhs edilməklə böyük uzaqgörənlik, müdrik fəaliyyət və xalqa məhəbbətin nəticəsi olaraq Naxçıvanın yenidən qurulması, inkişafı və müasirləşməsi hadisəsini təfərrüatı ilə təsvir edən “Bu nəğməm sənədir doğma Naxçıvan” hissəsilə davam etdirilir. Şair “haşiyə”lərlə də fikirlərini inkişaf etdirib zənginləşdirir, “Xalqı bəlalardan qurtardın, baba” hisəsilə müdrik və xilaskar liderə məhəbbətlə edilən ümumxalq alqışlarının ümumiləşdirir, onun nəhəng, nurlu obrazını yaradır.
Naxçıvanın quruculuq tədbirlərini, yenilənmiş, müasirləşmiş və gözəlləşmiş yeni halını İbrahim Yusifoğlunun “Bu nəğməm sənədir, doğma Naxçıvan” poemasında daha əhatəli və məzmunlu görmək mümkündür. Qocaman şair İbrahim Yusifoğlunun bu lirik-epik poemasında təkcə vüsət, təsvir və tərənnüm deyil, həmçininquruculuq ünvanlarına nəzərən yenilənmənin təhlili vardır. Bu nümunədə şair təkcə seyirçi qalaraq təsvir etmir, həm də vətəndaş məsuliyyəti və mövqeyindən çıxış edərək prosesi bilavasitə cari və perspektiv olaraq təhlil etməyə çalışır. Bununla da insan amilinə fikri yönləndirməyə səy göstərir. İbrahim Yusifoğlu əsərdə Naxçıvan obrazınatarixilik və müasirlk, köhnəlik və yenilik, qədimlik və müasirlik prizmasından yanaşaraq əks etdirməyə müvəffəq olur. Məsələn:
Memar Əcəminin gənc nəvələri,
Tikirlər, qururlar, gözəlləşirsən.
Müstəqil günündən ta üzübəri,
Gözəl diyarlara bərabər, birsən.
Şair Naxçıvanın kədərli və qəmli, bəlalı, dumanlı günlərindən bugünkü toy-büsatlı, bər-bəzəkli günlərinə nəzər salaraq da yenilənmə, inkişaf prosesini canlandırır:
Daha əl götürübsən kədərindən, qəmindən,
Bir əlamət qalmayıb dünənki görkəmindən.
Yöndəmsiz döngələrin təbilləri çalınıb,
Yerlərində qəlb açan xiyabanlar salınıb,
Neçə köhnə tikili yeni görkəm alıbdı,
Milli naxışlarıyla binalar ucalıbdı.
Şair İbrahim Yusifoğlu konkret quruculuq ünvanlarını göstərmək və təsvir etməklə müasir Naxçıvanın əzəmət və yenilik xəritəsini cızır, yenlənmənin inkişaf trayektoriyası, həddi və əhatəsini təqdim edir. Poemada ulu öndərə xitabən yazılmış hissədən sonar böyük quruculuq ünvanlarından olan dahi liderin adına açılmış Naxçıvanın mərkəzindəki əzəmətli Heydər Əliyev Muzeyindən bəhs etməklə, digər mədəniyyət məbədlərinə - Cəlil Məmmədquluzadənin ev muzeyi, Hüseyn Cavid məqbərəsi, Əcəmi seyrangahı, Bazargöl və Qızlar bulağı, Böyük bağ, Ədəbiyyat muzeyi və Naxçıvan Dövlət Universitetinə həsr edilən bölmələrlə davam və inkişaf etdirir.
Şair poemanın “Böyük bağ” adlanan hissəsində köhnə Naxçıvanın, daha doğrusu, köhnəliyi, yöndəmsizliyi, əlverişsizliyi tənqid edərək yenilənmənin gətirdiyi estetik zövq və mənəvi toxtaqlığı əks etdirir, aparılan işləri təqdir edərək yenidənqurmaya çağırış səsəlndirir. Şair poemada Naxçıvan şəhərinin ən gözəl və müasir quruculuq ünvanlarından olan Böyük bağın, Əyləncə Mərkəzinin, Əcəmi Seyrəngahının, Qızlar Bulağının və b. adlırını çəkib təsvir edir, konkret yerlərlə cızdığı yeni Naxçıvanın doğurduğu mənəvi zövq və öyüncəkliyi təqdim edir. “Tikilir, qurulur qədim Naxçıvan, Hər an gözəlləşir bu xoş günündə”, - deyən müstəqilliyin müasir Naxçıvana bəxş etdiyi xoşbəxtlik və səadəti alqışlayır.
İ.Yusifoğlunun “Mənim inamımı güllələdilər” poeması Azərbaycan tarixinin qanlı qara Yanvar hadisələrinə həsr edilib. 1990-cı ilin 19-dan 20-nə keçən gecə baş verən bu qanlı hadisə Azərbaycan xalqının humanizmə, sülhə və dostluğa olan inamımı güllələməişdi ki, şair İ.Yusifoğlu da məhz bu mövzunu öz əsəri üçün müəyyənləşdrmiş və uğurlu bir poema ortaya qoymuşdur.
İki hissədən ibarət olan poemada Yanvar hadisələrinə aparan yol, Yanvar hadisələrinin baş verməsi, günahkarları və s. poetik pafosla, acı və kədər dolu misralarla ifadə olunur. Şair bu hadisələrin başlanmasına ideya köməkliyi edən mənfur erməni ideoloqu Zori Balayana müraciətlə yazılmış ““Ocağ”ın müəllifinə” başlıqlı şeiri ilə münasibət bildirir. Bundan sonra baş verən müxtəlif hadisələr poemanın ayrı-ayrı bölmələrində bəhs açılaraq oxucunun ədəbi yaddaşına mənimsədilir. Qorbaçovun yenidənqurma şüarı altında həyata keçirdiyi ikiüzlü siyasət, ermənilərin fəallaşması və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi haqqqında verilən saxta qərar, aparılan missiya, xalqın bütün gücü və birliyilə 1988-ci ildə kütləvi etirazlara qalxması, hadisələrin milli azadlıq ideyaları ilə daha da inkişafı, meydan hərəkatı poemanın giriş xarakterli birinci hissəsində bəhs edilirvə Qara Yanvara aparan ictimai-siyasi hadisələr olaraq səciyyələndirilir. Şair poemanın ikinci - əsas hissəsində təkcə 20 Yanvar hadisələrindən deyil, həm də Azərbaycanın ərazi bütövlüyünə müdaxilə, hərbi təcavüz istiqamətində xain erməni silahlılarının havadarlarının köməyi ilə Naxçıvan ərazilərinə hücumlarından da ətraflı bəhs açır. Sədərək kəndi ətrafında gedən qanlı döyüşlər və naxçıvanlıların el birliyilə bu döyüşlərdə fəal iştirakı poemanın əsas hadisələrini təşkil edir. “Qeyrət qalası Sədərək kəndi”, “Şərur şəhərindən Sədərəyədək”, “Kimin günahıdır, zəifliyidir”, “Şərur şəhərində, xəstəxanada” kimi bölmələrdə Naxçıvan hadisələri əks etdirilir. Erməni vandalizminə qarşı əhalinin birliyi, mübarizə əzmi, vətənpərvərlik və şücaətlə dolu fəaliyyətlri və s. geniş bəhs mövzusuna çevrilir. Silahsız adamların döyüş qeyrətli ürəyi ilə müharibəyə getməsi bütün zamanlar üçün vətənə məhəbbətin və qəhrəmanlığın nümunəsi olaraq əks olunur. Bütün adamları – cinsindən, yaşından asılı olmayaraq bütün insanların Naxçıvanın ərazi bütövlüyü uğrunda müdafiə hərəkatına qoşularaq qorxmadan döyüşlərəatılması misilsiz qəhrəmanlıq örnəkləri, əsl vətəndaş davranışları olaraq tarixləşdirilir, gələcəyə xədəbi yaddaş formaında olsa da, miras olaraq saxlanılır. “Elimin matəm günüdə”, “Bura paytaxt Bakıdır” bölmələri bilavasitə Qanlı Yanvar hadisələrindən bəhs açır, onun dəhşətlərini əks etdirir. Bir az sonra müəllif bu dəhşətli günlərin acı və kədərli nəticələrini saxlayan, ifadə edən “Kapitan Seyidov küçəsindəyəm”, “Sağalmaz bala dağı”, “Şəhid bacıları”, “Sizi dərəmmədim, lalə, nərgizim”, “Ölümü tanrıdan gələn qardaşım” kimi hissələrdə yanıqlı ifadələr və kədərli notlarla bəhs açır. “Kapitan Seyidov küçəsindəyəm” hissəsində şair Sədərək döyüşlərinin böyük qəhrəmanlarından olan Azərbaycanın Milli Qəhrəmanı kapitan Məhərrəm Seyidov haqqındakı təəssürat və xatirələri vərəqləyir, onun igidlik və qəhrəmanlığına işıq tutr. Poemanın adıgedən hissələrindən biri öz kədəri ilə daha çox seçilən bir hadisəyə - mənfir erməni quldurlarının atdığı raket və top zərbələrinin canına qıydığı iki körpə balanın – Elvin və Malik qardaşlarının şəhid düşdüyü qanlı hadisə ələ alınan bölmə oxucu marağı cəlb etməsi ilə seçilir.“Sağalmaz bala dağı” adlanan bu hissədə şair o dərin kədəri, acını və yanğını əks etdirmək, oxucu qəlbinə sirayət etdirmək üçün 11-lik şeir formasından 7-lik şeir formasına, bayatı janrı tələblərinə keçir. Məsələn:
Tutubdu qala dağı,
Kəməndə sala dağı.
Nə yara var sağalar,
Sağalmaz bala dağı!
Xalq bayatısının ardından 7-lik şeir şəklini davam etdirən müəllif bu şeir şəklinin imkanları daxilində öz hisslərini bölüşür, bir kədər səhifəsi yazır:
Eşidin, bu qəmli səs,
Bir ananın səsidir.
Bu qəm-kədər, bu nalə,
Dünyamısın bəsidir.
Deyir, topdan, raketdən,
Düşmənlər od ələdi.
Elvinlə Malikimi
Al qanına bələdi!
Bu misraları oxuyan oxucu erməni zülmünün təkcə bu iki körpə uşağın qanlı faciəsilə bitən qəmli dastanından deyil, əksinə, başlayan dastanından xatırlatma etməli olur: Elvin və Malik qardaşları ilə başlayan körpə balalarımızın qanlı faciəsi 20 Yanvar faciəsilə davam edir, Xocalı hadisələrilə daha da qatılaşır, amansızlaşır, Zəhra balanın ölümü faciə rəngini daha da tündləşdirməli olur. Oxucu bu misraları oxuduqca xatırladığı bu qanlı hadisələrin təsiri altında əxlaqı, heysiyyəti olmayan erməni terrorizminin simasızlığını yaxından müşahidə etmiş olur və əlbəttə, əsl, vətənpərvər oxucunun, qəlbi mərhəmətlə dolu istənilənin oxucunun hislərində ədalət uğruna mübarizə hislərini oyadır. Bu hissənin ardından müəllif “Şəhid bacıları” bölməsilə vətən uğruna can fəda edən şəhid övladlarının bacı kədərlərini təsvir və əks etdirir, Azərbaycan ailəsinin qadın-bacı keyfiyyətlərinə uyğun tələblərlə qardaşları ölən bacıların kədəri və üzüntülərini təqdim edir. Poemnın son hissəsi olan “Ölümü Tanrıdan gələn qardaşım” bölməsi, ümumiyyətlə, yanvar hadisələri zamanı Vətənin ərazi bütövlüyü və istiqlalı uğruna həyatından keçmiş şəhid övladların xatirəsi ümumiləşdirirlir və onların şərəfinə ağı təsirini bağışlayır.
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Baxış sayı: 1 337
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR