23:06 / 12-11-2026
Avtomobili yandıran yeniyetmə saxlanılıb
23:02 / 12-11-2026
Sirki ziyarət etdikdən sonra bir uşaq az qala kor olacaqdı
22:57 / 12-11-2026
Rusiya milli futbol komandası yoldaşlıq oyununda Özbəkistanı məğlub etdi
22:53 / 12-11-2026
Vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur ev dustaqlığına buraxılıb
22:48 / 12-11-2026
Məktəblilər naharlarında qurdlardan şikayətləndilər
22:44 / 12-11-2026
Zarubin, Vitkovun Kremldə Putinlə görüşündə necə cəfəngiyat danışmağa başladığını danışdı
22:36 / 12-11-2026
Yataqxananın yaxınlığında tanışına bıçaqla hücum etdi
18:43 / 12-11-2026
Konstitusiyada müasir dövrün hüquqi dövlət quruculuğu meyilləri nəzərə alınıb-Könül Nurullayeva
18:40 / 12-11-2026
Rusiya nümayəndə heyətinin Əbu-Dabi ətrafındakı hərəkətlərini lentə almaq cərimə ilə nəticələnə bilərdi
18:36 / 12-11-2026
Vitkoff Ukrayna ilə bağlı üçtərəfli danışıqlarda Avropa siyasətçilərinin rolundan danışdı
18:33 / 12-11-2026
Kanye West pərəstişkarı ləğv edilmiş konsert təşkilatçısına qarşı 800.000 rublluq iddiasını geri götürüb
18:29 / 12-11-2026
Vitkoff bildirib ki, Əbu-Dabidə əlaqələr müsbət atmosferdə keçib
18:26 / 12-11-2026
Polkovniki partlatmaq üçün istifadə edilən partlayıcı qurğu Baltikyanı ölkələrdən isti hava şarı ilə çatdırılıb
18:21 / 12-11-2026
Polşa Konstitusiya Məhkəməsinin sədri Svetskovski işə buraxılmayıb
18:18 / 12-11-2026
Keçmiş Playboy modeli Zelenskidən mükafat aldı
18:15 / 12-11-2026
Kuşner: "ABŞ Avropanın danışıqlara getmək istəyini görür"
18:11 / 12-11-2026
Vitkov Zelenskiyə Putinlə danışıqlarının nəticələri barədə məlumat verəcək
18:08 / 12-11-2026
Vitkoff Rusiya ilə Ukrayna arasında qarşıdan gələn məhbus mübadiləsini irəliləyiş adlandırdı
18:06 / 12-11-2026
Paşinyan "elit" Dublin otelində ayaqqabı mıxının olmamasından şikayətləndi
18:02 / 12-11-2026
Vitkoff Əbu-Dabidəki işinə görə Medinskiyə təşəkkür etdi
09:37 / 12-11-2026
Yoldan keçənlərə paylamaq üçün mağazadan ərzaq oğurlayıb
09:35 / 12-11-2026
Vitkoff və Kuşner Kreml danışıqlarından əvvəl Dmitriyevlə görüşəcəklər
23:45 / 11-11-2026
Dvalişvili Usman Nurməhəmmədovu Əbu-Dabidə ona hücum etməkdə günahlandırır
23:40 / 11-11-2026
Kallas bildirib ki, Rusiya Əbu-Dabidə danışıqlar yolu ilə sanksiyaların qaldırılmasını istəyir
22:00 / 11-11-2026
Əri üçün narahat olan moskvalı qadın "qırıq ürək sindromu" diaqnozu ilə xəstəxanaya yerləşdirilib
21:56 / 11-11-2026
Ukrayna Silahlı Qüvvələri Zaporojye Atom Elektrik Stansiyasının işçisini Enerhodardakı evində öldürdü
21:51 / 11-11-2026
Nebenzya Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyevin vəfatı ilə bağlı başsağlığı verib
21:46 / 11-11-2026
Venesuela illərdir ilk dəfə ABŞ-a təmir üçün neft avadanlıqları göndərib
21:42 / 11-11-2026
NATO kəşfiyyat təyyarəsi Qara dəniz üzərində 9 saatdan çox vaxt keçirib
21:39 / 11-11-2026
Rusiyanın gənclərdən ibarət futbol komandası Türkiyəyə uçuşu ilə bağlı problemlərlə üzləşib
21:32 / 11-11-2026
Peskov: "Putinin G20 sammitində iştirakı ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib"
21:28 / 11-11-2026
Dudçak: "Ukrayna əhalisi 18 milyona düşüb"
20:18 / 11-11-2026
Peskov Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işində iştirak etmədiyini bildirdi
20:14 / 11-11-2026
Kreml: "Amerikalılarla ünsiyyət davam edəcək"
20:03 / 11-11-2026
Peskov Ukraynanın Zelenskisiz müzakirə olunacağı iddialarını təkzib etdi
19:55 / 11-11-2026
Soyuducuda təqaüdçülərin parçalanmış cəsədləri tapılıb
O, günəş ömrüdür, sönməyəcəkdir-Ramiz QASIMOV
Tarix: 13-05-2022 00:37 | Bölmə: Ədəbiyyat

Şair İbrahim Yusifoğlunun poema yaradıcılığında ulu öndər Heydər Əliyev obrazı
Naxçıvan ədəbi mühitində öz poemaları ilə tanınan qocaman şairlərimizdən biri İbrahim Yusifoğludur. “O, günəş ömrüdür, sönməyəcəkdir”, “Mənim inamımı güllələdilər”, “Analı, anasız dünyam”, “Sulara danışdım yuxularımı”, “Armud ağacıyla yarımçıq dərdləşmələrim”, “İydəli dərənin uşaqları” kimi poemaların müəllifi olan İbrahim Yusifoğlu bu poemalarda həm Naxçıvanın keçdiyi inkişaf yolu, müasirləşməyi və tərəqqi yolunda parlamağından bəhs açır (“Bu nəğməm sənədi, doğma Naxçıvan”), həm Azərbaycanın məruz qaldığı ən ağır, dəhşətli faciə olan Xocalı soyqırımndan ağrı ilə, kədərlə danışır (“Mənim inamımı güllələdilər”), həm də övlad həyatında bir ilahə, Tanrıça qədər ucalan, ülviləşən və müqəddəsləşən Anadan (“Analı, anasız dünyam”) bəhs edir. “Armud ağacıyla yarımçıq dərdləşmələrim”, “İydəli dərənin uşaqları” kimi poemaları isə avtobioqrafik, xatirə-memuar olması ilə seçilir, özünə oxunaqlılıq qazanır.
Bu tanınmış şairin “O, günəş ömrüdür, sönməyəcəkdir” poeması məzmun etibarilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr edilibdir. Bir neçə hissədən ibarət olan poemada Heydər Əliyevin şəxsiyyət etibarilə öz ölkəsinə göstərdiyi misilsiz xidmətlər, gətirdiyi əvəzsiz nailiyyətlər və onun Azərbaycanın dövlətçilik tarixində oynadığı rol diqqət mərkəzinə gətirilir. Poemanın “Ön söz” adlanan hissəsində şair bəhs açdığı şəxsiyyət haqqında oxucusuna məlumat verməyə, onun haqqında anlatmaya çalışır. Qeyri-adi şəxsiyyət, nadir insan haqqındakı məlumata uyğun olaraq bu hissədəki üslub, bədii vasitə də məhz o cür tərtib edilib. Mücərrəd bir məlumat tipi olan üslubdan istifadə edən şair “bir insan” kimi ifadəsi ilə bu mücərrəd şəxsiyyəti qeyri-adi əlamət və keyfiyyətlərindən bəhs etməklə təqdim etməyə başlayır. Şair bu nadir, görkəmli şəxsiyətin əlamətlərindənn bəhs etdikcə oxucu bu nadir şəxsiyyətin məhz müdrik lider Heydər Əliyev olduğunu qətiyyətlə sezir. Burada deyilir:
Bir insan ömründən söz açıram mən,
Ö, günəş ömrüdür, sönməyəcəkdir.
Səadət verdiyi milyonlar qəlbən
Onun haqq yolundan dönməyəcəkdir.
...Bir insan ömründən söz açıram mən,
Ö, Heydər ömrüdür, sönməyəcəkdir.
Canıtək sevdiyi milyonlar qəlbən,
Onun haqq yolundan dönməyəcəkdir.
Əsəri sənədli poema da adlandırmaq olar. Müəyyən məqamlarda tarixi-xronoloji məsələlərlə bağlı müdaxilə edərək izahat verən və müəyyən sənərlər təqdim edən müəllif tarixi gedişatla ədəbi məzmunu əlaqələndirir. Şair Azərbaycana rəhbərlik etmiş Mircəfər Bağırov kimi rəhbərlərin cəlladlığı və xalqına vurduğu ağır zərbələri də dilə gətirir. Bununla müqayisədə ulu öndər Heydər Əliyevin hələ DTK-də işləyərkən xalqı üçün göstərdiyi misilsiz rəşadətlər oxuculara bəhs edilir. Onun Azərbaycanda rəhbərliyə gətirilməsi xalq üçün böyük bir tale payı olaraq qiymətləndirirlir. Bu baxımdan dahi liderin 1969-cu ildə siyasi hakimiyyətə gətirilməsini ayrıca təqdim edir və böyük pafosla bəhs edir:
1969-cu il...
Bir gün idi, günəşli gün,
Üzlər gülər, gözlər süzgün.
Qəlblər gəzdi xoş səda-ün,
Bərq də vurdu ləl-zərimiz,
Heydər gəldi rəhbərimiz.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə başlanan inkişaf, dirçəliş, xalqın ona olan rəğbəti minnətdarlıqla qeyd edilir. Düşmənin Heydər Əliyevin rəhbərliyə gəlməsindən sarsılmaı, gizli niyyətlərinin gerçəkləşməməsi müəllif tərəfindən birbəbir oxuucuya təqdim olunur. Poemada qanlı 20 Yanvar hadisələrinin törədilmsəi, Heydər Əliyevin Azərbaycan xalqının böyük oğlu kimi bu dəhşətli hadisələri törədənlərə qarşı həyata keçirdiyi misilsiz işlər və s. təfərrüatla verilir. Şair bu hadisələrin dəhşətini, kədərini hiss etdirmək üçün janr dəyişdirərək bayatıdan da istifadə edir və özünün müəllifli bayatılar ilə poemanı həm forma, həm də məzmunca zənginləşdirmiş olur.
Ulu öndər Heydər Əliyevin bu ağır günlərdə vətəninə gəlişi, Bakı şəhərində bu xalqın böyük oğluna qısqanclıqla yanaşılması, rəhbərlik tərəfindən enişinə izn verilməmsi və dahi rəhbərin doğma torpağı Naxçıvana gəlişi böyük məhəbbət və həssaslıqla ərz edilir:
...Gəldi doğma Bakısına,
Yaşamağa yer istədi – vermədilər!
Söyləməyə söz istədi –
vermədilər!
Bir şəhəri tikən memar
evsiz qaldı.
Yüz cildlər yazan yazar
sözsüz qaldı!
Nadanların nadanlığı
Yaman ağır gəldi ona.
Səmaları yarıb gəldi
Ana yurdu Naxçıvana!
Onun qəfil gəlişindən
Yer üzünə ələndi zər.
Peyğəmbərtək qarşılandı
Naxçıvanda Ulu Öndər.
Bu dahi şəxsiyyətin Naxçıvanda həyata keçirdiyi misilsiz dövlətçilik tədbirləri – blokadaya salınmış Naxçıvanın və onun əhaləsinin xilası, qonşu ölkələrlə, xüsusilə Türk dünyasının babası Türkiyə Cümhuriyyəti ilə birbaşa əlaqələrin yaradılması, Naxçıvanın ilk dəfə SSRİ imperiyasının tərkibindən çıxdığını rəsmən elan etməsi, Naxçıvan MSSR adından “Sovet Sosialist” sözlərinin təmizlənməsi, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin iclasında Naxçıvan Muxtar dövlətinin bayrağının dəyişdirlməsi, AXC-nin üçrəngli tarixi bayrağının varislik olaraq ilk dəfə Naxçıvanda dalğalandırılması və başqa tədbirlər Azərbaycanın milli oyanışının nüvəsində dayanmaqla gələcək dövlət müstəqilliyinin əldə edilməsinə bilavasitə vəsilə olması tam təfərrüatla olmasa da, aparıcı, başlıca hadisələrilə poemanın bu hissəsində ümumiləşdirirlir:
Bu azadlıq savaşında
Yol yox idi daha geri.
Naxçıvanda məhv olurdu
İmperiya – SSRİ və s.
Azərbaycanın o vaxtkı vəziyyəti, vətəndaş qarşıdurması, xaosun yaratdığı parçalanma təhlükəsi və s. xatırladılmaqla bütün Azərbaycan xalqının ulu öndər Heydər Əliyevə birmənalı çağırışı, onun Azərbaycana rəhbərliyə təkidlə dəvət olunması səslənişi əsərdə qeyd edilməklə, həm də yeni hadisələrə giriş rolunu oynayır. Poemanın sonrakı hissələrində lirik-epik şəkildə ulu öndərin rəhbərliyi altında Azərbaycanda – Naxçıvanda, Bakıda və bütün bölgələrdə həyata keçirilən mislsiz işlər ümumiləşdirilir. Ulu öndər Heydər Əliyevin bəxş etdiyi qurucu-yaradıcı, inkişafetdirici siyasət və idarəçilik mənalandırılır.
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Baxış sayı: 1 416
Bölməyə aid digər xəbərlər

22-10-2026, 15:12
NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ
20-10-2026, 17:55
Vaşinqtonda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı olub
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib