18:22 / 31-03-2026
Pentaqon NATO-nu Vaşinqtona yardım etməkdən imtina etməkdə ittiham edib
18:16 / 31-03-2026
İsrail Müdafiə Naziri: İsrail Müdafiə Qüvvələri Livanın cənubunda nəzarəti saxlayacaq
18:12 / 31-03-2026
Olimpiya çempionu Kokşarovun ölümünə reaksiya verib
18:09 / 31-03-2026
Rusiya Təhlükəsizlik Şurası Ukraynada 56 ölkənin Rusiyaya qarşı çıxdığını bildirib
18:06 / 31-03-2026
SHOT: Moskva Kosmetologiya Mərkəzində anesteziyadan sonra qadın öldü
23:33 / 30-03-2026
"Maski şou"nun aktyoru vəfat etdi
23:23 / 30-03-2026
Bağdaddakı ABŞ bazasına edilən hücumda Ukrayna istehsalı olan "An-132" təyyarəsi məhv edilib
23:20 / 30-03-2026
Husilər Avropanı yanacaq qiymətləri ilə "boğmaqla" hədələyiblər
23:13 / 30-03-2026
Ağ Ev İran sazişinin bağlanması üçün son tarixi təsdiqlədi
23:09 / 30-03-2026
Ukrayna və Bolqarıstan 10 illik təhlükəsizlik müqaviləsi imzaladılar
23:05 / 30-03-2026
Dağıstanda baş verən atışmada iki polis əməkdaşı yaralanıb
20:18 / 30-03-2026
ABŞ-ın Venesueladakı səfirliyi 2019-cu ilin mart ayından bəri ilk dəfə rəsmi olaraq yenidən açılıb
20:15 / 30-03-2026
Ölən valideynləri ilə birlikdə mənzildə bir yaşlı qız tapılıb
20:10 / 30-03-2026
Yanğınsöndürənlər çayın sahilində yanan üç qayığı söndürürlər
20:06 / 30-03-2026
Tramp: "Ağ Evin bal zalında tikilməkdə olan bir sığınacaq var"
19:29 / 30-03-2026
Avropa İttifaqı İrana qarşı sanksiyaları daha bir il uzadıb
19:26 / 30-03-2026
Rospotrebnadzor: İranın nüvə kompleksinə zərbə Rusiyanı təhdid etmir
19:24 / 30-03-2026
Stubb Rusiyanın ümumi səfərbərlik elan edə biləcəyini təklif etdi
19:21 / 30-03-2026
Güclü daşqın nəticəsində heç kim xəsarət almayıb
19:18 / 30-03-2026
Sərnişini itələyən xuliqan həbs edilib
19:15 / 30-03-2026
Antidepressant alış-verişində rekord qırdılar
19:11 / 30-03-2026
Rubio İran rəhbərliyində parçalanma olduğunu açıqladı
19:08 / 30-03-2026
Putin Kadırovun böyük oğluna minnətdarlığını ifadə etdi
19:01 / 30-03-2026
Putin Saratov vilayətinin qubernatoruna Aleksandr Nevski ordeni təqdim etdi
18:57 / 30-03-2026
ABŞ uran zənginləşdirmə texnologiyasını Səudiyyə Ərəbistanına ötürə bilər
21:53 / 29-03-2026
Pakistanda İrandakı müharibənin gərginliyinin azaldılması ilə bağlı dördtərəfli danışıqlar başlayıb
18:40 / 29-03-2026
Binada çardaq yanğını baş verib, sakinlər təxliyə olunur
18:34 / 29-03-2026
Kirkorovun nümayəndəsi müğənninin Hava Limanında siqaret çəkməsi ilə bağlı şərh verdi
18:30 / 29-03-2026
Politoloq Evstafiyev Qərb liderlərinin davranışını şizofreniya adlandırdı
18:26 / 29-03-2026
Amerika mediasına görə, ABŞ İranla müharibəyə başlamamalı idi
18:21 / 29-03-2026
Bujinski Zelenskiyə heç kimin nüvə silahı verməyəcəyini bildirdi
18:07 / 29-03-2026
Finlandiyada iki dron qəzaya uğrayıb
18:04 / 29-03-2026
Bir binada tikinti materialları yanıb
18:01 / 29-03-2026
Fərdi taxta ev yanıb; iki qadının cəsədi tapılıb
17:23 / 29-03-2026
Miller onu musiqi məktəbinə apardıqları üçün valideynlərinə təşəkkür etdi
17:09 / 29-03-2026
Balıq tutarkən iki sakin boğuldu
17:06 / 29-03-2026
Media xəbərlərinə görə, Trampın siyasəti dünyanı yeni bir nüvə dövrünə qərq edə bilər
Miraslan Rasim-ŞEİRLƏR-Sabaha-inamla.az-da
Tarix: 07-05-2022 20:55 | Bölmə: Ədəbiyyat

USTAD
"Məndən bu dünyaya nə qaldı görən..."
"Cırcırama dəvə mindi,
dovşanlıq ki,dəbə mindi..."
"göy talaya əlik çıxmaz...
əriyindən ərik çıxmaz..."
(M.Araz,seçilmiş əsərləri,Lider nəşriyyatı,2004,səh.71)
Səni xatırlamaqda kimin ki,"adamı"yox,
Kimin ki, arxası yox,başı üstə damı yox,
Səni hər kim unutsa, ALLAHı,imamı yox,
Ruhun şad olsun,Ustad!
***
Bir əbədi məşəlsən bizə,ömrümüz boyu;
Bu gün də şeirlərin namərd gözünü oyur;
Oxucun kitabını öpüb göz üstə qoyur;
Ruhun şad olsun,Ustad!
***
Dovşanlıq dəbə mindi,göy talada əlik, yox;
Neçə arsızlar var ki,hələ əldə çəlik, yox;
Susuz qalmış ağacda daha dadlı ərik,yox;
Ruhun şad olsun,Ustad!
***
Səndən bizim dünyaya bir görün,nələr qaldı...
Ürəkləri oxşayan gözəl nəğmələr qaldı...
Dillərdə əzbər olan qızıl kəlmələr qaldı...
Ruhun şad olsun, Ustad!
24.04.2022
YALINA
(təcnis)
Ər kişiyə əzizdir, öz torpağı, öz eli
Qurban olum Vətənin dərəsinə,yalına!
Füzuli,şəhərlərin bir zaman ən gözəli
Qoruyurdu özünü onda əli yalın, a!
Silaha sarılanlar Yavər,Seymur,Bağırdı...
Əhəd,Hüseyn cəbhədə nərə çəkdi,bağırdı
İndi yara bağlayan bu ciyər,bu bağırdı
İlyas "ya ALLAH!"dedi,yatdı atın yalına.
Qorxaqlıq ola bilməz əsil Türkün, qanında
Düşmənlərə çox dedik:hərb nə gərək,qanın da!
Neyləmək,təmizi var,murdarı var qanın da
Tapıldı bir neçəsi,göz dikən it yalına.
Miraslan müəllim tək öz dərsini, keçirdi...
Köçkün həyatı sürdü,ağır anlar keçirdi...
İlahi,sağ-salamat məni Yurda keçir,di:
Heç kim tənə etməsin,mən ayağı yalına...
07.05.2022
NƏSƏ ANLA BU HOQQALARDAN...
( ...biz özümüzün yaratdığımız bu təfəkkürlə heç bir problemi nə anlaya, nə də həll edə bilmərik..
Albert Eynşteyn.)
Bizim bu gün fantastika saydığımız
"Barmaqarası" baxdığımız
Sabah gerçək olacaq...
Bəlkə də
bugünkü fil
sabah bir milçək olacaq...
(bəxti Xuda:kim öləcək, kim qalacaq!)
Bu dünyanın sirlərini
guya ki,çox bilirik;
Yoxsa elə buna görə
vicdanı,insafı yox bilirik?!
Yerin, göyün taleyi
Tanrının əlində
Bir vaxt elə sanırdıq
Yer, "qızıl öküzün belində"
Hər şey necə də asan...
Bizlər bu qədər avam...
İndi sən gəl, oğulsan
bu ağılınan,
nəsə anla sabah
baş verəcək
hoqqalardan....
BU ADAMDA
(Böyük turançı alim Azər Turana ithaf)
ALLAHın keyfi kök imiş
Belə insan yaradanda.
Yaratdığı da var olsun,
Elə onu yaradan da.
Böyükləri sadə gördüm
Fikrini azadə gördüm
Elmini ziyadə gördüm
Dahi olmur, hər adam da...
Nə xoşbəxtsən, Azərbaycan!
Yaxşılara qurbandı can!
Yadda qalır əsil İnsan
Paklıq,saflıq bu Adamda!
25.04.2022
SƏN DƏ SEVİLƏRDİN...
İnsanın varlığı qəpiyə dəyməz
Onu yada salıb anan olmasa
Oxucu, şairi yəqin ki, öyməz
Əgər yazdığını qanan olmasa
Yazsan min zəhmətlə neçə cild kitab
Güclünü mədh edib, eyləsən xitab
Yazdığın dövrana gətirərmi tab
Qiymətini verən, zaman olmasa?
Səni çaşdırmasın yersiz təriflər
Hər gün bol süfrənə qonan həriflər
Haqqında yaransa yalançı miflər
Yaşayarmı yalan, danan, olmasa
Məşhur olmaq özü də bir taledir;
Unudulmaq, gözdə yaşı sel edir
Yaxşı əməllərin ömrü bal edir
Miraslan sevilər,yaman olmasa!
05.05.2021
YAZARAM
Əziz dostlar!
Sizə mərhum şairimiz
Şamil Dəlidağlının üslubunda yazdığım bir
"törəmə-qosayarpaq qəzəl-gəraylı" təqdim edirəm.
Xalqın sevən bir yazaram,daim eldən yazaram
dəyismərəm necə varam,heç yolumu azaram?
Pisləmərəm mən yaxşını,almaram dost qarğışını
Xəyanətə pis baxaram,qüssə-qəməm,ahu-zaram
Mənə gərək öz torpağım,elim-obam,Qarabağım
Vətənimdə bəxtiyaram,bədxahlarla olmaz aram
Miraslan el sevən kəsdir, torpaq,bayraq müqəddəsdir
Millətimə var ehtiram,
düşmən gec-tez olacaq, ram.
P.S. 1)"Törəmə":
yazaram,azaram,zaram,aram,ram
2)indi həmin qəzəlin gəraylı variantı:
Xalqın sevən bir yazaram
Daim eldən yazaram
Dəyişmərəm necə varam
Heç yolumu azaram?...
Pisləmərəm mən yaxşını
Almaram dost qarğışını
Xəyanətə pis baxaram
Qussə-qəməm,ahu-zaram.
Mənə gərək öz torpağım
Elim-obam,Qarabağım
Vətənimdə bəxtiyaram
Bədxahlarla olmaz aram
Miraslan el sevən kəsdir
Torpaq, bayraq müqəddəsdir
Millətimə var ehtiram
Düşmən gec-tez olacaq ram.
3) M.Füzulinin "məni candan usandırdı"qəzəli də əslində gəraylidir:
Məni candan usandırdı
Cəfadan yar usanmazmı?
Fələklər yandı ahımdan
Muradım şəmi yanmazmı?...
05.05.2022
DOLANAR
(təcnis)
Dostumun oğluna sağlıq dilədim:
Səni salamat ol,yaşa dol,Anar!
Nar ağacı əkdim,qulluq eylədim:
Ucuz olar,bazara çox dola, nar.
***
Oynanmamış hansı xana qalıbdı?
Muğamat dünyası Xana qalıbdı?
Var-dövlət hansı bəy, xana qalıbdı?
Bir gün örkən doğanağa dolanar!
**
Miraslan,həmışə xalqı say,an da.
Var olsun, xalq sayan, xalqı sayan da
Qonşu qudurmasın,onu sayanda
Dəhşət olur,dolan namus,dolan ar!
02.05.2022
SON QOYDUM BU "HİCRƏTƏ"...
Oturub "köçkün"otağımda
Marsianla danışıram
(Onların da jurnalında
şeirim çıxıb,"məşhuram")
Əvvəlcə hal-əhval tutur
Ukraynadan söhbət salır
Bəzi iradların deyir
Məndən də "məlumat"alır:
Siz orda nə edirsiniz?!
Haqqın tərəfində durun
Avropaya qahmar durun!
Deyirəm :bəs,axı?!...
Marsian ürək-dirək verir;
"Köhnə palan için eşir":
Rusun ipinin üstünə
Odun yığmaqmı olar?!
Birdən sözü dəyişir:
sizdə neçədi dollar?
Söhbəti çəkir ticarətə
Mənsə,hirslənirəm
son qoyuram
bu "hicrətə"...
(bəlkə ardı oldu,əgər barışsaq)
02.05.2022
O ADANI TAPAQ...
Nəhayət,Marsian dostum yenə
Qonaq gəldi mənə-
"köçkün"otağıma;
Üz-üzə əyləşdik.
Dedi ki,"sən,
bağışla,bilirəm ,incimisən;
bizlərin də səhvi olur
(sizdən fərqli,biz səhvi etiraf edirik! )
Barışdıq, danışdıq,dərdləşdik...
Bu dəfə mən sual etdim:
Deyirlər bu zamanda
(on bir ayın sultanı Ramazanda!)
ALLAH şeytanı qandallayır,
zəncirləyir;
Cəza verir,danlayır-
Sonra isə bir adada gizləyir;
bu doğrumu?!
Bəs,o ada harada-
adı nədir?!
Marsian verdi cavab:
O ada sənə yaxın yerdədir
Adı "A"hərfilə başlayır;
İsrar etdim:yox hardadır?
-sən necə küt adamsan
qınamıram,"yer adamı"san...
Dedi və küsdü getdi.
Pis oldu halım
Bəs ,necə könlün alım?
Amma Siz də düşünün dərin
Tapaq "A" hərfilə başlayan o adanın yerin...
05.05.2022
ABRIMA bax,e!
Bir zamanlar sənin ayaq izlərindən tozu yığırdım
Sanırdım sonra əridərəm qızıl alaram
Ağlıma bax, danla məni...
Sənə deyə bilmədiyim sözlərimi
ürəyimdə saxlayırdım...
Ürəyim xəstə düşdü,
O sözlər də qəzəbləndi
Üzü üstə düşdü...
Təyyarədə uçuram,
yerdə gəzirəm səni...
Abrıma bax,qına məni
Yerdə səni tapammadım,
indi göylərdə gəzirəm səni...
02.05.2000
OLAYDI
(Gözəl şairimiz S.Babullaoğlunun "oktyabr ağısı" şeirindən təsirləndim, yazdım)
QURANdan danışanın
ALLAHı olaydı...
Gorundan danışanın
pənahı olaydı...
Qeyrətdən danışanın
isməti olaydı;
Taledən danışanın
qisməti olaydı...
Millətdən danışanın
təpəri olaydı;
Vicdandan danışanın
xəbəri olaydı...
Sayaram sübhə qədər...
Məncə, bəs edər...
Dərddir:ya adam ölə,ya böcək;
Oktyabr gələndə şaxtalar başlayar
Ehtiyatlı olmaq gərək
Yoxsa,saxtalar başlayar...
Bunlar hamısı axı,qardaş
"adam"deyilənə xasdır;
"Dünya da təəssüf ki,
nə məscid,nə monastır"(S.B)
01.05.2022
KİTAB YÜKLÜ EŞŞƏK
(təmsil)
Sahibi essəyinə bir gün kitab yukləmisdi.
Təəccüb qalan eşşək,qulaqların şəkləmisdi...
Elmi- irfandan idi, ol kitabların hamısı
Savadsız sahibindən eşşək etdi ,iltiması:
"Ağa,kitab görəndə sən ki, qaçardın uzağa
İndi nə səbəb olmuş böylə,kitab daşımağa?"
Tərs-tərs baxdı sahibi eşşəyinin duz üzünə,
Dedi: bu,siyasətdi, a qanmaz, çatmaz ki, sənə
Əmr edib təzə padşah ki, hamı kitab oxusun
Kim kitab oxumursa,ölkədən qovub çoxusun.
Qoy görsün ənam versin,mən də bir vəzifə alım.
Essəksə qorxa-qorxa dedi:ağa,var sualım
Neylərsən,şah desə ki,oxu bunun bircəsini.?!
Açıqlandı sahibi dedi:"axmaq,kəs səsini!
Əmr etsə,"oxuyaram",boş sözlər deməyə nə var?
Çox da çəkməz ,hamı bilir özün göstərir hökmdar.
Kəsərəm o,dilini bir də desən sən bu, sözü-
Eşitmişəm,bir hərfi tanımır, padşahın özü"...
30.04.2000
TƏKBƏNDLƏR
Əkilmiş ağacın meyvəsi yoxsa,
Nəyimə gərəkdir kölgəsi yoxsa?
Hüququ olmayan qərib bəndənin
Günü ah-vay olar,ölkəsi yoxsa.
***
Bir silah ki,məni qorumayacaq,
Nə faydası vardır,paslanar ancaq.
Qocalar evinə atılsa,ata-
Milyoner oğluna nifrət olacaq.
***
Dost qaçıb gizlənsə çətin anımda
Bir daha durmasın mənim yanımda.
Dostu düşmən edən bədbəxt adamdır-
ALLAH kömək olsun, mənə tanımda.
27.04.2022
BAX,E!
(uzun illərdən sonra bir "dostumla"görüşdüm
Ağladı..)
Qara daşlar arasında
Yeyin baxtım bitib,bax,e!
Aylar, illər sırasında
O,xoş vaxtım itib,bax,e!
Çörəyin qədrin, bilmədim
Böyüyün çətrin,bilmədim.
Sən dostun xətrin,bilmədim,
Qızıl taxtım itib,bax, e!
Ömrə üstdən boylanırdım
Keyf çəkirdim,əylənirdim
Bir "ağ atlı oğlan" idim
Köhlən atım itib,bax,e!
Çox görüb, az öyrənirdim,
"Nə xoşbəxtdir!"-soylənirdim
Təriflərdən piylənirdim
"Məşhur" adım itib,bax, e!
Daha gizləmək nə lazım?
(Yer qalmadı səndən yazım...)
Mən, gərək özümü asım
Ömür çatım itib,bax,e!
BƏS NECƏ?!
Şair gərək "qaynaya",
Sözlə şahmat oynaya,
Bənzər təmiz aynaya-
Bəs necə?!
Söz bitər yarasında;
Yazar eşq barəsində;
Üzər söz bərəsində-
Bəs necə?!
Unudar vaxt,saatı;
Şahə qalxar söz atı;
Şeir olar sövqatı-
Bəs necə?!
Tərif,təltif gözləməz;
Şan,şöhrət,"mif", gözləməz
Asılar,ip gözləməz-
Bəs necə?!
Samandan kölgə olmaz;
Kağızdan bəlgə olmaz;
Şairə, "bölgə" olmaz-
Bəs necə?!
Sözü sınsa,qan verər,
Vətən üçün can verər,
Qiymətin zaman verər-
Bəs necə?!
27.04.2020
Baxış sayı: 1 421
Bölməyə aid digər xəbərlər
Tarix: 07-05-2022 20:55 | Bölmə: Ədəbiyyat

USTAD
"Məndən bu dünyaya nə qaldı görən..."
"Cırcırama dəvə mindi,
dovşanlıq ki,dəbə mindi..."
"göy talaya əlik çıxmaz...
əriyindən ərik çıxmaz..."
(M.Araz,seçilmiş əsərləri,Lider nəşriyyatı,2004,səh.71)
Səni xatırlamaqda kimin ki,"adamı"yox,
Kimin ki, arxası yox,başı üstə damı yox,
Səni hər kim unutsa, ALLAHı,imamı yox,
Ruhun şad olsun,Ustad!
***
Bir əbədi məşəlsən bizə,ömrümüz boyu;
Bu gün də şeirlərin namərd gözünü oyur;
Oxucun kitabını öpüb göz üstə qoyur;
Ruhun şad olsun,Ustad!
***
Dovşanlıq dəbə mindi,göy talada əlik, yox;
Neçə arsızlar var ki,hələ əldə çəlik, yox;
Susuz qalmış ağacda daha dadlı ərik,yox;
Ruhun şad olsun,Ustad!
***
Səndən bizim dünyaya bir görün,nələr qaldı...
Ürəkləri oxşayan gözəl nəğmələr qaldı...
Dillərdə əzbər olan qızıl kəlmələr qaldı...
Ruhun şad olsun, Ustad!
24.04.2022
YALINA
(təcnis)
Ər kişiyə əzizdir, öz torpağı, öz eli
Qurban olum Vətənin dərəsinə,yalına!
Füzuli,şəhərlərin bir zaman ən gözəli
Qoruyurdu özünü onda əli yalın, a!
Silaha sarılanlar Yavər,Seymur,Bağırdı...
Əhəd,Hüseyn cəbhədə nərə çəkdi,bağırdı
İndi yara bağlayan bu ciyər,bu bağırdı
İlyas "ya ALLAH!"dedi,yatdı atın yalına.
Qorxaqlıq ola bilməz əsil Türkün, qanında
Düşmənlərə çox dedik:hərb nə gərək,qanın da!
Neyləmək,təmizi var,murdarı var qanın da
Tapıldı bir neçəsi,göz dikən it yalına.
Miraslan müəllim tək öz dərsini, keçirdi...
Köçkün həyatı sürdü,ağır anlar keçirdi...
İlahi,sağ-salamat məni Yurda keçir,di:
Heç kim tənə etməsin,mən ayağı yalına...
07.05.2022
NƏSƏ ANLA BU HOQQALARDAN...
( ...biz özümüzün yaratdığımız bu təfəkkürlə heç bir problemi nə anlaya, nə də həll edə bilmərik..
Albert Eynşteyn.)
Bizim bu gün fantastika saydığımız
"Barmaqarası" baxdığımız
Sabah gerçək olacaq...
Bəlkə də
bugünkü fil
sabah bir milçək olacaq...
(bəxti Xuda:kim öləcək, kim qalacaq!)
Bu dünyanın sirlərini
guya ki,çox bilirik;
Yoxsa elə buna görə
vicdanı,insafı yox bilirik?!
Yerin, göyün taleyi
Tanrının əlində
Bir vaxt elə sanırdıq
Yer, "qızıl öküzün belində"
Hər şey necə də asan...
Bizlər bu qədər avam...
İndi sən gəl, oğulsan
bu ağılınan,
nəsə anla sabah
baş verəcək
hoqqalardan....
BU ADAMDA
(Böyük turançı alim Azər Turana ithaf)
ALLAHın keyfi kök imiş
Belə insan yaradanda.
Yaratdığı da var olsun,
Elə onu yaradan da.
Böyükləri sadə gördüm
Fikrini azadə gördüm
Elmini ziyadə gördüm
Dahi olmur, hər adam da...
Nə xoşbəxtsən, Azərbaycan!
Yaxşılara qurbandı can!
Yadda qalır əsil İnsan
Paklıq,saflıq bu Adamda!
25.04.2022
SƏN DƏ SEVİLƏRDİN...
İnsanın varlığı qəpiyə dəyməz
Onu yada salıb anan olmasa
Oxucu, şairi yəqin ki, öyməz
Əgər yazdığını qanan olmasa
Yazsan min zəhmətlə neçə cild kitab
Güclünü mədh edib, eyləsən xitab
Yazdığın dövrana gətirərmi tab
Qiymətini verən, zaman olmasa?
Səni çaşdırmasın yersiz təriflər
Hər gün bol süfrənə qonan həriflər
Haqqında yaransa yalançı miflər
Yaşayarmı yalan, danan, olmasa
Məşhur olmaq özü də bir taledir;
Unudulmaq, gözdə yaşı sel edir
Yaxşı əməllərin ömrü bal edir
Miraslan sevilər,yaman olmasa!
05.05.2021
YAZARAM
Əziz dostlar!
Sizə mərhum şairimiz
Şamil Dəlidağlının üslubunda yazdığım bir
"törəmə-qosayarpaq qəzəl-gəraylı" təqdim edirəm.
Xalqın sevən bir yazaram,daim eldən yazaram
dəyismərəm necə varam,heç yolumu azaram?
Pisləmərəm mən yaxşını,almaram dost qarğışını
Xəyanətə pis baxaram,qüssə-qəməm,ahu-zaram
Mənə gərək öz torpağım,elim-obam,Qarabağım
Vətənimdə bəxtiyaram,bədxahlarla olmaz aram
Miraslan el sevən kəsdir, torpaq,bayraq müqəddəsdir
Millətimə var ehtiram,
düşmən gec-tez olacaq, ram.
P.S. 1)"Törəmə":
yazaram,azaram,zaram,aram,ram
2)indi həmin qəzəlin gəraylı variantı:
Xalqın sevən bir yazaram
Daim eldən yazaram
Dəyişmərəm necə varam
Heç yolumu azaram?...
Pisləmərəm mən yaxşını
Almaram dost qarğışını
Xəyanətə pis baxaram
Qussə-qəməm,ahu-zaram.
Mənə gərək öz torpağım
Elim-obam,Qarabağım
Vətənimdə bəxtiyaram
Bədxahlarla olmaz aram
Miraslan el sevən kəsdir
Torpaq, bayraq müqəddəsdir
Millətimə var ehtiram
Düşmən gec-tez olacaq ram.
3) M.Füzulinin "məni candan usandırdı"qəzəli də əslində gəraylidir:
Məni candan usandırdı
Cəfadan yar usanmazmı?
Fələklər yandı ahımdan
Muradım şəmi yanmazmı?...
05.05.2022
DOLANAR
(təcnis)
Dostumun oğluna sağlıq dilədim:
Səni salamat ol,yaşa dol,Anar!
Nar ağacı əkdim,qulluq eylədim:
Ucuz olar,bazara çox dola, nar.
***
Oynanmamış hansı xana qalıbdı?
Muğamat dünyası Xana qalıbdı?
Var-dövlət hansı bəy, xana qalıbdı?
Bir gün örkən doğanağa dolanar!
**
Miraslan,həmışə xalqı say,an da.
Var olsun, xalq sayan, xalqı sayan da
Qonşu qudurmasın,onu sayanda
Dəhşət olur,dolan namus,dolan ar!
02.05.2022
SON QOYDUM BU "HİCRƏTƏ"...
Oturub "köçkün"otağımda
Marsianla danışıram
(Onların da jurnalında
şeirim çıxıb,"məşhuram")
Əvvəlcə hal-əhval tutur
Ukraynadan söhbət salır
Bəzi iradların deyir
Məndən də "məlumat"alır:
Siz orda nə edirsiniz?!
Haqqın tərəfində durun
Avropaya qahmar durun!
Deyirəm :bəs,axı?!...
Marsian ürək-dirək verir;
"Köhnə palan için eşir":
Rusun ipinin üstünə
Odun yığmaqmı olar?!
Birdən sözü dəyişir:
sizdə neçədi dollar?
Söhbəti çəkir ticarətə
Mənsə,hirslənirəm
son qoyuram
bu "hicrətə"...
(bəlkə ardı oldu,əgər barışsaq)
02.05.2022
O ADANI TAPAQ...
Nəhayət,Marsian dostum yenə
Qonaq gəldi mənə-
"köçkün"otağıma;
Üz-üzə əyləşdik.
Dedi ki,"sən,
bağışla,bilirəm ,incimisən;
bizlərin də səhvi olur
(sizdən fərqli,biz səhvi etiraf edirik! )
Barışdıq, danışdıq,dərdləşdik...
Bu dəfə mən sual etdim:
Deyirlər bu zamanda
(on bir ayın sultanı Ramazanda!)
ALLAH şeytanı qandallayır,
zəncirləyir;
Cəza verir,danlayır-
Sonra isə bir adada gizləyir;
bu doğrumu?!
Bəs,o ada harada-
adı nədir?!
Marsian verdi cavab:
O ada sənə yaxın yerdədir
Adı "A"hərfilə başlayır;
İsrar etdim:yox hardadır?
-sən necə küt adamsan
qınamıram,"yer adamı"san...
Dedi və küsdü getdi.
Pis oldu halım
Bəs ,necə könlün alım?
Amma Siz də düşünün dərin
Tapaq "A" hərfilə başlayan o adanın yerin...
05.05.2022
ABRIMA bax,e!
Bir zamanlar sənin ayaq izlərindən tozu yığırdım
Sanırdım sonra əridərəm qızıl alaram
Ağlıma bax, danla məni...
Sənə deyə bilmədiyim sözlərimi
ürəyimdə saxlayırdım...
Ürəyim xəstə düşdü,
O sözlər də qəzəbləndi
Üzü üstə düşdü...
Təyyarədə uçuram,
yerdə gəzirəm səni...
Abrıma bax,qına məni
Yerdə səni tapammadım,
indi göylərdə gəzirəm səni...
02.05.2000
OLAYDI
(Gözəl şairimiz S.Babullaoğlunun "oktyabr ağısı" şeirindən təsirləndim, yazdım)
QURANdan danışanın
ALLAHı olaydı...
Gorundan danışanın
pənahı olaydı...
Qeyrətdən danışanın
isməti olaydı;
Taledən danışanın
qisməti olaydı...
Millətdən danışanın
təpəri olaydı;
Vicdandan danışanın
xəbəri olaydı...
Sayaram sübhə qədər...
Məncə, bəs edər...
Dərddir:ya adam ölə,ya böcək;
Oktyabr gələndə şaxtalar başlayar
Ehtiyatlı olmaq gərək
Yoxsa,saxtalar başlayar...
Bunlar hamısı axı,qardaş
"adam"deyilənə xasdır;
"Dünya da təəssüf ki,
nə məscid,nə monastır"(S.B)
01.05.2022
KİTAB YÜKLÜ EŞŞƏK
(təmsil)
Sahibi essəyinə bir gün kitab yukləmisdi.
Təəccüb qalan eşşək,qulaqların şəkləmisdi...
Elmi- irfandan idi, ol kitabların hamısı
Savadsız sahibindən eşşək etdi ,iltiması:
"Ağa,kitab görəndə sən ki, qaçardın uzağa
İndi nə səbəb olmuş böylə,kitab daşımağa?"
Tərs-tərs baxdı sahibi eşşəyinin duz üzünə,
Dedi: bu,siyasətdi, a qanmaz, çatmaz ki, sənə
Əmr edib təzə padşah ki, hamı kitab oxusun
Kim kitab oxumursa,ölkədən qovub çoxusun.
Qoy görsün ənam versin,mən də bir vəzifə alım.
Essəksə qorxa-qorxa dedi:ağa,var sualım
Neylərsən,şah desə ki,oxu bunun bircəsini.?!
Açıqlandı sahibi dedi:"axmaq,kəs səsini!
Əmr etsə,"oxuyaram",boş sözlər deməyə nə var?
Çox da çəkməz ,hamı bilir özün göstərir hökmdar.
Kəsərəm o,dilini bir də desən sən bu, sözü-
Eşitmişəm,bir hərfi tanımır, padşahın özü"...
30.04.2000
TƏKBƏNDLƏR
Əkilmiş ağacın meyvəsi yoxsa,
Nəyimə gərəkdir kölgəsi yoxsa?
Hüququ olmayan qərib bəndənin
Günü ah-vay olar,ölkəsi yoxsa.
***
Bir silah ki,məni qorumayacaq,
Nə faydası vardır,paslanar ancaq.
Qocalar evinə atılsa,ata-
Milyoner oğluna nifrət olacaq.
***
Dost qaçıb gizlənsə çətin anımda
Bir daha durmasın mənim yanımda.
Dostu düşmən edən bədbəxt adamdır-
ALLAH kömək olsun, mənə tanımda.
27.04.2022
BAX,E!
(uzun illərdən sonra bir "dostumla"görüşdüm
Ağladı..)
Qara daşlar arasında
Yeyin baxtım bitib,bax,e!
Aylar, illər sırasında
O,xoş vaxtım itib,bax,e!
Çörəyin qədrin, bilmədim
Böyüyün çətrin,bilmədim.
Sən dostun xətrin,bilmədim,
Qızıl taxtım itib,bax, e!
Ömrə üstdən boylanırdım
Keyf çəkirdim,əylənirdim
Bir "ağ atlı oğlan" idim
Köhlən atım itib,bax,e!
Çox görüb, az öyrənirdim,
"Nə xoşbəxtdir!"-soylənirdim
Təriflərdən piylənirdim
"Məşhur" adım itib,bax, e!
Daha gizləmək nə lazım?
(Yer qalmadı səndən yazım...)
Mən, gərək özümü asım
Ömür çatım itib,bax,e!
BƏS NECƏ?!
Şair gərək "qaynaya",
Sözlə şahmat oynaya,
Bənzər təmiz aynaya-
Bəs necə?!
Söz bitər yarasında;
Yazar eşq barəsində;
Üzər söz bərəsində-
Bəs necə?!
Unudar vaxt,saatı;
Şahə qalxar söz atı;
Şeir olar sövqatı-
Bəs necə?!
Tərif,təltif gözləməz;
Şan,şöhrət,"mif", gözləməz
Asılar,ip gözləməz-
Bəs necə?!
Samandan kölgə olmaz;
Kağızdan bəlgə olmaz;
Şairə, "bölgə" olmaz-
Bəs necə?!
Sözü sınsa,qan verər,
Vətən üçün can verər,
Qiymətin zaman verər-
Bəs necə?!
27.04.2020
Baxış sayı: 1 421
Bölməyə aid digər xəbərlər
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
19-02-2025, 22:17
Sumqayıtda şair Asif Asimanın 70 illik yubileyi keçirilib-VİDEO+FOROLAR
19-02-2025, 09:01
Nəcibliyi, ziyalılığı ilə hər kəsin sevgisini qazanan işıqlı insan
9-02-2025, 21:49
Şeirlər- İSMAYIL MƏRCANLI İMANZADƏ
1-02-2025, 23:22
Xalidə Nurayı TƏBRİK EDİRİK!
23-12-2024, 15:46
Səbuhi Zamanın “Adamın Dibi” adlı kitabı işıq üzü gördü
15-12-2024, 14:33
Yazıçı Samir İmanovun "Arzularımın rəqsi" adlı kitabının təqdimat mərasimi keçirilib
13-11-2024, 23:46
Görkəmli Türk Ədibi Sərhəd Kabaklı-Vüqar Əhməd
1-11-2024, 13:16
Sumqayıt şəhərinin 75 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib-VİDEO+FOTOLAR
30-10-2024, 21:46
Rusiyanın əməkdar artisti Kazbek Suanov dünyasını dəyişib
26-10-2024, 18:55
Tanzaniyada Puşkinin abidəsinin açılışı olub, nağılları isə suahili dilində nəşr olunub
16-10-2024, 10:02
Naxçıvan ədəbi mühitinin seçilən nümayəndəsi Hüseyn Razinin 100 illiyinə layiqli töhfə













