21:43 / 06-08-2026
Media: Yevgeniya Qutsul qadın həbsxanasına köçürülüb
21:39 / 06-08-2026
Ukraynanın keçmiş prezidenti Yuşşenko yeni vəzifəyə təyin edilib
21:35 / 06-08-2026
Litva Baltikyanı ölkələrə mümkün Ukrayna pilotsuz təyyarələrinin hücumunu elan edib
21:32 / 06-08-2026
Bir qız attraksiondan yıxıldı
21:15 / 06-08-2026
Keçmiş ÇSKA və "Spartak Moskva" futbolçusu Zabolotnı altı ay müddətinə diskvalifikasiya edildi
21:11 / 06-08-2026
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
21:05 / 06-08-2026
Zoopark işçisi ayının ona niyə hücum etdiyini izah etdi
21:00 / 06-08-2026
Xirosima merini ABŞ-dan bəhs etmədiyinə görə tənqid etdi
20:49 / 06-08-2026
Keçmiş Ali Rada üzvü Oleinik Umerovu ABŞ casusu adlandırır
20:42 / 06-08-2026
Stüardessanın baqajından 2 milyon rubl dəyərində 15 şüşə elit şərab tapılıb
20:36 / 06-08-2026
Xarici İşlər Nazirliyi Yerevanın Rusiyanı şantaj etmək cəhdlərinə münasibət bildirib
20:33 / 06-08-2026
Politoloq Hörmüz boğazında güzəştə gedəcəyi təqdirdə İran üçün riskləri qeyd edir
20:29 / 06-08-2026
Rusiya Xarici İşlər Nazirliyi: Yaponiya ABŞ-ın atom bombalamalarına görə məsuliyyətini etiraf etməli olacaq
20:24 / 06-08-2026
Məktəb yaşlı uşaqları olan ailələrin hər biri 5000 rubl alacaq
20:21 / 06-08-2026
Polis təqaüdçüyə hücum edən kişini saxlayıb
20:19 / 06-08-2026
Ermənistan Parlamentinin sədri Rusiyaya mal ixracı məsələsini qaldırdı
20:16 / 06-08-2026
Pit Heqsetin Siyasi İşlər üzrə Katibinin müavini Çinə dəvət ala bilmir
20:03 / 06-08-2026
Lavrov Rubioya bildirib ki, Kiyev Qərb olmadan terror hücumları həyata keçirə bilməzdi
20:00 / 06-08-2026
Polşada naməlum şəxslər Ukrayna abidəsinə zərər vurublar
19:57 / 06-08-2026
NYT: Qərb müttəfiqləri Kiyevə raket təhvil verməkdə tərəddüd edirlər
19:53 / 06-08-2026
İrakli Kobaxidze Gürcüstanda rus turistlərin təhlükəsizliyinə zəmanət verdi
19:46 / 06-08-2026
Anqola, Afrika və biznes əməkdaşlığının növbəti fəsli
21:09 / 05-08-2026
Nyu-York ölümcül xəstə sakinlər üçün evtanaziyanı qanuniləşdirib
21:06 / 05-08-2026
İtkin düşmüş təyyarənin pilotları ilə əlaqə saxlanılıb
21:02 / 05-08-2026
Cənubi Koreyada istidən 20-dən çox insan ölüb
20:56 / 05-08-2026
Roskosmos baş institutunda yanğın baş verib
20:53 / 05-08-2026
İspaniya 2030-cu il Dünya Kubokuna Mərakeşlə birgə ev sahibliyi etməkdən imtina edə bilər
20:51 / 05-08-2026
BMT: El-Ninyo 2027-ci ilin sonuna qədər daha 49 milyon insanı aclığa sürükləyə bilər
20:48 / 05-08-2026
Ölüm hökmünün Rusiyaya qaytarılmasını tələb etdi
20:35 / 05-08-2026
Sərxoş ata azyaşlı qızını döyüb
20:32 / 05-08-2026
DHL yük təyyarəsi Leypsiq üzərində naməlum əşya ilə toqquşub
20:22 / 05-08-2026
Taylandda oyun zamanı ildırım futbolçunu öldürdü
20:17 / 05-08-2026
Nasist döyməsi göstərdiyinə görə doqquz ay həbs cəzasına məhkum edilib
20:11 / 05-08-2026
FTB direktoru Rusiya və Çinlə əməkdaşlıqdan danışdı
20:06 / 05-08-2026
Kiyev kameraları 11 "İskəndər" raket zərbəsini qeydə alıb
20:04 / 05-08-2026
NYT: Rusiya ABŞ-ın "Patriot" raketləri üçün istehsal etdiyindən daha çox ballistik raketdən istifadə edir
XATİRƏLƏR TÜSTÜLƏNƏN OCAQMIŞ...- İSMAYIL MƏRCANLI İMANZADƏ
Tarix: 22-04-2022 23:08 | Bölmə: Ədəbiyyat

LENİN CƏBRAYILDA NECƏ “DƏFN” ETDİK...
Yəqin ki, bizim Cəbrayıl rayonundan olan orta və yaşlı nəslin nümayəndələrinin əksəriyyəti mənim bölgədə Azadlıq hərakatının öncüllərindən olduğumu xatırlayırlar.Və onu da unutmayıblar ki, 1988-ci-1989-cu illərdə həm rayon mərkəzində, həm də Xudafərin körpüsünün qarşı tərəfində düzənlənən mitinqlərin-(1990-cı ilin 20 Yanvar hadisələrinə etiraz əlaməti olaraq keçirilən ümumrayon toplantısı istina olmaqla)-demək olar ki, hamısının aparıcısı mən olmuşam.
Ədalət naminə deyim ki, Bakının Azadlıq meydanında keçirilən ilk mitinqinin ertəsi günü rayon mərkəzində keçmiş əqidə dostum Hüriyyət Məmmədovun rəhbərliyi ilə küçə yürüşü keçirilib. Sonrakı vaxtlarda isə “ispalkom”un qarşısında düzənlənən mitinqlərdə bir qayda olaraq unudulmaz el ağsaqqalı, ünlü ziyalı dostumuz Şəhriyar Quliyev, sonrakı vaxtlarda isə Fuad Şəhriyaroğlu, Vaqif Əlisoy, Məhəmməd Qurbanov, Oktay Vəliyev, Xanış Mehdiyev, Eldar Əliyev, Asif, Məhəmmədəli... bizimlə yanaşı dayanıblar. İndi o hadisələrin üstündən 34 ilə yaxın zaman kəsimi keçdiyindən, kimin öz vicdanın təhriki, kimin reklam xatirinə, kiminsə kor-koranə hərakata qoşulduğunu bildirmək niyyətində olmadığımdan, bir müdhiş olayın çoxlarına, o cümlədən bizim keçmiş “azadlıq aşiqlərinə” məlum olmayan sirrindən söz açacağam...
1989-cu il noyabr ayının əvvəlləri idi. “İspalkomun” yeni binasının birinci mərtəbəsindəki qərargahda növbətçi idim. O vaxtlar hər axşam saat 9-dan səhər saat 9-aqədər idarə heyətinin bir üzvü, bir və yaxud iki fəal hərakat üzvü ilə birlikdə növbətçilik edir, mərkəzdən gələn tapşırıqları qeyd eləyib, telefon zənglərinə cavab verirdi...
Gecə saat birə yaxın küçələrdən əl-ayaq yığışandan sonra qərargahdakı cavan oğlana,- “istəsən burada stulları yan-yana düzüb, yata bilərsən, mən aşağıda maşınımda olacağam, bir şey olsa aşağı düşüb, məni çağırarsan”-deyib otaqdan çıxdım. Binanın qarşısında saxladığım minik maşınımın qapısını açıb oturacağı arxaya qatlayaraq mürgüləməyə çalışdım. Hava bir qədər soyuq olduğundan, o vaxtlar dəbdə olan “finski” plaşıma bürünüb yatdım. Aradan iki-üç saat keçmişdi deyəsən. Kiminsə maşının üstününyavaşcadantaqqıldatdığını eşidən kimi, yerimdən qalxıb, bayıra çıxdım.İki milis nəfərini görəndə təəccüblə soruşdum: “Noolub, xeirdimi?! Onlardan biri həyəcanla bildirdi ki, “müəllim, kişini sizin uşaqlar yaman günə qoyublar!” Mən sualı-sal dalınca verdim, “hansı kişini, hansı uşaqlar döyüblər?!” Bu dəfə leytenant rütbəli milis üzümə baxmadan,-“döyməyiblər eee, şil-küt ediblər!”-deyərək, əlini “aqropromun” binasından o tərəfə uzatdı. Bir şey anlamadığımdan, səsimin tonunu bir az artırıb,-“yekə kişilərsiniz, bir deyin görüm kimi yaman günə qoyublar, axı?!” Bu dəfə o biri milis işçisi,-“qadan alım, müəllim, Lenin yoldaşı deyirik, kimlərsə onun heykəlini tanınmaz hala salıb, vallah sabah bizi sistemdən iti qovan kimi qovacaqlar, bizə rəhminzi gəlsin!”-deyərək, hüzn dolu bir səslə yavaşca dilləndi. Məsələnin mahiyyəti mənə aydın olan kimi onlarla qoşulub Xan Çinarın 20-30 addımlığında, yay kini teatrının alt tərəfindəki balaca bir guşədə illərdən bəri bir əlini qabağa uzadıb, “işıqlı sabahların yolunu” kütləyə göstərən heykəlin yanına gəldim. Milislərin dediyi kimi, “dahi rəhbərin” əhədini kəsmişdilər. Kimlərsə qvaltla vurub onun sağ qolunu yerə salmış, o biri qolunu dirsəkdən aşağı qoparmış, başını, sir-sifətini, ayaqlarını əzik-əzik etmişdilər. Ani olaraq düşünüb onlara dedim ki, səs-küy salmadan dalımca gəlin. Onları binanın aşağısında qoyub, qərərgahın qapısını açıb içəri girən kimi növbətçi oğlanı silkələyib oyatdım və dedim ki, mən burdayam, get evinizdə yat, sabah saat onda gələrsən...
Sonra telefona yaxınlaşıb “raykomun” üçüncü katibi Heyran Kalbalıyevaya zəng vurdum. Bildiyimə görə həmin gün rayonun birinci və ikinci katibləri hansısa iclasa görə Bakıda idilər. Uzun-uzadı zənglərimdən sonra xanım katib, yuxudan oyanıb, -“kimdir, gecənin bu vaxtı niyə məni narahat edirsiniz?”-deyə əsəbi halda qeyzləndi. “Mənəm Heyran xanım, İsmayıl müəllimdir!”-deyəib, onun növbəti suallar verməsini gözləmədən, tez buraya-yay kino-teatrının qarşısına gəlin, burda sizi gözləyirəm!-deyərək hadisənin baş verdiyi yerə qayıtdım. Heyran xanımın raykomun binasından bir az aşağıdakı kommunal evin birinci mərtəbəsindəki bir otaqlı evdə yaşadığını bilirdim və oradan heykəlin yanına cəmisi 150-200 addım olardı. Mən milislərlə birlikdə heykəlin qarşısına çatar-çatmaz Heyran xanım da oraya gəlib çıxdı. Heykəlin “müsibətini” görəndə əlləri ilə dizlərini döyəcləyib:
-Allah, bu nə işdi, başımıza gəldi, bunun altından necə çıxacağıq?-deyəndən sonra bir azca kənarda boyunlarını büküb məlul-məlul dayanan milislərin üstünəşığıdı. Əvvəlcə onlardan birinin boğazından yapışdı, sonra da obirisinin yaxasına əl atıb:
- Allah sizi yandırsın, şəhərə beləmi keşik çəkirsiniz, gözləriniz kor idi, yoxsa hardasa yeyib-içib zəhərlənirdiniz!
Mən onları Heyran xanımın “pəncəsindən” güclə qurtarıb yavaşca pıçıltadım:
-İndi belə sözlərə ehtiyac yoxdur, düşünüb bir nicat yolu, tapmaq lazımdır. Sonra o, iki məzluma toxdaqlıq üçün,-“qorxmayın və heç kəsi də buraya yaxın buraxmayın!”-deyib üzümü Heyran xanıma tutdum,- “gəl qərargaha gedək, orada sizə bir təklif edəcəyəm, ağlınıza batsa elə o cür də hərəkət edərik!..”
-Bəlkə raykoma gedək!?
-Yox, qərargah daha yaxındadır!
Yolda Heyran xanıma bildirdim ki, heykəlin yerli-dibli izlərini itirməkdən savayı ayrı əlacımız yoxdur. Dediyim ağlınıza batırsa, səhərə az qalıb, hərəkət eləmək lazımdır! O, qərargahdakı telefonla əvvəlcə “PMK”-nın rəisi Mərkəz Paşayevə, sonra da şəhər sovetinin sədri Qərib Əsədova zəng etdi və tapşırdı ki, 15-20 dəqiqəyə “ispalkomun” alt tərəfinə gəlin, özünüzlə də “Belorus” traktoru və bir də “Zil” samosvalt tapıb gətirin. Aradan heç iyirmi dəqiqə keçməmiş hər iki şəxs, maşın və traktor gəlib çıxdı. Beş-altı dəqiqəlik “müşavirə”dən sonra traktorçu çalavla heykəli silkələyib, aşırdı, səs çıxmasın deyə köməkləşib “cəsədi” qaldıraraq maşınanın yük yernə qoyduq. Sonra da kubiklə hörülüb, aqlay daşla üzlənən arşınyarımlıq postamentinyerə dağılan daşlarını ehtiyatla maşına yığdıq. Heyran xanın daş qırıntılarını canfəşanlıqla yerdən toplayan milislərə çevrilib: -Boyunuzu yerə soxum, sizin ucbatınızdan gecənin bu vaxtı ürəyimizi tuta-tuta qalmışıq! Allah sonrakı xatasından saxlasın!-deyərək yenidən onların üstünə çımxırdı...
Xoşbəxtlikdən heykəlin olduğu səmtdə inzibati binalar yerləşdiyindən və gecə zıl qaranlıq olduğundan hadisə yerinə kimsə gəlib çıxmadı. Traktorçu heykəlin yerini hamarlayandan sonra bir su maşını yanımıza gəlib çıxdı. Qərib həkim təlaş keçirdiyimiz hiss eləyən kimi astadan dilləndi:
-Narahat olmayın, mən çağırmışam, kommunal idarəsinin maşınıdır. Sonra da sürücüyə tərəf üzünü tutub, biz buranı tərk eləyəndən sonra, Abdulla kişinin restoranından “qara daşa” kimi küçəni sulayarsan və buranı da yaxşı-yaxşı islatmaq yadından çıxmasın haa! Heç kimə gördüyünüz barədə bir kəlmə də deməyin, tapşırıq hamımıza aiddir!..
Mərkəz müəllim, Qərib həkim və Heyran xanım məndən beş-altı addım kənara çəkilib, nə barədəsə məsləhətləşəndən sonra Mərkəz Paşayev sürücünü və traktorçunu qırağa çəkib,onlara son tapşırığını verdi:
-Yolda yubanmayın ha, səhər açılmamış, işinizi görüb qurtarın, bir azdan oraya gəlib özüm də baxacağam...
Deyəsən təhlükə bir az sovuşmuşdu, hamımızın çöhrəsindən hiss olunan gərginlik hissi səngiməkdə idi. Üzümü Mərkəz müəllimə tutub:
-Qardaş, bilmək olarmı “kişini” hansı dərədə “dəfn edəcəksiniz?-deyəndə Heyran xanım bir az təbəssümlə dilləndi:
-Şair, inciməyin, həmin yeri sizə deyə bilmərik, qorxuram ki, mitinqdə qızışıb sirriizi açıb hamıya bildirəsiniz!
Mən bir az incik halda:
-Heyran xanım, mən nəyin harda və nə vaxt deyiləcəyini yaxşı bilirəm. Sizin sözlərinizdən belə çıxır ki, mən “65”əm!
O pərt olduğumu hiss eləyib könlümü almağa çalışdı:
-Yox, vallah biz hamımız sizin xətrinizi çox istəyirik. Allah canınızı sağ eləsin, bu məsələdə qətiyyət göstərməsəydiniz Allah bilir neçə adam, içi biz qarışıq ağır cəzaya düçar olacaq, bu milislər də ən azından işdən qovulacaqdılar...
Artıqsəhərə uzaqbaşı yarım saat qalmış olardı. Heyran xanımla xudafizləşib qərargaha getmək istəyəndə, qolumdan yapışıb dedi:
-Şair, sizi hələ heç yana buraxan deyiləm, gedək raykoma, hər ehtimala qarşı sonuncu işimizi də tamamlamaq lazımdır...
“Raykomun” binasının ikinci mərtəbəsinə qalxanda, Heyran xanım kabinetinin qapısını açdı, içəri keçən kimi: “Sən burda otur beşçə dəqiqəyə qayıdıram!”-deyib getdi və qonşu otaqların birindən yazı makinasını gətirib qarşıma qoydu:
-Deyirlər “makina”da işləməkdə pərgarsan. Gəl, belə edək, büronun keçən aydakı iclasının sonuna bir məsələni əlavə edək və Azərbaycan Memarlar İttifaqına rayon rəhbərinin adından yığcam bir məktub yazaq və görək canımızı bu lənətə gəlmiş gecənin əzablarından qurtara biləcəyikmi?
O vaxtlar makinada yazmağı yaxşı bacardığımdan çətinlik çəkmədən hər iki sənədi cəmisi on beş dəqiqənin içərisində yazıb tamamladım. Mərkəzə göndəriləcək məktubda memarlar ittifaqından xahiş olunurdu ki, Leninin 40 il qabaq rayun mərkəzində qoyulmuş heykəli, “yenidənqurmanın” tələblərinə uyğun gəlmədiyindən onun yeni, daha möhtəşəm nümunəsinin qısa müddət ərzində hazırlanıb rayona köndərilməsinə kömək etsinlər. Sənədlər hazırlanandan sonra ikimiz də rahat nəfəs aldıq. Saata gözucu baxanda 7-nin yarısı olduğunu gördüm...
Bəlkə də bizim, o iki nəfər milisin və hamından gizli şəkildə bu müdhiş hadisəni törədənlərin bəxtindənbu hadisə çoxları üçün gizli qaldı və xəbəri olanlar da həm canlarının, həm də vəzifələrinin qorxusundan məsələni açıb ağartmadılar...
Allaha şükürlər olsun ki, bu gün Heyran xanım, Mərkəz Paşayev, Qərib Əsədov və mən hələ həyatdayıq. O birilərindən-traktorçu və “Zil” və su maşınlarının sürücüsündən isə xəbərim yoxdur.Yaşayırlarsa, Allah canlarını sağ eləsin, ölüblərsə ruhları şad olsun!
Aradan on yeddi il keçəndən sonra təsadüfən metrunun “Elmlər akademiyası”nın çıxış qapısında həmin milislərdən biri ilə rastlaşdım, boynumu qucaqlayıb:
-Müəllim, Allah canınızı sağ eləsin,-dedi- o gecə siz bizi elə bil ölümdən xilas etdiniz, yaxınlarda polis sistemindən təqaüdə çıxmışam, mən ölüm vaxtın varsa gedək sizə bir qonaqlıq verim!
Sağollaşıb ayrıldım, qismət olsa bu dəfə Heyran xanımla, ya da Mərkəz Paşayevlə hardasa rastlaşsam deyəcəyəm:
-Vladimir İliçin Cəbrayılın fansı dərəsində dəfn olduğunu ikinizdə başqa bilən yoxdu, görən o kişi perik düşdüyümüzün fərqinə varıb, lənətə gəlmiş Qorbaçovu və nankor qonşularımızın cəhənnəm oduna yanacaqlarını bilirmi?
P.S. O gecə “raykom”da” yazdığım məktub ünvanına çatandan sonra bu məqsədlə paytaxt Bakıda yerləşən bir idarəyə vəsait köçürülsə də, sonrakı hadisələr Vladimir İliçin Cəbrayıla “qayıdaraq” qəddini təzədən dikəltmsini əngəllədi...
20.04.2022
İSMAYIL MƏRCANLI İMANZADƏ

Baxış sayı: 1 177
Bölməyə aid digər xəbərlər

1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
12-03-2025, 22:08
Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub
2-03-2025, 22:59
Sumqayıt şəhərində Natəvan Dəmirçioğlunun "Açar" romanının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
25-02-2025, 13:05
Sumqayıt şəhərində deputatın kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR