Bütün xəbərlər
Türkiyə Ukrayna münaqişəsinin həllində özünəməxsus rolunu bəyan edib
Tarix: 15-10-2025 09:04 | Bölmə: Siyasət

Türkiyəli diplomatik mənbə bildirib ki, Türkiyə Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda unikal rol oynayır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı münaqişənin həllinə kömək edə bilər.
"Donald Trampın bəyanatı Ankaranın xüsusi statusunu təsdiqləyir. Türkiyə unikal mövqe tutur - o, NATO üzvüdür, bununla belə, Moskva ilə sabit münasibətlər saxlayır və onu faktiki olaraq tərəflər arasında dialoq üçün yeganə kanala çevirir", - RİA Novosti mənbəyə istinadən yazıb.
Bununla belə, ekspertlər Trampın Ərdoğana bu iltifatı şəxsi maraqlarından irəli gəldiyinə inanır. Tramp başa düşür ki, Türkiyəsiz Yaxın Şərq münaqişəsinə son qoymaq mümkün deyil.
Ərdoğan bəyan edib ki, Türkiyə Ukraynadakı münaqişənin həlli istiqamətində səylərini davam etdirəcək, çünki bundan yalnız “qan tacirləri” faydalanır.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər