Bütün xəbərlər
Geosiyasi proseslərdə Azərbaycanın da mövqeyi qəbul olunur-Könül Nurullayeva
Tarix: 15-10-2025 22:10 | Bölmə: Siyasət

ABŞ Prezidenti Donald Tramp və Misir rəhbəri Əbdülfəttah Əs-Sisinin dəvəti ilə Azərbaycan Prezidentinin Şarm əl-Şeyx şəhərində Yaxın Şərqdə sülh sammitində iştirakı ölkəmizin qlobal xarici siyasətinin təcəssümüdür. Bu gün Azərbaycan qlobal məsələlərin həllində iştirak edən dövlətə çevrilib. Prezident İlham Əliyev oktyabr ayı ərzində ümumilikdə 4 sammitdə iştirak edib. Bu tədbirlərin hər biri müxtəlif coğrafiyalarda keçirilib və həmin tədbirlərdə qlobal geosiyasi proseslər diqqət mərkəzində olub.  Belə ki, istər Avropa Siyasi Birliyinin sammiti, istər Türk Dövlətləri Təşkilatının zirvə görüşü, həmçinin MDB dövlət başçılarının sammiti, ardınca isə Qəzza sammitində Azərbaycan da iştirak etdi. Nəzərə alsaq ki, bu topantıların hər biri həssas coğrafiyalarda müxtəlif qlobal mövzuların müzakirəsinə həsr olunmuşdu, bu, geosiyasi proseslərdə Azərbaycanın da mövqeyinin qəbul olunması deməkdir. Xüsusilə uzun illərdir davam edən Yaxın Şərqdə müharibənin bitməsi, humanitar böhrana son qoyulması Azərbaycanın da həssaslıqla yanaşdığı məsələdir. Qəza zolağında baş verən humanitar fəlakət  təxminən 70 min insanın həyatına son qoyub. 
Cənubi Qafqazda separatizmin, işğalın kökünü kəsən Azərbaycan digər münaqişə bölgələrində də sabitliyin, təhlükəsizliyin təmin olunmasında maraqlıdır. Prezident İlham Əliyevin bütün platformalarda yüksək səviyyədə qəbul olunması, xüsusilə də Misirdə ABŞ Prezidenti Donald Trampla görüş,  həmçinin ABŞ dövlət başçısının Bakı ilə İrəvan arasında sülh mövzusunu yenidən gündəmə gətirməsi Azərbaycana olan etimadın göstəricisi idi. Qəzza sammitindən sonra Azərbaycanın Yaxın Şərqdə münasibətlərin normallaşmasına təsirinin artacağını proqnozlaşdırmaq olar.




Baxış sayı: 64


Bölməyə aid digər xəbərlər