Bütün xəbərlər
Polis əməkdaşına hücum etməkdə təqsirləndirilən iki nəfər həbs edilib
Tarix: 15-10-2025 22:05 | Bölmə: Cəmiyyət

Moskvada müstəntiqlərin tələbi ilə polis əməkdaşına zorakılıq etməkdə ittiham olunan gənclər həbs edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi öz Telegram kanalında məlumat yayıb.
Cinayət işi ilə bağlı Solntsevski Rayonlararası İstintaq Şöbəsində araşdırma aparılır.
Müstəntiqlərin fikrincə, 2025-ci il oktyabrın 13-nə keçən gecə polis əməkdaşları meşəlik park ərazisində əlində fənəri olan şübhəli kişini görüblər. Onu yoxlamaq istəyərkən şübhəlilərdən biri aqressivləşib, daha sonra digər ikisi məmuru yerə yıxaraq onu döyməyə başlayıb.
Hücumun qarşısını almaq üçün polis əməkdaşı iki xəbərdarlıq atəşi açıb. Hücum edənlərdən biri ayağından güllə yarası alıb və hadisə yerində saxlanılıb. Onun əlaltıları qaçsalar da, tezliklə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulublar.
Məhkəmə iki təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib. Üçüncü təqsirləndirilən şəxslə bağlı qərar daha sonra tibbi sübutlar nəzərə alınmaqla veriləcək.

Cinayət işi üzrə istintaq davam etdirilir.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər