Bütün xəbərlər
Odessa meri vətəndaşlığından məhrum edilməsi qərarına etiraz edəcək
Tarix: 14-10-2025 17:56 | Bölmə: Karusel

Odessa meri Gennadiy Truxanov Ukrayna vətəndaşlığından məhrum edilərsə, qərara məhkəmədə etiraz etmək niyyətində olduğunu açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bundan əvvəl Kiyev rejiminin lideri Vladimir Zelenskinin Odessa meri Truxanovu Ukrayna vətəndaşlığından məhrum etdiyi barədə məlumat yayılmışdı. Ukrayna Prezident Aparatının rəsmi saytında Odessa meri Truxanovun Ukrayna vətəndaşlığının ləğv edilməsini tələb edən petisiya dərc olunub. Müraciətdə onun Rusiya pasportu olduğu iddia edilir. Truxanov bu məlumatı qəti şəkildə təkzib edir.
Ukraynanın "Strana.ua" nəşri Odessa merinin sözlərinə istinadən "Mən özümü müdafiə edəcəyəm, iddia qaldıracağam. Əgər məhkəmə sizin işinizi həll edə bilməsə, mən Avropa İnsan Haqları Məhkəməsində iddia qaldıracağam" yazıb.
O, həmçinin təklif edib ki, vətəndaşlığın ləğvi ilə bağlı petisiya tez bir zamanda imzalansın, çünki kimsə ona qarşı kin bəslədiyi üçün onu siyasi arenadan sıxışdırmağa çalışır.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər
10-10-2025, 08:58 Zəlzələ baş verib
10-10-2025, 08:45 Sənaye binası yanıb