Bütün xəbərlər
Putin Andrey Qrozovu Avstriyaya səfir təyin edib
Tarix: 14-10-2025 17:58 | Bölmə: Karusel

Rusiya prezidenti Vladimir Putin Andrey Qrozovu Rusiyanın Avstriyadakı yeni səfiri təyin edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  müvafiq fərman hüquqi aktların dərci üçün rəsmi internet saytında yerləşdirilib.
“Andrey Yuryeviç Qrozov Rusiya Federasiyasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”, - sənəddə deyilir.
Dövlət başçısı digər sərəncamla Qrozovu Rusiyanın MDB-nin nizamnamə və digər orqanlarında daimi nümayəndəsi vəzifəsindən azad edib.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər
10-10-2025, 08:58 Zəlzələ baş verib
10-10-2025, 08:45 Sənaye binası yanıb