Bütün xəbərlər
Puşkov: “Tomaqavk” raketlərinin Ukraynaya çatdırılması üçqat zərər verə bilər"
Tarix: 14-10-2025 17:40 | Bölmə: Manşet

Əgər ABŞ Ukraynaya “Tomaqavk” qanadlı raketləri tədarük etmək qərarına gəlsə, zərər üçqat olacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Federasiya Şurasının İnformasiya Siyasəti və KİV-lə qarşılıqlı əlaqə komitəsinin sədri Aleksey Puşkov deyib.
Senator özünün Teleqram kanalında Britaniyanın “The Financial Times” qəzetində Vaşinqtonun Kiyevə 50-yə qədər “Tomaqavk” raketi ötürməyi nəzərdən keçirdiyi barədə xəbəri şərh edib.
"Ümumi zərər çox böyük ola bilər və üçqat ola bilər: Ukrayna böhranının həlli perspektivlərinə; Vaşinqton və Moskva arasındakı münasibətlərə; və qlobal təhlükəsizliyə, çünki belə bir çatdırılma qaçılmaz olaraq münaqişənin kəskinləşməsinin yeni səviyyəsinə gətirib çıxaracaq", - Puşkov izah edib.
O əlavə edib ki, bu cür silahların çatdırılması hərbi əməliyyatların gedişinə təsir göstərməyəcək. Puşkovun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp üçün yeganə rasional qərar raketlərin tədarükü ilə bağlı verdiyi vədləri geri götürmək olardı.
Puşkov bundan əvvəl “Tomaqavk” raketlərinin Kiyevə təhvil verilməsini Rusiya ilə raket müharibəsinə aparan birbaşa yol kimi qiymətləndirmişdi.
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Kiyevin Tomaqavk raketlərini alması eskalasiyanın yeni mərhələsini qeyd edəcək, lakin bu cür tədarüklər döyüş meydanında qüvvələr balansını dəyişməyəcək.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər