17:04 / 13-09-2026
Əhdi həmin videosuna görə saxlanıldı
17:01 / 13-09-2026
Naməlum kişinin hücumundan sonra bir qız reanimasiyaya yerləşdirilib
16:58 / 13-09-2026
Uşakov Hindistanda keçirilən BRICS Zirvəsində Ukraynanın kimdən xatırlandığını açıqladı
16:55 / 13-09-2026
Rus turistləri daşıyan təyyarə Tunisdə qəzadan çətinliklə yayındı
16:52 / 13-09-2026
Litva üzərində PUA: NATO qırıcı təyyarəsi havaya qalxdı
16:45 / 13-09-2026
Selin Dionun altı ildən sonra ilk konserti Fransada baş tutdu
16:43 / 13-09-2026
Britaniya səfirliyinin təhlükəsizlik işçisi tədricən Ukrayna mədəniyyətinə qərq oldu
16:40 / 13-09-2026
Dəmir Yolu Stansiyasının rəisi Sankt-Peterburqda həbs edilib
16:36 / 13-09-2026
Yanğından altı uşaq xilas edildi
16:33 / 13-09-2026
Zelenski dünyanın ən nüfuzlu yəhudiləri arasında adlandırılıb
11:41 / 13-09-2026
İki kombayn yanğını baş verib
11:38 / 13-09-2026
Bir sıra zəlzələlər baş verdi
11:34 / 13-09-2026
Batmış bərədə 30-dan çox insan itkin düşüb
11:31 / 13-09-2026
Polşa Ukraynadakı Rusiya fəaliyyətinə görə hava qüvvələrini gücləndirdi
11:28 / 13-09-2026
Bir gündə on ayı öldürülüb
11:25 / 13-09-2026
Yava dənizində itkin düşən 243 sərnişini olan gəmi ilə əlaqə
11:22 / 13-09-2026
Çayda qayıqdan yıxılaraq xəsarət alıb
11:20 / 13-09-2026
Polis iki yeniyetməni vuran sürücünü axtarır
11:17 / 13-09-2026
Media xəbər verir ki, APEC sammitində tarixi bir hadisə baş verə bilər
11:13 / 13-09-2026
Evdə baş verən yanğında bir qadın ölüb
20:53 / 12-09-2026
“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”
19:13 / 10-09-2026
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
19:03 / 10-09-2026
“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər”
18:58 / 10-09-2026
“100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü” - Video
18:50 / 10-09-2026
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
18:47 / 10-09-2026
Polis yeniyetmələri bıçaqla hədələyəni saxlayıb
18:43 / 10-09-2026
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
18:38 / 10-09-2026
Gəmidə baş verən yanğında 25 nəfər ölüb
18:35 / 10-09-2026
Mali terrorçuları ölkənin mərkəzində hücum həyata keçiriblər
18:33 / 10-09-2026
Yanğından uşağı xilas edən bir kişi hadisənin təfərrüatlarını paylaşıb
18:30 / 10-09-2026
Pilotsuz təyyarənin uçuş videosunu mesajlaşma tətbiqində yerləşdirib və cərimə alıb
17:47 / 10-09-2026
Venesuelada Ukrayna modelini daşıyan təyyarə qəzaya uğrayıb
17:43 / 10-09-2026
Bir ovçu, insanların ayıları özləri təhrik etdiyini bildirdi
17:40 / 10-09-2026
"Spartak"la müqaviləsini ləğv etdikdən sonra "Rostov"a qoşuldu
17:37 / 10-09-2026
MSU professorunun qətlində ikinci şübhəli axtarışda elan edilib
17:33 / 10-09-2026
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir
“FOLKLORDA JANR DAXİLİNDƏ JANR” MONOQRAFİYASININ ELMƏ GƏTİRDİYİ YENİLİKLƏR
Tarix: 06-04-2022 21:49 | Bölmə: Ədəbiyyat

Naxçıvan nəinki Azərbaycan və Yaxın Şərqin, eləcə də dünyanın qədim tarixə və zəngin mədəniyyətə malik olan bölgələrindən biridir. Qədim yurd yerləri, Gəmiqaya rəsmləri, I və II Kültəpələr kimi maddi-mədəniyyətabidələri ilə yanaşı, nəsillərdən nəsillərə keçərək günümüzə qədər gəlib çatan xalqın mənəvi xəzinəsi – bədii yaddaşı da bu baxımdan əvəzsiz mənbədir. Şifahi xalq ədəbiyyatı janrlarıtarix, etnoqrafiya, dilçilik, dialektologiya, toponimika, etimologiya kimibir sıra elm sahələri ilə sıx əlaqəli olduğundan bu sahədə tədqiqatların aparılmasımühüm əhəmiyyətə malikdir.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovun Naxçıvan regionunun folklor örnəkləri əsasında janrlararası əlaqələri və sintezi araşdırdığı “Folklorda janr daxilində janr” (Naxçıvan örnəkləri əsasında)monoqrafiyasıAzərbaycan folklorşünaslığı, eləcə də ədəbiyyatşünaslığı elminə dəyərli töhfədir. Monoqrafiyanın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Seyfəddin Rzasoy, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosentHikmət Quliyev və filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərovadır. Monoqrafiya Aytən Cəfərovanın yazdığı“Folklorda yaşayan folklor” adlı ön söz, giriş, beş fəsil, nəticə və istinad ədəbiyyatı kimi hissələrdən ibarətdir.“Ön söz”də irihəcmlijanrların daxilində digər janrlardan yerli-yerində istifadə olunmanın şifahi söz sənətimizin zənginləşməsində və müvafiq janrın bədii təsir gücünün ikiqat artmasında mühüm rolu qeyd olunmuşdur. Eyni zamanda gələcəkdə müvafiq fəsillərdə qeyd olunan janrlardan başqa digər folklor örnəklərində də yaşayan həm müasir, həm də ilkin janr örnəklərinin aşkara çıxarılması üçün bu monoqrafiyanın düzgün yola istiqamətverici mayak xüsusiyyətinə malik olduğu diqqətə çatdırılmışdır.
Monoqrafiyanın “Dastanlarda işlədilən aşıq şeiri janrları” adlandırılan birinci fəslində “Ziyad və Şövkət”, “Telli Qara”, “Aşıq Qurbani”, “Əmrah”, “Arzu-Qənbər”, “Valehnən Taleh”dastanlarında divani, müxəmməs, qoşma, gəraylı, təcnis, cığalı təcnis janrlarınınaraşdırılması həm folklor mühitinin öyrənilməsi, həm də Naxçıvandan toplanmış dastanlarda aşıq şeirlərinin ümumi xüsusiyyətlərinin əks etdirilməsi baxımındanxüsusi əhəmiyyət daşıyır. Müəllifin qənaətincə, bu janrlar təkcə dastanın struktur poetikasını əks etdirmir, həm də bu nümunələrlə qəhrəmanların xarakteri, obrazların düşüncələri açılır, əsərin təhkiyəsi bədii zənginlik qazanır. Konkret janrlarla bağlı dəyərli ədəbiyyatşünas və folklorşünas alimlərin fikirlərini dərin hörmətlə xatırladan müəllif bir sıra hallarda regiona məxsus bəzi nümunələrin tamamilə orijinal üsullarla yaradıldığı qənaətinə gəlir ki, birinci fəsildə “Ziyad və Şövkət” dastanı bu fikrin əyani sübutu olaraq irəli sürülür. İkinci fəsildə nağıl janrında kosmoqonik yaradılış formulları olan alqış (kosmosyaratma) və qarğış (xaosyaratma) janrlarının işlənmə məqamlarına nəzər salınmış, “Kitabi-Dədə Qorqud” və digər dastanlarda, nağıllarda istifadə olunan bu janrlarxalqın etnik xüsusiyyətlərini daha fəal mühafizə edən janrlar kimi səciyyələndirilmişdir.Bu janrların mərasimlərlə, məişətlə, mifoloji və dini təsəvvürlərin təsirilə formalaşması, daha qədim tarixə malik olan qarğışların inanc obyekti baxımındanmüxtəlif qruplaşdırılmaları ilə bağlı tədqiqatçıların qənaətlərinə münasibət bildirən müəllif daha sonra mövzu haqqındakı araşdırmalarını təqdim edir. Maraqlı məqam nağıllarda alqışlara nisbətən qarğışların həm nümunə sayı, həm də variantlılıq baxımından zənginliyidir. Müəllif Naxçıvandan toplanmış “Gül Sənavərə neylədi, Sənavər Gülə neylədi”, “Kişinin arvadını sınaması”, “Adil padşahın nağılı”, “Aftabın nağılı” kimi nağıllardaxalis alqış və qarğışlarla yanaşı, mahiyyətində qarğış daşıyan andların, məna baxımından atalar sözlərinə bənzəyən qarğışların işləndiyinə də diqqət çəkmişdir. Elxan Məmmədov mifoloji əfsanə və rəvayətlərdə, xüsusən nağıllarda bu janrların qəhrəmanlara uğur arzulamaq məqsədilə istifadəsini, obrazların xoş niyyətinin açılmasındakı mühüm rolunu, həm də qədim türk fəlsəfi düşüncəsini özündə əks etdirdiyini aşkara çıxarır. Müəllif həm obrazların dili ilə, həm də nağıl söyləyicisinin nitqində alqış və qarğışlardan istifadənin onların yaddaşlara yazılaraq sonrakı nəsillərə çatdırılmasında əvəzsiz rol oynadığını qeyd edir. “Əfsanə və rəvayətlərdə inam və inanclar” adlı üçüncü fəsildə “Nuhun tufanı”, “Yalqız ağac”, “Oğlan-qız məqbərəsi” və s. örnəklər əsasında ən qədim janrlardan olan inancların bəzən olduğu kimi, bəzən də təsvir olunan hadisələrə münasibət bildirmək baxımından geniş yer aldığı qeyd edilir. “Bayatılarda işlənən atalar sözlərinin poetikası” adlı fəsildə region insanının özünəməxsus düşüncə və təfəkküründən süzülən dərinqatlı mənaları özünün ritmik və ahəngdar janrlarında da bol-bol istifadə etdiyi nümunələr vasitəsilə təsdiq olunur. Qeyd olunan nümunələr əvvəlcədən məlum toplularda rast gəlinməyən, tamamilə orijinal və yeni bayatılar olması ilə də müəllifin diqqətini cəlb etmişdir. O, professor Məhərrəm Qasımlının bayatılarla bağlı təsnifatındakı bayatı-bağlama, bayatı-deyişmə, bayatı-tapmaca və s. kimi formalara həmin bayatı-atalar sözü nümunələrini də daxil etməyi zəruri hesab edir.Belə nümunələrdən bir neçəsini diqqətinizə çatdırmaq istərdim:
Asta de bayatını,
Ahəstə bayatını.
Mərdlər yabı minibdi,
Namərdlər bəy atını.
Və yaxud:
Sürü tanır qurdunu,
İyid sevər yurdunu.
Bir xain, bir də qorxaq
Batırar bir ordunu.
Ümumilikdə isə müəllif atalar sözlərinin bayatılarda işlənmə məqamları ilə bağlı dörd halı qeyd edir: 1) heç bir dəyişikliyəuğramadan, 2) müəyyən qədər dəyişdirilmiş formada, 3) mətnaltı mənada dərk edilən, lakin mətndə gizlədilmiş formada və 4) bütövlükdə atalar sözü gücünü, məna yükünü daşıyan müəyyən misraları olan bayatılar. Bu fəsildənbelə bir nəticə əldə olunmuşdur ki, Naxçıvandan toplanmış bayatılarda atalar sözlərinin işlədilməsi həm bayatıların ritmik ahəngdarlığına fərqli bir ovqat əlavə etmiş, həm məna tutumunu zənginləşdirmiş, həm də atalar sözlərinin özünün yaşarlılıq və mühafizə sisteminə çevrilmişdir. “Xalq mərasimlərində nəğmələrin rolu və yeri” adlı sonuncu fəsildəmərasim nəğmələrində söyləyici iştirakçıların yaş kateqoriyalarındakı fərqləri müşahidə edir, təsərrüfat həyatı ilə bağlı mərasimlərdə böyüklərin, təqvimlə bağlı mərasimlərdə uşaqların aktivliyi müəllifin diqqətini cəlb edir. Bu nəticəyə gəlinir ki, uşaqdan böyüyə hər bir xalq nümayəndəsi etnosun ümumi məhsulu olan nəğmələrə aşinadır. Bundan başqa mərasimlər daxilində nəğmələrin yer alması etnoqrafik yaddaşdan folklor yaddaşına keçiddə, folklor yaddaşında etnoqrafik yaddaşın varlığı məsələləri ətrafında danışmağa imkanverməsi vurğulanmışdır.
Monoqrafiyanın “Nəticə” hissəsində fəsillər üzrə aparılan tədqiqatlarla bağlı müəllifin əsas qənaətləri ümumiləşdirilmiş və bu mövzunun gələcəkdə daha geniş araşdırmalara, həmçinin daha çox janrlar arasında paralellik aparmağa, əhatəli və ətraflı tədqiqatlar barədə düşünməyə əsas verdiyi qeyd olunmuşdur.
AYGÜN ORUCOVA,
filologiya üzrə fəlsəfə doktoru, dosent,
AMEA Naxçıvan Bölməsi

Baxış sayı: 1 015
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR