Bütün xəbərlər
Fərid Əhmədov Bərdədə vətəndaşları qəbul edib - Fotolar
Tarix: 05-12-2025 22:13 | Bölmə: Sosial

ferid-ehmedov-berdede-vetendaslari-qebul-edib


Ədliyyə naziri Fərid Əhmədov Bərdə şəhərində vətəndaşları qəbul edib.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.
Qəbulda Bərdə, Mingəçevir, Yevlax, Ağcabədi, Ağdam və Tərtər rayonlarından ümumilikdə 61 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciəti dinlənilib.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.








Baxış sayı: 73


Bölməyə aid digər xəbərlər
24-11-2025, 14:16 Yandırılan kənd