Bütün xəbərlər
Qvadelupada Milad şənliyində avtomobil izdihamın üzərinə sürülüb
Tarix: 06-12-2025 12:38 | Bölmə: Dünya

"Telangana Today" xəbər verir ki, Qvadelupada Milad öncəsi şənliklər zamanı avtomobilin izdihamın üzərinə sürülməsi nəticəsində on nəfər ölüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Sainte-Anne şəhərində baş verən hadisədə daha doqquz nəfər yaralanıb.
Nəşrin məlumatına görə, hakimiyyət orqanları qəzanın səbəbini araşdırır. Bu arada şahidlər sürücünün səhhətinin pis olduğunu və təcili tibbi yardıma ehtiyacı olduğunu bildirirlər.
Faciənin səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər
2-12-2025, 19:28 Moqerini saxlanıldı