19:28 / 02-12-2025
Moqerini saxlanıldı
Bütün xəbərlər
Moqerini saxlanıldı
Tarix: 02-12-2025 19:28 | Bölmə: Dünya

moqerini-saxlanildi


Belçika polisi Avropa İttifaqının (Aİ) Xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerinini saxlayıb.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Le Soir” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Onun Avropa Kolleci üçün keçirilən tenderdə dələduzluq hallarının baş verməsi ilə bağlı saxlanıldığı deyilir.
Ümumilikdə iş üzrə 3 nəfər saxlanılıb. Onlardan birinin Avropa Xarici Fəaliyyət Xidmətinin keçmiş baş katibi, italyan diplomat Stefano Sanninonun olduğu bildirilir.
Qeyd edək ki, F. Moqerini 2014-2019-cu illərdə Aİ-nin Xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsində çalışıb. 2020-ci ildən isə Avropa Kollecinin rektoru olaraq fəaliyyət göstərir.



Baxış sayı: 68


Bölməyə aid digər xəbərlər
Bu gün, 19:28 Moqerini saxlanıldı