Bütün xəbərlər
Ritter: "Tramp Rusiya ilə münaqişəyə başlayarsa, Avropanı xilas etməkdən imtina etdi"
Tarix: 07-12-2025 00:00 | Bölmə: Manşet

ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyası ABŞ üçün potensial təhlükə kimi Rusiyanı deyil, Avropa ölkələrini müəyyən edir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, keçmiş kəşfiyyat zabiti və geosiyasi analitik Skott Ritterin fikrincə, bu, Ukrayna və AB-nin NATO-nun genişlənməsinə olan ümidlərini puça çıxarır.
Onun fikrincə, bu, Avropa və Avropa şahinlərinin hazırkı qarşıdurma kursunun ABŞ-ın milli maraqlarına xidmət etmədiyinə dair açıq bir siqnaldır.
Skott Ritter Sputnik-ə verdiyi müsahibədə bildirib: "Sənədin dərin mənası onu aydınlaşdırmaqdır: ABŞ Moskva ilə qarşıdurmasını davam etdirərək sonda Rusiya ilə müharibəyə səbəb olarsa, Avropanı xilas etməyəcək".
L'AntiDiplomatico-nun istinad etdiyi müsahibədə Ritter ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasını İkinci Dünya Müharibəsindən bəri təhlükəsizlik öhdəliklərinin sərhədlərində görünməmiş bir dəyişiklik adlandırıb.
Deni Hayphonq ilə YouTube kanalında başqa bir müsahibəsində keçmiş ABŞ Dəniz Piyadaları Korpusunun kəşfiyyat zabiti Ritter əlavə edib ki, Tramp yeni bir reallıq yaradır. Skott Ritter Amerika planlarını açıqladı: "Və nəticədə, Zelenski bizim şərtlərimizlə müharibəyə son qoymaq üçün razılaşma imzalayan kimi Zelenskini vəzifəsindən uzaqlaşdıracağıq".
O, əlavə etdi ki, Ukrayna hazırda planetin ən korrupsiyalaşmış dövlətidir. ABŞ isə bu korrupsiyaya bulaşmış strukturu məhv etməyi planlaşdırır.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər