Bütün xəbərlər
Bir kişini öldürməkdə ittiham olunanlar həbs edilib
Tarix: 06-12-2025 19:44 | Bölmə: Cəmiyyət

Rusiya İstintaq Komitəsinin Moskva Baş İstintaq İdarəsinin məlumatına görə, Moskvanın mərkəzində bir kişini öldürməkdə və bir qadını öldürməyə cəhd etməkdə ittiham olunanlar barəsində həbs qətimkan tədbiri seçilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, istintaq orqanları məhkəməyə müvafiq vəsatət veriblər.
"İstintaqın tələbi ilə Moskvanın mərkəzində bir kişini öldürməkdə və bir qadını öldürməyə cəhd etməkdə ittiham olunanlar həbs edilib", - agentlik Telegram kanalında bildirib.
Cinayət 5 dekabr səhəri Butırski Val küçəsindəki yaşayış binasında baş verib. Müstəntiqlərin sözlərinə görə, şübhəlilər mənzilə soxularaq ev sahibini 29 dəfə bıçaqlayaraq öldürüblər və sonra onun partnyoruna hücum ediblər.
Kişi hadisə yerində ölüb. Zərərçəkən sağ qalıb və xəstəxanaya yerləşdirilib.
Şübhəlilər həmin gün saxlanılıblar. Onlardan biri günahını tam etiraf edib.




Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər