Bütün xəbərlər
Sarkozi həbsxanada taxıl batonları və süd məhsulları ilə dolanırdı
Tarix: 06-12-2025 19:34 | Bölmə: Dünya

Əvvəllər məhkəmə nəzarəti altında həbsxanadan azad edilən Fransanın keçmiş prezidenti Nikola Sarkozi yeni kitabında üç həftəlik həbs müddətində nə yediyini danışıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Fransanın "Le Figaro" qəzeti siyasətçinin sözlərinə və nəşr olunmamış əsərindən parçalara istinadən məlumat yayıb.
"Sarkozi 320535 saylı məhbusun həyatı haqqında yazıb.Üç həftə süd məhsulları, taxıl batonları, mineral su, alma şirəsi və bəzi şirniyyatlarla dolanan bir insanın gündəlik həyatı haqqında", - deyə, nəşr bildirib.
Qəzet həmçinin aydınlaşdırıb ki, keçmiş Fransa prezidenti gündə 23 saat kamerasında saxlanılıb və görüşlər zamanı bu müddət yalnız bir saat qalıb.
Sarkozi əvvəllər həbsxanadakı müddətini kabus kimi təsvir etmişdi, lakin həbsxana işçilərinin onun dözümlü qalmasına görə minnətdarlığını bildirib.
"Daily Mail" əvvəllər Sante həbsxanasındakı məhbusların Sarkozini təhdid etdiyini və təqib etdiyini yazırdı.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər
2-12-2025, 19:28 Moqerini saxlanıldı