Bütün xəbərlər
Tülin Ələkbərova haqda bu dəfə həbs qərarı verildi
Tarix: 07-12-2025 00:09 | Bölmə: Cəmiyyət

tulin-elekberova-haqda-bu-defe-hebs-qerari-verildi



İki gün əvvəl quldurluq şübhəsi ilə saxlanılan kikboksçu Tülin Ələkbərova və tələbəsi Abbas Rəhimli məhkəməyə çıxarılıb.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Abşeron Rayon Məhkəməsinin qərarı ilə onların hər ikisi barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Müəllim və tələbə birbaşa istintaq təcridxanasına aparılıblar.
Qeyd edək ki, Tülin və Abbas bir nəfərə kəsici alətlə xəsarət yetirərək quldurluq yolu ilə onun 110 manat pulunu ələ keçirməkdə ittiham olunurlar. T. Ələkbərova xuliqanlıq cinayətinə görə 6 aylıq məhkum edilib. Hələ ki cəzası başa çatmayıb.



Baxış sayı: 79


Bölməyə aid digər xəbərlər