Bütün xəbərlər
Rusiya Silahlı Qüvvələri Ukraynanın enerji obyektlərinə kütləvi zərbə endirib
Tarix: 06-12-2025 12:20 | Bölmə: Karusel

Dekabrın 5-dən 6-na keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın bir neçə bölgəsindəki elektrik enerjisi istehsalı, paylanması və ötürmə obyektlərinə kütləvi zərbə endirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin mətbuat xidməti məlumat verib.
Hücumun raketlər və dronlardan istifadə edilərək həyata keçirildiyi dəqiqləşdirilib.
Nazirliyin açıqlamasında deyilir: "Hücum nəticəsində bu səhərə qədər Odessa, Çerniqov, Kiyev, Xarkov, Dnepropetrovsk və Nikolayev vilayətlərinin ərazilərində elektrik kəsintiləri baş verib".
Sənaye obyektləri də daxil olmaqla, Ukraynanın bütün bölgələrində saatlıq elektrik kəsintiləri tətbiq olunub.
Bir müddət əvvəl Ukraynadakı Rusiyapərəst yeraltı qruplar Ukrayna yaraqlıları tərəfindən müvəqqəti olaraq nəzarətdə saxlanılan Kiyev Zaporojye administrasiyasının (ZOVA) şəhərdə istilik mövsümünün başladığını elan etdiyini, sakinlərin mənzillərində hələ də elektrik və istilik olmadığını bildiriblər.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər