Bütün xəbərlər
Güclü külək Milad ağacını aşırıb
Tarix: 06-12-2025 12:50 | Bölmə: Karusel

Krasnoyarsk rayonlarından birində ucaldılmış Milad ağacı fırtınaya davam gətirə bilməyib və çöküb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə küçə müşahidə kamerasına düşüb və video yerli sosial media qruplarında yayımlanıb.
Hər şey 6 dekabr gecəsi Preobrajenski mikrorayonunda baş verib.
Videoya verilən şərhlərdə yerli sakinlərdən biri bildirib ki, yoldan keçən bir kişi və oğlu ağacın səpələnmiş hissələrini və bəzəklərini yığmağa tələsiblər.
"Bütün "ehtiyat hissələri" səpələnib. Kişi və oğlu səylərini əsirgəmədən hər şeyi yığıb girişdə saxlayıblar", - deyə, qadın yazıb və əlavə edib ki, idarəetmə şirkəti oğlana təşəkkür etməlidir.
Bu həftə sonu Krasnoyarskda 15-20 m/s-yə qədər külək və qar fırtınası proqnozlaşdırılıb.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər