Bütün xəbərlər
Orban Rusiya-ABŞ danışıqlarını Avropa üçün dönüş nöqtəsi adlandırdı
Tarix: 05-12-2025 21:09 | Bölmə: Manşet

Moskva və Vaşinqton arasında Ukrayna münaqişəsinin həlli üçün danışıqlar Avropanın taleyi üçün çox vacibdir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban bu açıqlamanı Kossuth Radiosunda verdi.
O, Rusiya və Amerika tərəfləri arasında dialoqun "bu atəşi söndürə" biləcəyinə inanır. Danışıqlar uğurlu olarsa, "Macarıstan rahat bir nəfəs ala biləcək", - deyə, baş nazir yekunlaşdırdı.
"Əsas an gəlib çatdı. Yaxın günlərdə müharibənin Avropaya doğru irəliləyəcəyi və ya alovunun sönəcəyi bəlli olacaq", - deyə, siyasətçi bildirib.
Rusiya Prezidenti Vladimir Putin dekabrın 2-də Moskvada ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkov və Donald Trampın kürəkəni Cared Kuşner ilə danışıqlar aparıb. Görüş təxminən beş saat davam edib. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, tərəflər hələ də kompromis sülh planına gələ bilməyiblər.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər