Bütün xəbərlər
Ermənistanda azərbaycandilli kanal bağlandı
Tarix: 07-12-2025 00:22 | Bölmə: Siyasət

ermenistanda-azerbaycandilli-kanal-baglandi


Ermənistanda fəaliyyət göstərən azərbaycandilli televiziya layihəsi “ReOpen Media” fəaliyyətini dayandırdığını açıqlayıb.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qurum dekabrın 6-da gecəyarısı təcili efirə çıxaraq maliyyə çətinlikləri və siyasi təzyiqlər səbəbindən bağlandığını bəyan edib.
Rəsmi açıqlamada maliyyə problemləri əsas səbəb kimi göstərilsə də, layihənin bağlanmasının son günlərdə yaşanan gərginliklə birbaşa bağlı olduğu bildirilir.
Xatırladaq ki, dekabrın 3-də “ReOpen Media” ilə “Real TV” arasında canlı bağlantı baş tutmuşdu. Söhbətin siyasi mövzulara toxunulmadan aparılacağı əvvəlcədən razılaşdırılsa da, kanalın aparıcısı Diana Karapetyan efir zamanı “Artsax” ifadəsini işlədərək gərginliyə səbəb olmuşdu.



Baxış sayı: 82


Bölməyə aid digər xəbərlər