22:56 / 05-10-2026
Fransada etirazlarda xəsarət alan məktəblilərin sayı 190-a çatıb
22:52 / 05-10-2026
Dünyanın ən bahalı və ən ağır kitablarından biri Fransadakı bir muzeydən oğurlanıb
22:49 / 05-10-2026
III Çarlz keçmiş şahzadənin xərclərini ödəməkdən imtina etdi
22:46 / 05-10-2026
Rumıniya 10.000 ehtiyatçı üçün səfərbərlik təliminə başlayıb
22:43 / 05-10-2026
Vagenknext Almaniya kansleri Merzin istefa verməli olduğunu söylədi
22:39 / 05-10-2026
Vens, İranın Fairford Hərbi Hava Qüvvələri Bazasındakı hadisədə iştirakının ola biləcəyini iddia edir
18:28 / 05-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Almaniyanı Rusiya ilə qarşıdurmaya çəkmək cəhdlərini açıqladı
18:26 / 05-10-2026
180-dən çox qəhvəyi ayı məhv edilib
18:22 / 05-10-2026
Argentinalı futbolçu Barko "Spartak Moskva" ilə müqaviləsini uzadıb
18:18 / 05-10-2026
Paraşütçü ölümü ilə bağlı cinayət işi açılıb
18:14 / 05-10-2026
Türkiyə Ukraynaya qısa mənzilli hava hücumundan müdafiə sistemləri çatdırdı
15:37 / 05-10-2026
Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının bir mərhələsindəki vetosunu ləğv edə bilər
15:26 / 05-10-2026
Almaniya üçün Alternativ Partiyası Ukrayna üçün neytral status tələb edir
15:22 / 05-10-2026
Rjev Sovet Əsgərinin abidəsini təhqir edən keçmiş tələbə saxlanılıb
15:16 / 05-10-2026
Qətlə yetirilən qadının bədən hissələri ətçəkən maşından keçirilib
15:13 / 05-10-2026
Merzin Kiyevə səfəri onun siyasətinin əsas prioritetini ortaya qoydu
15:10 / 05-10-2026
Bir qadın, partnyorunun uşaqlarına işgəncə verdiyinə görə şərti cəza alıb
15:06 / 05-10-2026
Lavrov bildirib ki, Rusiya NATO qüvvələrinin Əfqanıstanda yerləşdirilməsinin əleyhinədir
15:03 / 05-10-2026
"The Wall Street Journal", Hörmüz boğazındakı vəziyyətlə əlaqədar mümkün qlobal böhran barədə xəbərdarlıq etdi
14:56 / 05-10-2026
Cəbrayıl rayonunun Zəfər yolu
21:34 / 04-10-2026
Təhsil işçiləri təltif edildi - Siyahı
21:15 / 04-10-2026
Adını cüdo tariximizə yazdırdı... - Video
21:12 / 04-10-2026
Milyarder Devid Ruben Britaniyadan Monakoya köçüb
21:02 / 04-10-2026
Polşanın keçmiş baş naziri:"Gənc ukraynalılar vətənlərinə qayıtmalıdırlar"
20:59 / 04-10-2026
İsrail HƏMAS hücumunun ildönümündə Qəzza sərhədindəki bütün keçid məntəqələrini bağlamaq niyyətindədir
20:54 / 04-10-2026
Olimpiya Oyunlarında üçqat arxa salto edən ilk gimnast Qoqoladze vəfat etdi
20:50 / 04-10-2026
Türkiyədə 5,2 bal gücündə zəlzələ baş verib
20:18 / 04-10-2026
Merz Ukrayna ilə bağlı sülh danışıqlarına hazır olduğunu bəyan etdi

20:13 / 04-10-2026
Qərb Rusiya Müdafiə Nazirliyinin Ukraynaya zərbələrin artırılması ilə bağlı açıqlamasını pis adlandırıb
20:08 / 04-10-2026
Qadın və qızının qətlində şübhəli çoxmilyon dollarlıq borclu idi
20:02 / 04-10-2026
Keçmiş həyat yoldaşının qızını qaçıraraq Yəmənə aparıb
19:09 / 04-10-2026
KHL hakimi üzünə şayba dəydikdən sonra xərəkdə aparılıb
19:06 / 04-10-2026
İtaliyada keçirilən Dünya Kuboku mərhələsində qızıl qazandılar
19:03 / 04-10-2026
Moldova enerji tarifləri ilə bağlı etirazların olacağını proqnozlaşdırır
18:59 / 04-10-2026
Yəmən hakimiyyəti husilərə qarşı hərbi əməliyyata başlayıb
18:55 / 04-10-2026
Övladlığa götürdüyü anasını və uşağını öldürən kişi onları ən azı 90 dəfə bıçaqlayıb
MƏNİM ŞUŞALI DÜNYAM-İSMAYIL MƏRCANLI İMANZADƏ
Tarix: 06-09-2021 11:08 | Bölmə: Ədəbiyyat

On səkkizinci əsrin ikinci yarısından sonra Qarabağ xanlığının paytaxtı kimi adı dillərdə gəzib dolaşan Şuşanın sonrakı dönəmlərdə yurdumuzun mədəniyyət mərkəzinə çevrilməsi barədə yazılı mənbəələrdə kifayət qədər bilgilər mövcuddur. Bu möhtəşəm şəhərin dəfələrlə xarici müdaxilələrə məruz qalması, ermənilərin Qarabağa o cümlədən bu gözəl şəhərə bütünlüklə sahiblənmək istəkləri barədə təkzib edilməz tarixi faktlar yetərincədir. Bəlkə elə buna görə də Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın Boyat və Şahbulaq qalalarını inşa etdirdikdən sonra, təhlükəsizlik baxımından xanlığın mərkəzinin üç tərəfdən sıldırım qayalarla əhatə olunan bir məkana köçürməsi də yadellilərin bu məkrli niyyətlərini qabaqcadan duymaqla ilgilidir.
Bu yazımda Qarabağ xanlığının, onun bir parçası olan Şuşanın tarixi və bu möhtəşəm şəhərin xalqımıza bəxş etdiyi ünlü simalardan bəhs etmək məqsədim olmadığından, sadəcə olaraq sovetlər dönəmində dörd dəfə (1966, 1983, 1984 və 1989-cu ilin sentyabr ayında) Şuşada olduğumu ötəri də olsa diqqətə çatdırmaqla, oraya 32 ildən sonra səfər etməyim barədə bir az güniş məlumat vermək istəyirəm.
Yuxarıda qeyd eydiyim kimi Şuşa barədə yetərincə məlumatım vardır. Vaxtıyla İsa bulağında, Cıdır düzündə, şəhərin alış-veriş mərkəzi hesab edilən bazarında olmuş, dolanbac küçələrini gəzib dolaşmış, Molla Pənah Vaqifin məqbərəsini, Xəzinə qayasından Daşaltı çayını, Kirs dağını, Topxana meşəsini dönə-dönə seyr etmişəm.
1993-cü il noyabr ayının 7-də məcburi köçkün kimi Mingəçevirə üz tutandan sonra burada müvəqqəti olaraq məskunlaşan iki mindən artıq şuşalı məcburi köçkünün doğma ata ocaqlarına ürəkdən bağlı olduqlarını da dəfələrlə hiss eləmişəm. Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə Şuşaya səfərə edəcək elm-sənət adamlarının sırasında mənim adımın da olduğunu biləndə çox sevindim. Avqust ayının 27-də paytaxt Bakıya yola düşdüm və ayın 28-də qeydiyyatdan keçib, pandemiyaya görə müayinə olunduqdan sonra ertəsi gün yola çıxdıq. Füzuli rayonunun Əhmədbəyli kəndinə çatanda həmin yerdən 101 kilometrlik “Zəfər yolu” ilə Şuşaya üz tutduq. Füzuli rayonunda ilk gənclik illərimdə təyinatla üç il işlədiyimdən yol boyu rastımıza çıxan Kürd Mahmudlu, Kərimbəyli, Qorqan, Alxanlı, Aşağı Əbdürrəmanlı kəndlərində evlərin salamat qaldığınının şahidi olsam da, bundan sonra gələn Seyidmahmudlu, Gecəgözlü,
Aybasanlı, Yuxarı Veysəlli, Dilağarda, Yuxarı Zərgər, Qacar... kəndlərinin xarabalıqlarını gördükcə hamılıqla düşmənin törətdiyi vəhşilikləri lənətlədik.
İkinci Qarabağ Müharibəsi başlayan kimi 44 gün ərzində düşməni diz çökdürən ərənlərimizin açdığı cığırları geniş və abad yola çevirənlərin hünərlərinə də ağızdoluau “əhsən” dedik. Keçilməz hesab olunan dağ yamaclarından qorxunc eniş-yoxuşlardan, bəzi yerlərdə isə qalın meşəliklərdən keçən bu yol “Dəmir yumruğun” ən bariz nişanəsi, düşmənin sinəsinə çəkilən çalınçarpaz dağdır...
Daşaltı kəndinə çatanda, yolun sağ tərəfində Şuşanı qərb tərəfdən dövrələyən qayalardan dırmanıb, düşməni qəfildən yaxalayan və ona tarixi ibrət dərsi verməklə bu möhtəşəm şəhəri yağılardan təmizləyən ərən oğullarımızın hünərinə bir daha mat qaldıq...
İllər öncəsi Qarabağın bir parçası olan Cəbrayılı, ata ocağım Böyük Mərcanlını məcburən tərk edəndən sonra doğma elsiz-obasız qalmağın necə böyük bir dərd olduğunu bütün varlığımla dərk etsəm də, nə vaxtsa ağlar gözlə tərk edilən yaşayış məskənlərimizə qayıdacağımıza ümidimi heç vaxt itirməmişdim. Qəriblikdə yaşadığım 28 il ərzində yurd həsrətimi yüzlərlə şeirimdə sərgiləmiş, Şuşa, Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Xocalı, Füzuli, Ağdam məcburi köçkünlərinin yurd həsrətlərini də qəlbimin bulud harayına qarışdırıb kövrək misralara çevirmişəm. 1995-ci ilin may ayında yazdığım aşağıdakı şeirim bunun ən bariz nümunələrindən biridir:
ŞUŞANIN
Allahdan diləyim budur, ay ellər,
Üstündən duman-çən getsin Şuşanın.
“İsa bulağı”nda, Cıdır düzündə
Bülbüllər dil açıb ötsün Şuşanın.
Qalxaq zirvəsinə yenə də Kirsin
İgidlər “Turşsu”da nəfəsin dərsin.
Gözəllər məhəbbət çələngi hörsün,
Qoynunda gül-çiçək bitsin Şuşanın.
Üz tutaq Şırlana, Daşaltıya biz,
Açaq Zarıslıda təzə cığır-iz.
Dinsin “Topxana”da ürəklərimiz,
Düşməni zülmətdə itsin Şuşanın...
Yadıma düşübdür dağların qarı,
Atlanıb yollanaq “Qırxqız”a sarı.
Gedişli-gəlişli olsun yolları,
Tanrı imdadına yetsin Şuşanın.
Şuşanın qala divarlar arasından keçib şəhərə daxil olan kimi üç gün ərzində qalacağımız yerin bölgüsündən halı olduq. Bəxtimdən şəhərin ən gözəl binalarından biri olan “Xarı bulbul” otelinin üçüncü mərtəbəsindəki 308-ci otaq mənim və şair dostum Barat Vüsalın ixiyarına verildi. Qonşuluqdakı beş mərtəbəli binanın birinci mərtəbəsində (binanın üst qatlarındakı otaqlar da gələn qonaqlar üçün ayrılıb) nahar etdikdən sonra ayrı-ayrı mikroavtobuslarda gələn səfər yoldaşlarımızla da görüşməyə fürsət tapırıq. Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından Vaqif Aslan, Adil Cəmil, Sərvaz Hüseynoğlu, Vaqif Yusifli, Aqil Abbas, Elçin Hüseynbəyli, Azər Turan, Salam Sarvan, Tehran Alışanoğlu, Ələmdar Cabbarlı, Əli Mahmud, Gülnarə Cəmaləddin, Təranə Vahid, Ələmdar Quluzadə, Dayandur Sevginlə… görüşdükcə çöhrəmizdə xoş təbəssüm nişanələri iz saldı…
Ertəsi gün saat 11-ə yaxın Molla Pənah Vaqifin məqbərəsinin açılış törəninə yollandıq. Aradan çox keçmədən ölkə başçısı İlham Əliyev, I Vitse-prezident Mehriban Əliyev və digər rəsmi şəxslərlərin də qatıldıqları tədbir düzənlənməyə başlayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 44 günlük II Qarabağ Müharibəsinin torpaqlarımızın azad edilməsi ilə sona çatdığını fərəh hissiylə qeyd etməsi alqışlarla qarşılanır. Ölkə rəhbəri ulu öndərimiz Heydər Əliyevin tapşırığı ilə tikilən məqbərənin 1982-ci ildə açılışına qatıldığını da qeyd edir və Şuşanın işğalından sonra bu möhtəşəm abidə ilə yanaşı Pənahəli xanın sarayının, Üzeyir Hacıbəylinin, Bülbülün … ev muzeylərinin, şəhərdəki bir sıra tarixi əhəmiyyət kəsb edən abidələrin də yerlə yeksan edildiyini diqqətə çatdırıb: “Biz Şuşanın əvvəlkindən də gözəl bir şəhərə, mədəniyyət mərkəzinə çevirəcəyik və hal-hazırda bu gözəl məkanda abadlıq-quruculuq işləri geniş vüsat almaqdadır”-deyir…
Məqbərənin açılış mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq Yazıçısı Anarın və bir neçə şairin çıxışlarından sonra ölkə rəhbəri mərasim iştirakçıları ilə söhbət edərkən Anar Yazıçıların XIII qurultayının Şuşada keçirilmək arzusunda olduqlarını dilə gətirdi və təklif ölkə rəhbəri tərəfindən razılıqla qarşılandı.
Qaldığımız otelə yola düşəndə Barat Vüsalın istəyi ilə Aşağı Kövhər Ağa məscidinə getdik. Bu dəfə ilahiyyətçi alim Nəriman Qasımoğlu da bizimlə idi. Nəriman müəllim məsciddə axşam namazı qıldı, Baratla mən isə Allaha dualar edib, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa dilədik. Bir az aşağda yerləşən Yuxarı Kövhər Ağa məscidinin uçuqları ilə rastlaşanda, bird aha bədnam qonşularımızı lənətləyirik…
Ertəsi gün saat on bir radələrində yenidən Molla Pənah Vaqifin məqbərəsini ziyarət edərək burada 32 ildən sonra yenidən keçirilən Vaqif Poeziya Günlərinə qatıldıq.
Axşamüstü onlarla adamın üz tutduğu Cıdır düzünə gedib burada xatirə şəkilləri çəkdirdik, çoxdan tanıdığım və yaxud yenicə tanış olduğum tanınmış simalarla görüşüb söhbətlər etdik. Bu tarixi məkanda millət vəkilləri Qənirə Paşayeva, Fazil Qəzənfəroğlu, Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimov, Xalq Yazıçıları Anar, Elçin, Mövlud Süleymanlı, Xalq Şairi Nəriman Həsənzadə, İntiqam Qasımzadə, Yusif Nəğməkar, Asim Yadigar, Əbülfət Mədətoğlu, Gülhüseyn Kazımov… və digərləri ilə görüşlərimiz və çəkdirdiyimiz xatirə şəkilləri Mənim qəlbimin sevgi ucalığında yer alan Şuşalı dünyama əlvan çalarlar qatdıqca şirin xatirələrə çevrilir.
Ertəsi gün “Zəfər yolu” ilə təzədən geri qayıdıb, Əhmədbəyli kəndinin aşağısındakı Bakı-Zəngilan magistralına çatanda Baratla məndən qabaqkı yerdə Təranə Vahidlə yanaşı outran sumqayıtlı şairə Gülnarə Cəmaləddin arxaya çevrilib: “İsmayıl müəllim, buradan sizin kəndə-Böyük Mərcanlıya nə qədər məsafə var?”-deyə soruşanda, “Cəmi-cümlətanı otuzca kilometr! Sonra isə avtobusdakıların eşidəcəyi tərzdə: “İnşallah, ömür vəfa etsə doğma el-obalarımıza qayıdanda bizim Cəbrayılda da ədəbiyyatın qəddini dikəldəcək, rayonumuzda gözəl bir Poeziya gecəsi keçirərək sizin kimi, yazar dostlarımızı o ulu məkana dəvət edəcəyik! Yadınızda yaxşı saxlayın haa, kim gəlməsə ondan küsəcəyəm!-deyə söhbətə bir az da şirinlik qatıram… Gülnarə xanımla Təranə Vahid eyni vaxtda dilləndilər: Amin, İnşallah o günün sevincini birgə yaşayacağıq!”
Ağcabədi-Gəncə yoluna çatanda, sürücüdən maşını saxlamasını xahiş edərək, səfər yoldaşlarımla sağollaşıb ucadan deyirəm: “Dostlar yolunuz açıq olsun, mən hələki Mingəçevirə getməyə məcburam. İnşallah yəqin ki, yaxın ayların birində Məngəçevirdə yaşayan dost-tanışlarla da vidalaşıb dogma el-obama, yolumu intizarla gözləyən Cəbrayıla, ata ocağım Böyük Mərcanlıya qayıdacağam. Allah Bakını sizə gözdolusu versin!
Üç günlük Şuşa səfərimiz xoş ovqatla başlayıb, könül xoşluğu ilə sona çatdı. O, önəmli günlərdən xoş təəssüratlar, zəfər sevinci yaddaşımda iz saldı. Və bir də Mingəçevirə çatandan iki-üç gün sonra qəlbimin hərarəti ilə isinən şeirlər misra-misra dil açmağa başladı. Aşağıda olduğu kimi:
Üz vermədin heç vaxt yada,
Layiqsən şöhrətə-ada.
Demədim sənə “əlvida”,
Gələsiyəm, bir də Şuşa!
Beşiyisən Qarabağın,
Dil açır pöhrən-budağın.
Güvənir yamacın, dağın -
Hər ərənə-mərdə, Şuşa!
Yurdun taleyi-baxtısan.
Əbədi xanlıq taxtısan.
Nəğmə-sənət paytaxtısan -
Cənnətsənmi yerdə, Şuşa?!
Səni görməyən gə görsün,
Qoynundan gül-çiçək dərsin.
Var olsun Topxanan, Kirsin -
Məlhəmsən min dərdə, Şuşa!..
04.09.2021
Salamat qal, mənim könül sarayımın tacı Şuşa, mən sənə “əlvida” yox, “hələlik” deyirəm. İnşallah, biz bundan sonra da görüşəcəyik. Özü də bu dəfə səninin ziyarətinə Bakıdan yox, bizim Cəbrayıldan, doğma ata ocağım Böyük Mərcanlıdan gələcəyəm!
İSMAYIL MƏRCANLI İMANZADƏ
BAKI-ŞUŞA-MİNGƏÇEVİR
05.09.2021
Sabaha-inamla.az

Baxış sayı: 1 669
Bölməyə aid digər xəbərlər

23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK