Bütün xəbərlər
Mirziyoyev və Berdimuhamedov Trampla görüşdə rus dilində danışıblar
Tarix: 07-11-2025 09:54 | Bölmə: Siyasət

Özbəkistan və Türkmənistan prezidentləri Şavkat Mirziyoyev və Serdar Berdimuhamedov "Orta Asiya + ABŞ" sammiti zamanı ABŞ prezidenti Donald Trampla rus dilində danışıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Trampla görüşdə beş Orta Asiya lideri iştirak edib, onlardan yalnız Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ingilis dilində danışıb. Qırğızıstan lideri Sadır Japarov və Özbəkistan prezidenti Emoməli Rəhmon öz milli dillərində, Mirziyoyev və Berdimuhamedov isə rus dilində danışıblar.
Beş Orta Asiya ölkəsinin rəhbərləri ilə görüşdə Tramp, digər məsələlərlə yanaşı, Ukrayna münaqişəsinin həllində əhəmiyyətli irəliləyiş əldə edildiyini bildirib.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər