Bütün xəbərlər
Livan hakimiyyəti Qəddafinin oğlunu 900.000 dollar girov müqabilində azad edəcək
Tarix: 06-11-2025 23:39 | Bölmə: Dünya

Livan məhkəmələri keçmiş Liviya lideri Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafinin girov müqabilində azadlığa buraxılmasına razılıq verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  vəkil Çarbel əl-Xurinin sözlərinə görə, girov məbləği 900.000 dollar olacaq.
Vəkil müvəkkilinin azadlığa buraxıldıqdan sonra Livanı tərk etməyi planlaşdırdığını aydınlaşdırdı.
"Hannibal Qəddafinin girov müqabilində azadlığa buraxılması barədə qərar qəbul edilib və məbləğ 11 milyon dollardan 900.000 dollara endirilib. Girov növbəti iki gün ərzində ödənilməlidir", - əl-Xuri bildirib.
Vəkil Liviya hakimiyyətinin Hannibal Qəddafinin təhvil verilməsini tələb etməsi ilə bağlı məlumatları təkzib edərək, müvəkkilinin gələcək hara gedəcəyini seçməkdə sərbəst olduğunu vurğulayıb.
Əvvəllər Livan məhkəməsinin keçmiş Liviya lideri Müəmmər Qəddafinin oğlunun 11 milyon dollar girov müqabilində azadlığa buraxılması barədə qərar verdiyi bildirilirdi.
Qəddafinin 50 yaşlı oğlu 2015-ci ildən bəri Livanda həbsdədir. O, Suriyada siyasi qaçqın kimi yaşayarkən Amal yaraqlıları tərəfindən qaçırılıb və daha sonra Livan hüquq-mühafizə orqanlarına təhvil verilib. 2017-ci ildə o, 1978-ci ildə Liviyada yoxa çıxan şiə imamı Musa Sədr haqqında məlumatları gizlətməkdə ittiham olunub.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər