Bütün xəbərlər
ABŞ Suriya liderinə qarşı sanksiyaları Trampla görüşündən əvvəl rəsmən ləğv etdi
Tarix: 07-11-2025 23:42 | Bölmə: Dünya

ABŞ Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa ABŞ prezidenti Donald Trampla görüşündən əvvəl onu sanksiya siyahısından çıxardı.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, ABŞ Maliyyə Nazirliyi tərəfindən dərc edilmiş sənəddən irəli gəlir.
Suriyanın daxili işlər naziri Ənəs Xəttaba qarşı da sanksiyalar ləğv edildi.
Böyük Britaniya və BMT Təhlükəsizlik Şurası da Suriya siyasətçilərinə tətbiq edilən məhdudiyyətləri ləğv etdi.
Əvvəllər Əhməd əl-Şaraa ilə 10 noyabrda Vaşinqtonda Donald Trampla görüşəcəyi açıqlanmışdı.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər