Bütün xəbərlər
Sektor müdirinə töhmət verildi - Yenilənib
Tarix: 06-11-2025 20:45 | Bölmə: Sosial

sektor-mudirine-tohmet-verildi


Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhər Təhsil Sektorunun müdiri Sevinc Həsənova ilə bağlı intizam tənbehi tətbiq edilib.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, regional idarə tərəfindən Sevinc Həsənovaya Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən “şiddətli töhmət” elan edilib.
Bildirilib ki, aparılan araşdırmalar nəticəsində onun işində bir sıra idarəetmə və nizam-intizam qaydalarının pozulduğu müəyyənləşib.

***
Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, S.Həsənovaya “şiddətli töhmət” deyil, “töhmət” verilib.



Baxış sayı: 71


Bölməyə aid digər xəbərlər