Bütün xəbərlər
Bir kişini qətlə yetirməkdə şübhəli bilinən xarici vətəndaş saxlanılıb
Tarix: 06-11-2025 20:03 | Bölmə: Cəmiyyət

Moskvada şəhər mərkəzində tanışını qətlə yetirməkdə şübhəli bilinən xarici vətəndaş saxlanılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva Baş İstintaq İdarəsi məlumat verib.
Cinayət 6 noyabr cümə axşamı gecəsi Marksist küçəsində baş verib. Müstəntiqlərin sözlərinə görə, şübhəli kişinin ürəyinə "qəfil şəxsi düşmənçilik zəminində" bıçaq vurub. O, hadisə yerində ölüb.
"Bu cinayətdə şübhəli bilinən 1988-ci il təvəllüdlü xarici vətəndaş saxlanılıb. Onunla bağlı zəruri istintaq hərəkətləri aparılır", - agentliyin Telegram kanalı bildirib.
Qətl maddəsi ilə cinayət işi açılıb.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər