Bütün xəbərlər
İsveçin Baş naziri Kristersson Rusiyanın "uzunmüddətli təcridinə" çağırdı
Tarix: 07-11-2025 19:01 | Bölmə: Dünya

İsveç Baş naziri Ulf Kristersson Avropa ölkələrini Rusiyanın uzunmüddətli təcridinə hazırlaşmağa çağırdı.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərini Estoniyanın ERR qəzeti sitat gətirir.
Bundan əlavə, baş nazir Baltik dənizindəki Rusiya sualtı qüvvələrinin qarşısını almaq üçün daha güclü tədbirlər görülməsinə çağırdı.
"Mən qəti şəkildə inanıram ki, İsveç, Estoniya və Avropa Birliyinin qalan hissəsi Rusiyanın uzunmüddətli təcridinə hazırlaşmalıdır", Kristersson dedi.
Onun fikrincə, Ukrayna böhranının sonu Avropanın Rusiya ilə qarşıdurmasına son qoymayacaq.
Bir müddət əvvəl Kiyev rejiminin lideri Vladimir Zelenski Ukraynanın gələn ilin əvvəlində İsveçdən ilk Gripen qırıcı təyyarələrini alacağını gözlədiyini bildirmişdi.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər