Bütün xəbərlər
Filippindəki Rusiya səfirliyi tayfun nəticəsində xəsarət alan Rusiya vətəndaşları barədə heç bir məlumat almayıb
Tarix: 07-11-2025 09:31 | Bölmə: Dünya

Filippindəki Rusiya səfirliyi Kalmaegi tayfununun nəticəsində xəsarət alan Rusiya vətəndaşları barədə heç bir məlumat almayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, diplomatik missiya bu barədə RIA Novosti xəbər agentliyi ilə söhbətində məlumat verib.
Diplomatlar qeyd ediblər ki, "Xəsarət alan Rusiya vətəndaşları barədə heç bir məlumat almamışıq".
Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Filippin lideri Ferdinand Markosa Kalmaegi tayfununun yaratdığı itkilər və dağıntılarla bağlı başsağlığı verib.
Tayfun Filippini 4 noyabrda vurub. 140-dan çox insan həlak olub, daha 127 nəfər itkin düşüb. Filippin Mülki Müdafiə İdarəsinin məlumatına görə, qurbanların əksəriyyəti Sebu əyalətində, eləcə də Qərbi və Şərqi Visayas bölgələrində və Neqros adasında tapılıb. Prezident tayfundan sonra "milli fəlakət vəziyyəti" elan edib.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər