Bütün xəbərlər
Tramp Hindistanın Rusiya neftinin alışını azaltdığını bildirib
Tarix: 06-11-2025 23:53 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Tramp Hindistanın Rusiya neftinin idxalını əhəmiyyətli dərəcədə azaltdığı iddiasını təkrarlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Amerika lideri bu açıqlamanı Ağ Evdə keçirilən mətbuat konfransında verib.
Amerika lideri jurnalistlərin Hindistan hakimiyyəti ilə əlaqələri ilə bağlı suallarını cavablandırıb.
"Modi Rusiyadan neft almağı əsasən dayandırıb", - deyə, Tramp bildirib.
O, həmçinin 2026-cı ildə Hindistana səfər etməyi planlaşdırdığını qeyd edib.
Amerika prezidenti əvvəllər Modinin Rusiyadan neft almağı dayandıracağına söz verdiyini bildirmişdi. ABŞ prezidenti bu cür sövdələşmələrdən narazı idi və Hindistan liderindən Yeni Dehlinin onlara son qoyacağına dair zəmanət almışdı.
Tramp əvvəllər Modini "ən yaxşı adam" adlandırmışdı. O, bu fikri Cənubi Koreyada keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində bölüşüb.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər