Bütün xəbərlər
Orban: "Bayden Ukrayna münaqişəsini başlamağa sövq etdi"
Tarix: 07-11-2025 23:27 | Bölmə: Siyasət

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden Ukrayna münaqişəsini başlamağa sövq edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, siyasətçi bu açıqlamanı Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşdən əvvəl verib.
Orbanın sözlərinə görə, yalnız Macarıstan və ABŞ Ukraynada sülh istəyir.
"Bayden bu müharibəni başlamağa sövq edib", - Macarıstanın Baş naziri deyib.
Siyasətçi böhranın həlli üçün bir sıra "ideyaları" olduğunu bildirib.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Budapeştdə gələcək görüşü istisna etməyəcəyini bildirib.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər