Bütün xəbərlər
Əfqanıstanın cənubunda Taliban və Pakistan qüvvələri arasında toqquşma baş verib
Tarix: 06-11-2025 20:06 | Bölmə: Dünya

"Tolo" xəbər agentliyinin məlumatına görə, Əfqanıstanın cənubunda Taliban və Pakistan qüvvələri arasında məhdud toqquşmalar baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Əfqanıstan tərəfinin məlumatına görə, münaqişə Pakistan qüvvələrinin sərhədin öz tərəfindən hücumu nəticəsində baş verib. Taliban buna cavab olaraq Pakistanın bir neçə sərhəd məntəqəsinə hücum edib.
Nəşr bildirir ki, "Qəndəhar əyalətindəki yerli mənbələr Spinbuldak sərhəd rayonunda Taliban qüvvələri ilə Pakistan qüvvələri arasında atışma baş verdiyini bildiriblər".
Məqalədə həmçinin sərhəd yaxınlığındakı Viş rayonunda da atışma baş verdiyi bildirilib.Bəzi mənbələr Pakistanın mülki şəxslərə hücum etdiyini bildirib.
Daha əvvəl Əfqanıstan və Pakistan arasında danışıqların sonuncu mərhələsi nəticəsiz başa çatıb. Oktyabrın 27-də, iki ölkə arasında danışıqların üçüncü günü olan İstanbulda başa çatıb, lakin heç bir razılıq əldə edilməyib.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər