09:44 / 31-10-2025
50.000 rubl cərimə olunub
Bütün xəbərlər
İcra başçısının sabiq müavininə hökm oxundu
Tarix: 31-10-2025 22:46 | Bölmə: Sosial

icra-bascisinin-sabiq-muavinine-hokm-oxundu


Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Vəfa Allahverdiyevanın məhkəmə araşdırması başa çatıb.
Sabaha-inamla.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, Vəfa Allahverdiyeva dəymiş ziyanı ödədiyindən cinayət işinə xitam verilib. Onunla birgə mühakimə edilən Təranə Bağırovaya isə 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd edək ki, V.Allahverdiyeva ötən ilin sentyabrına kimi Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun müavini işləyib. O, eyni zamanda icra hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri vəzifəsini icra edib.
V.Allahverdiyeva T.Bağırova ilə əlbir olmaqla bir nəfərin 51 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilib. Onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdi.



Baxış sayı: 86


Bölməyə aid digər xəbərlər