19:45 / 21-09-2026
Oğlunun şəhadətinin 3-cü ildönümündə vəfat etdi - Foto
19:39 / 21-09-2026
Ayıları qorxutmaq üçün gecə reydləri keçirilir
19:36 / 21-09-2026
Ukrayna ölüm haqqında oxumamaq üçün himnini dəyişdirmək istəyir
19:33 / 21-09-2026
Ekspert Trampın Rusiyaya təzyiqi nə vaxt artıra biləcəyini izah etdi
19:29 / 21-09-2026
Bloqçu Nekoglay Moldovada narkotik qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb
19:24 / 21-09-2026
Professor Fenenko ABŞ-ın Qrenlandiya ilə bağlı yeni taktikalarını izah etdi
19:19 / 21-09-2026
Tramp Ukraynadakı münaqişəyə son qoyulmasının vacibliyini bəyan etdi
19:17 / 21-09-2026
Belarusun Qərb üçün gübrəsi qalmayıb
19:14 / 21-09-2026
Zelenski ilə Tramp arasında mümkün görüşün tarixi açıqlanıb
19:11 / 21-09-2026
Yetkinlik yaşına çatmayan uşağa qarşı cinsi təcavüzə görə 15 il həbs cəzasına məhkum edilib
19:08 / 21-09-2026
17-ci uşağını dünyaya gətirib
19:05 / 21-09-2026
Özbəkistan Prezidenti Putini seçkilərin uğurlu keçirilməsi münasibətilə təbrik etdi
19:02 / 21-09-2026
Politoloq Merzin XDU-nun uğursuzluğundan sonra niyə ayrılmaq istəmədiyini izah etdi
18:57 / 21-09-2026
Bir iş adamı təhlükəli hava nəqliyyatı ilə bağlı 4,5 il müddətinə azadlıqdan məhrum edilib
18:45 / 21-09-2026
Tramp Rusiya dizel yanacağı istehsalına nəzarət etmədiyini deyir
18:40 / 21-09-2026
Bir evin həyətində bir yeniyetmə vəhşicəsinə döyülüb
18:36 / 21-09-2026
ABŞ jurnalisti Rusiyadakı seçkilərin azad və şəffaf olduğunu bildirib
18:30 / 21-09-2026
Bir qız polis maşınlarını yandırdığına görə ev dustaqlığına buraxılıb
18:25 / 21-09-2026
Volodin Dövlət Duması seçkilərinin nəticələri ilə bağlı şərh verdi
18:17 / 21-09-2026
Avtomobil toqquşmasında bir oğlan ağır yaralanıb
18:13 / 21-09-2026
Medvedev Le Penin partiyasını rusofoblar və nasistlərlə əməkdaşlıq edənlər adlandırdı
18:11 / 21-09-2026
Politoloq Almaniyada qütb partiyalarının artan populyarlığını qeyd edib
18:07 / 21-09-2026
Bir kəndin yaxınlığında ağ ayılar müşahidə edilib
11:24 / 21-09-2026
Böyük Qayıdış bütöv bir regionun yenidən qurulmasıdır-Könül Nurullayeva
18:54 / 20-09-2026
Fransa prezidentliyinə namizəd Ukraynaya maliyyə yardımını dayandıracağına söz verdi
18:51 / 20-09-2026
Valiyeva test konkilərində sərbəst konki sürməni yerinə yetirdikdən sonra göz yaşlarına boğuldu
18:47 / 20-09-2026
10 şir ölü tapıldı; onlar zəhərlənmiş ola bilər
18:43 / 20-09-2026
Le Penin partiyası Fransada kritik yanacaq vəziyyəti elan etdi
18:37 / 20-09-2026
"City 312" qrupunun aparıcı müğənnisi insultdan sonra sağalmasından danışıb
18:34 / 20-09-2026
Kislovodskdakı malikanəsi 2,5 milyard rubla satışa çıxarılıb
18:29 / 20-09-2026
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanılıb
18:07 / 20-09-2026
Bir qrup uşaq idmançı qida zəhərlənməsinə məruz qalıb
18:03 / 20-09-2026
Saakaşvili Gürcüstan məhkəməsində Ukrayna himnini oxudu
17:32 / 20-09-2026
Dövlət Duması Kallasın Rusiya seçkilərini tanımamaq çağırışını "şeytan" adlandırdı
17:23 / 20-09-2026
Zaxarova: "101 yaşlı rus qadını Cənubi Koreyada səs verib"
17:20 / 20-09-2026
Tramp Vaşinqtondakı Zəfər Tağını hərbi kompleksə çevirəcəyini açıqladı
17:17 / 20-09-2026
Zaxarova: "Xaricdə 104 mindən çox Rusiya vətəndaşı seçkilərdə səs verib"
17:14 / 20-09-2026
İran ordusu planlaşdırılan ABŞ hücumu ilə bağlı kəşfiyyat məlumatı alıb
Aygün Fikrətqızı -ŞEİRLƏR
Tarix: 03-08-2021 01:41 | Bölmə: Ədəbiyyat

“ƏDALƏT İŞIĞINDA” Ədəbi Məclisi təqdim edir:
Dadaşova Aygün Fikrət qızı (Fikrətqızı) 22 may 1986-cı ildə Füzuli rayonunun Mirzənağlı kəndində anadan olub. Ailəlidir. 2 övlad anasıdır. Evdar xanımdır.
Əslində orta məktəb dövründə şeirlər yazmağa başlamış və bunun davam etdirir. Bir çox şeirləri tədbirlərdə səsləndirilir. “ƏDALƏT İŞIĞINDA” Ədəbi Məclisin üzvüdür. Mütəmadi olaraq tədbirlərdə iştirak edir.Şeirlərini oxuyanda əsas ana xətt vətənpərvər mövzulara üstünlük verdiyim üçün onunla söhbətləşmək, onun yazdığı şeirlərin işıq üzü görməsi üçün çalışdım. Övladlarını da vətənpərvər ruhda böyüdür. Allah Sizi qorusun. Ədəbi yaradıcılığınızda uğurlar diləyirəm. Qarabağımızın bütün guşəsi həm sizə, həm də mənə bir şair olaraq doğmadır. Doğma yurdlarımızda görüşmək ümidi ilə...
Hüquqşünas-şair,
AJB-nin üzvü,
“ƏDALƏT İŞIĞINDA” Ədəbi Məclisin sədri

Aygün Fikrətqızı
DAĞLAR
A dağlar! Qarınız hanı,
Əriyibdir gör haçandan?
Dumanlı, selli görmüşəm,
Sizləri mən, göz açandan...
A dağlar! Qarınız hanı,
Bəlkə sizə göz dəyibdir?!
Mən sizlərə güvənmişəm,
Ruhum sizi istəyibdi.
A dağlar! Qarınız hanı,
O əlçatmaz zirvələrdə,
Ağ xalılar, göz yaşı tək,
Sellənibdi dərələrdə...
YURDUM
Vurğunam yurduma, torpağıma mən,
Kaş ki, görməyəydim bağrını talan,
Özüm qəriblikdə, ruhum vətəndə,
Sanki cansız ruhdu tək mənə qalan.
Ürək burda tənha, yurdum da orda,
Düşmənin əlində əsirsən yurdum!
Bu necə taledir yazıldı mənə,
Mən səni, sən məni gəzirsən yurdum?!
Yetişə bilmədik sənin hayına,
Yağılar sinəndə yaralar açdı,
Ordun hücum etdi verdi vayını,
Düşmənlər papağın qoydu da qaçdı.
SEVGİ
Şöhrəti sevgidən üstün bilirsən?
Ülvi hisslər belə yox olubdurmu?
Qəlbimi yerindən qoparırsan sən,
İnsanlıq bu qədər çox ölübdürmü?
Günüm keçir qorxunc yuxular kimi,
Gecələr kabusdu, qorxular kimi,
Kədərdən inləyir qəlbimin simi,
Xoş arzular belə tez solubdurmu?
Ürək özü, candan ayrı deyil ki?!
Əzabın sevgiylə başlayır ilki,
Bu bəlalı eşqə könlüm deyir ki,
Zalım ürəklərə eşq dolubdurmu?
ŞAİR
Şairin sözünü anla hər zaman,
Sinəsi hikmətlə dolu bir ümman,
Həyatı vəsf edər, bizə anladar,
Bəzən sevindirər, bəzən ağladar...
Şeirlər şairin ömrünü bəzər,
Ağrı, acısını sözlərdə gəzər,
Göyləri fəth edər şair kəlamı,
Duaya bəzəyər şair salamı.
Sözləri mənalı, kəsərli olar,
Dərdli insanlara təsəlli olar,
ALLAHın müqəddəs varlığı şair!
İblisin özünə göz dağı, şair!
Çiçəyə, bülbülə nəğmələr qoşar,
Gözəllik önündə qaynayıb daşar,
Ülvilik axtarır bu həyatda, o,
Hamıya örnəkdir, kainatda, o!
HƏYAT
Mən səni anlayıb dərk eyləyəndə,
Sən kədər yükünü çiynimə qoydun,
Biz sənə olanda sadiq bir bəndə,
Sən kasıb, məzlumun gözünü oydun.
Sənin gizli-gizli sirlərin də var,
Məkrin, hiylələrin gizlənib harda?!
Biz səni sevəndə qeyri-ixtiyar,
Sən bizi sınadın imtahanlarda...
Biz sənin qədrini bilsək də belə,
Sən bizə gah tale, gah əcəl oldun,
“Ömür” deyiləni qərq etdin selə,
Sonradan maraqlı, həm gözəl oldun...
Aygünü tuş etdin əzablarına,
Ömrünə dağ çəkdin, zəhər də qatdın,
Ey həyat, yetdimi əzab karına?
Barı indi denən, arzuna çatdın?!
FÜZULİM MƏNİM
Ruhun canımdadır, adın qanımda,
Fəxrim, iftixarım, Füzulim mənim!
Səndən söhbət açır hər gün yanımda,
Yaxın doğmalarım, Füzulim mənim!
Ərgünəş dağına, söykənən şəhər,
Köndələn çayında üzdün hər səhər,
Münbit torpağında bol məhsul, bəhər,
Ey gözəl diyarım, Füzulim mənim!
Otuz ildir görmək arzusundayam,
Sənə salam vermək arzusundayam,
İllərdir “qəriblik” adasındayam,
Sənə var güzarım, Füzilim mənim!
Sənsən düz İlqarım, Füzulim mənim.
ELƏ, OBAYA BAĞLIDIR...
İnsanı tanımaq çətin,
Hamı deyil ki, saf, mətin,
Vurğunuyam bu millətin,
Elə, obaya, bağlıdır...
Ailəmdir sevgim, yarım,
Öyünc yerim, iftixarım,
Qohumlarım, balalarım,
Elə, obaya bağlıdır...
Torpağımız oldu azad,
Başımız dik, qəlbimiz şad,
Bizdə hamı-hər bir övlad,
Elə, obaya bağlıdır!
Aygünün xoş arzuları,
Gül açdı, ömür baharı,
Tanıyıram dostu, yarı:
Elə, obaya bağlıdır!
CƏBRAYILIN
Hər dağın, hər daşını,
Öyürəm mən, Cəbrayılın!
İllərdi ki, duz, çörəyin,
Yeyirəm mən, Cəbrayılın!
Övladlarım ora bağlı,
Biz hamımız Qarabağlı!
Hamısın-oğul, uşaqlı,
Sevirəm mən, Cəbrayılın!
Mən, bu elin şair qızı,
Yeni parlayan ulduzu,
Bol olsun varı, ruzusu,
Deyirəm mən, Cəbrayılın!
Aygün deyər: qohum, qardaş,
Xoşbəxt ola elində kaş!
Qarşısında həmişə baş-
əyirəm mən Cəbrayılın!
GEDƏR
İnsanda inam olmasa,
Arzuları batar, gedər!
Etdiyini anlamasa,
Mənliyini satar gedər!
İradəsiz bir insanın,
İşinə çətin inanın,
Belələri başqasının
Kölgəsində yatar, gedər!
Adam var ki, qorxusundan,
Gördüyü bəd yuxusundan,
Taleyinin qurğusundan,
Ayrılmamış, qatar gedər!
Aygün həyatı anladı,
Əyrini gördü danladı,
Qüsurları yamanladı,
Düz yolunu tutar, gedər!
BALALARIM...
Siz ömrümə işıqsınız,
Evimə yaraşıqsınız,
Daim gülərüz, şıxsınız,
Balalarım...
Bal qatdınız həyatıma,
Çatarsınız imdadıma,
Ruhsunuz xoş ovqatıma,
Balalarım...
Şükür, sizin balasınız,
Həyatdan zövq alasınız,
Görüm, xoşbəxt olasınız.
Balalarım...
QARABAĞ
Dil açmamış arzularım,
Talan oldu obalarım,
Məhsul verməmiş bağlarım,
Yağılara qaldı varım,
Qarabağım...
Oğlun, qızın yaralandı,
Ürəyimiz paralandı,
Dağların qana boyandı,
Qarabağım...
“Köçkün” adıyla yaşadıq,
“Evsiz” ləqəbin daşıdıq,
Çətin duruma başladıq,
Qarabağım...
O pis günlər gendə qaldı,
Ordumuz qələbə çaldı,
Vətən sevgim sənlə qaldı,
Qarabağım...
FƏLƏK
Fələk! Kim göndərdi qarşıma çıxdın?
Başıma tac qoydun, “aldatdım” demə!
ALLAH təkdir, şəriki ola bilməz!
Kiminsə qəlbini qanatdım demə!
Torpaq üçün candan, qandan da keçdik,
Cənnətə yollandı şəhidlərimiz,
Qisas almağa da bizlər and içdik,
Zəfər çaldı qorxmaz igidlərimiz!
Ey İblis! Sən acır sayırdın bizi?
Bizə dayaq olan ALLAHımız var!
Qarşılayaq xoşbəxt günlərimizi,
Görsünlər nə parlaq sabahımız var!
Baxış sayı: 1 926
Bölməyə aid digər xəbərlər
Tarix: 03-08-2021 01:41 | Bölmə: Ədəbiyyat

“ƏDALƏT İŞIĞINDA” Ədəbi Məclisi təqdim edir:
Dadaşova Aygün Fikrət qızı (Fikrətqızı) 22 may 1986-cı ildə Füzuli rayonunun Mirzənağlı kəndində anadan olub. Ailəlidir. 2 övlad anasıdır. Evdar xanımdır.
Əslində orta məktəb dövründə şeirlər yazmağa başlamış və bunun davam etdirir. Bir çox şeirləri tədbirlərdə səsləndirilir. “ƏDALƏT İŞIĞINDA” Ədəbi Məclisin üzvüdür. Mütəmadi olaraq tədbirlərdə iştirak edir.Şeirlərini oxuyanda əsas ana xətt vətənpərvər mövzulara üstünlük verdiyim üçün onunla söhbətləşmək, onun yazdığı şeirlərin işıq üzü görməsi üçün çalışdım. Övladlarını da vətənpərvər ruhda böyüdür. Allah Sizi qorusun. Ədəbi yaradıcılığınızda uğurlar diləyirəm. Qarabağımızın bütün guşəsi həm sizə, həm də mənə bir şair olaraq doğmadır. Doğma yurdlarımızda görüşmək ümidi ilə...
Hüquqşünas-şair,
AJB-nin üzvü,
“ƏDALƏT İŞIĞINDA” Ədəbi Məclisin sədri

Aygün Fikrətqızı
DAĞLAR
A dağlar! Qarınız hanı,
Əriyibdir gör haçandan?
Dumanlı, selli görmüşəm,
Sizləri mən, göz açandan...
A dağlar! Qarınız hanı,
Bəlkə sizə göz dəyibdir?!
Mən sizlərə güvənmişəm,
Ruhum sizi istəyibdi.
A dağlar! Qarınız hanı,
O əlçatmaz zirvələrdə,
Ağ xalılar, göz yaşı tək,
Sellənibdi dərələrdə...
YURDUM
Vurğunam yurduma, torpağıma mən,
Kaş ki, görməyəydim bağrını talan,
Özüm qəriblikdə, ruhum vətəndə,
Sanki cansız ruhdu tək mənə qalan.
Ürək burda tənha, yurdum da orda,
Düşmənin əlində əsirsən yurdum!
Bu necə taledir yazıldı mənə,
Mən səni, sən məni gəzirsən yurdum?!
Yetişə bilmədik sənin hayına,
Yağılar sinəndə yaralar açdı,
Ordun hücum etdi verdi vayını,
Düşmənlər papağın qoydu da qaçdı.
SEVGİ
Şöhrəti sevgidən üstün bilirsən?
Ülvi hisslər belə yox olubdurmu?
Qəlbimi yerindən qoparırsan sən,
İnsanlıq bu qədər çox ölübdürmü?
Günüm keçir qorxunc yuxular kimi,
Gecələr kabusdu, qorxular kimi,
Kədərdən inləyir qəlbimin simi,
Xoş arzular belə tez solubdurmu?
Ürək özü, candan ayrı deyil ki?!
Əzabın sevgiylə başlayır ilki,
Bu bəlalı eşqə könlüm deyir ki,
Zalım ürəklərə eşq dolubdurmu?
ŞAİR
Şairin sözünü anla hər zaman,
Sinəsi hikmətlə dolu bir ümman,
Həyatı vəsf edər, bizə anladar,
Bəzən sevindirər, bəzən ağladar...
Şeirlər şairin ömrünü bəzər,
Ağrı, acısını sözlərdə gəzər,
Göyləri fəth edər şair kəlamı,
Duaya bəzəyər şair salamı.
Sözləri mənalı, kəsərli olar,
Dərdli insanlara təsəlli olar,
ALLAHın müqəddəs varlığı şair!
İblisin özünə göz dağı, şair!
Çiçəyə, bülbülə nəğmələr qoşar,
Gözəllik önündə qaynayıb daşar,
Ülvilik axtarır bu həyatda, o,
Hamıya örnəkdir, kainatda, o!
HƏYAT
Mən səni anlayıb dərk eyləyəndə,
Sən kədər yükünü çiynimə qoydun,
Biz sənə olanda sadiq bir bəndə,
Sən kasıb, məzlumun gözünü oydun.
Sənin gizli-gizli sirlərin də var,
Məkrin, hiylələrin gizlənib harda?!
Biz səni sevəndə qeyri-ixtiyar,
Sən bizi sınadın imtahanlarda...
Biz sənin qədrini bilsək də belə,
Sən bizə gah tale, gah əcəl oldun,
“Ömür” deyiləni qərq etdin selə,
Sonradan maraqlı, həm gözəl oldun...
Aygünü tuş etdin əzablarına,
Ömrünə dağ çəkdin, zəhər də qatdın,
Ey həyat, yetdimi əzab karına?
Barı indi denən, arzuna çatdın?!
FÜZULİM MƏNİM
Ruhun canımdadır, adın qanımda,
Fəxrim, iftixarım, Füzulim mənim!
Səndən söhbət açır hər gün yanımda,
Yaxın doğmalarım, Füzulim mənim!
Ərgünəş dağına, söykənən şəhər,
Köndələn çayında üzdün hər səhər,
Münbit torpağında bol məhsul, bəhər,
Ey gözəl diyarım, Füzulim mənim!
Otuz ildir görmək arzusundayam,
Sənə salam vermək arzusundayam,
İllərdir “qəriblik” adasındayam,
Sənə var güzarım, Füzilim mənim!
Sənsən düz İlqarım, Füzulim mənim.
ELƏ, OBAYA BAĞLIDIR...
İnsanı tanımaq çətin,
Hamı deyil ki, saf, mətin,
Vurğunuyam bu millətin,
Elə, obaya, bağlıdır...
Ailəmdir sevgim, yarım,
Öyünc yerim, iftixarım,
Qohumlarım, balalarım,
Elə, obaya bağlıdır...
Torpağımız oldu azad,
Başımız dik, qəlbimiz şad,
Bizdə hamı-hər bir övlad,
Elə, obaya bağlıdır!
Aygünün xoş arzuları,
Gül açdı, ömür baharı,
Tanıyıram dostu, yarı:
Elə, obaya bağlıdır!
CƏBRAYILIN
Hər dağın, hər daşını,
Öyürəm mən, Cəbrayılın!
İllərdi ki, duz, çörəyin,
Yeyirəm mən, Cəbrayılın!
Övladlarım ora bağlı,
Biz hamımız Qarabağlı!
Hamısın-oğul, uşaqlı,
Sevirəm mən, Cəbrayılın!
Mən, bu elin şair qızı,
Yeni parlayan ulduzu,
Bol olsun varı, ruzusu,
Deyirəm mən, Cəbrayılın!
Aygün deyər: qohum, qardaş,
Xoşbəxt ola elində kaş!
Qarşısında həmişə baş-
əyirəm mən Cəbrayılın!
GEDƏR
İnsanda inam olmasa,
Arzuları batar, gedər!
Etdiyini anlamasa,
Mənliyini satar gedər!
İradəsiz bir insanın,
İşinə çətin inanın,
Belələri başqasının
Kölgəsində yatar, gedər!
Adam var ki, qorxusundan,
Gördüyü bəd yuxusundan,
Taleyinin qurğusundan,
Ayrılmamış, qatar gedər!
Aygün həyatı anladı,
Əyrini gördü danladı,
Qüsurları yamanladı,
Düz yolunu tutar, gedər!
BALALARIM...
Siz ömrümə işıqsınız,
Evimə yaraşıqsınız,
Daim gülərüz, şıxsınız,
Balalarım...
Bal qatdınız həyatıma,
Çatarsınız imdadıma,
Ruhsunuz xoş ovqatıma,
Balalarım...
Şükür, sizin balasınız,
Həyatdan zövq alasınız,
Görüm, xoşbəxt olasınız.
Balalarım...
QARABAĞ
Dil açmamış arzularım,
Talan oldu obalarım,
Məhsul verməmiş bağlarım,
Yağılara qaldı varım,
Qarabağım...
Oğlun, qızın yaralandı,
Ürəyimiz paralandı,
Dağların qana boyandı,
Qarabağım...
“Köçkün” adıyla yaşadıq,
“Evsiz” ləqəbin daşıdıq,
Çətin duruma başladıq,
Qarabağım...
O pis günlər gendə qaldı,
Ordumuz qələbə çaldı,
Vətən sevgim sənlə qaldı,
Qarabağım...
FƏLƏK
Fələk! Kim göndərdi qarşıma çıxdın?
Başıma tac qoydun, “aldatdım” demə!
ALLAH təkdir, şəriki ola bilməz!
Kiminsə qəlbini qanatdım demə!
Torpaq üçün candan, qandan da keçdik,
Cənnətə yollandı şəhidlərimiz,
Qisas almağa da bizlər and içdik,
Zəfər çaldı qorxmaz igidlərimiz!
Ey İblis! Sən acır sayırdın bizi?
Bizə dayaq olan ALLAHımız var!
Qarşılayaq xoşbəxt günlərimizi,
Görsünlər nə parlaq sabahımız var!
Baxış sayı: 1 926
Bölməyə aid digər xəbərlər
23-08-2026, 20:40
Tolstoyun 200 illik yubileyi münasibətilə italyan yazıçısı Nori onun haqqında roman yazmağı planlaşdırır
18-08-2026, 12:06
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub
1-08-2026, 11:45
Nəriman Həsənzadə vəfat etdi
29-06-2026, 13:54
Lütviyyə Əsgərzadənin Cəlal Bərgüşad haqda yazdığı kitabın təqdimatı keçirilib-VİDEO+FOTOLAR
4-06-2026, 22:30
Sumqayıtda Mikayıl Müşfiqin doğum günü keçirilib.-VİDEO+FOTOLAR
1-06-2026, 18:19
Poltava rus dilində kitabları, filmləri və tamaşaları qadağan edib
6-05-2026, 20:50
Şair və musiqiçi hosteldə ölü tapılıb
6-05-2026, 01:11
Sənət dastanı
25-04-2026, 10:02
Mənimdir -Vüqar Əhməd
16-04-2026, 23:32
ELM VƏ SÖZÜN ZİRVƏSİNDƏ: VÜQAR ƏHMƏD – 63
5-04-2026, 10:42
SƏMƏD VURĞUN YARADICILIĞINDA ZAMAN VƏ MƏKAN DƏRDİ
2-04-2026, 21:14
Rus yazıçısı Monteneqroda vəfat edib
19-03-2026, 16:43
Sumqayıtda Sabir Sarvanın 70 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR
3-03-2026, 11:44
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
18-02-2026, 17:52
Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi
2-02-2026, 21:16
“İnsanı sevməyi səndən öyrəndim...”
2-02-2026, 16:33
Yazıçının evi qarət edilib
17-12-2025, 22:31
Ədəbiyyatşünas-alim Asiya Elmlər Akademiyasına üzv seçilib
27-10-2025, 17:07
ŞAMİL ƏNVƏROĞLUNUN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB-VİDEO+FOTOLAR
1-10-2025, 15:32
Məhkəmə yazıçını qiyabi olaraq 7 il müddətinə azadlıqdan məhrum edib
16-09-2025, 15:30
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxıblar
12-09-2025, 19:34
Ədliyyə Nazirliyi yazıçı Topol və daha üç nəfəri xarici agentlərin reyestrinə daxil edib
25-08-2025, 18:34
HÜSEYN ARİFLƏ İSMAYIL İMANZADƏNİN CƏBRAYIL SƏRGÜZƏŞTLƏRİ
12-08-2025, 23:11
Haqqdan yanan çıraq- Vüqar Vüqarlı-70
31-07-2025, 16:40
Mirzə Ələkbər Sabir Fondu növbəti layihəsinə yekun vurub
17-07-2025, 08:33
Lev Tolstoyun şəxsi əşyaları ilk dəfə Saxalində təqdim olunacaq
15-06-2025, 20:02
Sumqayıtda şairə-jurnalist İlhamə Məhəmmədqızının 55 illik yubileyi qeyd olundu-VİDEO+FOTOLAR
11-06-2025, 11:03
38 yaşlı şairə vəfat edib
3-06-2025, 07:39
DƏYƏRLİ ŞAİRİN YENİ SÖZ SOVQATI- TARİYEL ABBASLI
31-05-2025, 16:06
Sumqayıtda şair Rafiq Yusifoğlunun 75 illik yubileyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi-VİDEO+FOTOLAR
31-05-2025, 15:15
Ukraynada ABŞ yazıçısının 30 min kitabı rus mafiyasını “romantikləşdirdiyinə” görə məhv edilib
17-05-2025, 18:21
Türkiyə Ədəbiyyat Vəqfi Sumqayıtda-Kitab təqdimatı və mükafatlandırma-VİDEO+FOTOLAR
9-05-2025, 10:00
Azərbaycan Hərb Tarixi Muzeyində “Böyük Qələbənin varisləri” kitabının təqdimatı keçirilib
8-05-2025, 23:12
"Azərbaycan" jurnalının kollektivi oxucularla görüşüb-VİDEO+FOTOLAR
7-05-2025, 10:44
Sumqayıt şəhərində Güləmail Muradın "Beş Ulduz" adlı kitabının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
2-05-2025, 10:58
ŞAHLAR GÖYTÜRKÜN ALİM – ŞAİR– VƏTƏNDAŞ MİSSİYASI-Vüqar Əhməd
18-04-2025, 00:01
Miraslan Rasimi də itirdik-Namiq MƏMMƏDLİ
16-04-2025, 23:50
Ədalət Əroğlunun doğum gününü təbrik edirəm!
16-04-2025, 22:31
Şair və ədəbiyyatşünas Konstantin Kedrov vəfat edib
9-04-2025, 09:10
Qahirədə seminar: Azərbaycan alimləri ərəb dilinin inkişafına böyük töhfələr veriblər
17-03-2025, 11:15
MƏZARSIZ QƏHRƏMAN-Xaqani Abbasəli ÖZTÜRK
16-03-2025, 02:44
Sumqayıtda şair Məmməd İlqarın 75 illik yubileyi keçirilib-VİDEO+FOTOLAR













