14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Bütün xəbərlər
BİR ÖMÜR ELMİ YARADICILIĞIN YENİ TÖHFƏSİ
Tarix: 08-10-2020 10:37 | Bölmə: Ədəbiyyat
Naxçıvan teatrının yaranması və inkişafının tədqiqində xüsusi xidmətləri olan, 40 ildən artıq bir ömrü elmə həsr etmək təbii ki, əsl vətəndaşlıq qeyrəti və təəssübkeşlikdən irəli gəlir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Əli Qəhrəmanov bu illər ərzində 6 monoqrafiya, 2 kitab, 160-a qədər elmi məqalə ilə öz elmi biliyini oxuculara təqdim etmişdir.
            Onun yeni çapdan çıxan “Naxçıvan teatrında rejissor sənəti”elmi monoqrafiyası da günümüzə qədər tam olaraq tədqiq edilməmişdir ki, bu mövzu ilk dəfə olaraq tam şəkildəictimaiyyətə və elmi mühitə təqdim edilir. Monoqrafiyada bu sənətin yaranma tarixinin 51 arxiv sənədləri əsasında təsdiqi, buradakı rejissor sənətindəki fərqli baxışların, onların ortaya çıxardığı yeniliklərin bu sənədlər əsasında sistemləşdirilməsi ağır zəhmətin bəhrəsidir. Xüsusi olaraq qeyd edək ki, Ə.Qəhrəmanovun ilk dəfə 150 ilə yaxın Naxçıvan tetrında rejissorluq sənətini geniş araşdırması, bu istiqamətdəki yaradıcılıqların müqayisəli təhlili, əldə olunanyeni elmi faktlar və nəticələr onun əvəzsiz tədqiqatlarının davamıdır. Yaşının çoxluğuna baxmayaraq arxiv sənədləri, bu istiqamətdə olan məlumatları sistemli toplamaqla ortaya çıxarmaq, müstəqil tədqiqatçılıq bacarığının bariz nümunəsidir ki, bu da gənc tədqiqatçılar üçün xüsusi elmi əhəmiyyət daşıyan bir örnək yerindədir.
Qədim Naxçıvan diyarında XIX-XXI əsrlər musiqi və teatr mədəniyyətindəki rejissorluq sənətinin dövrlər üzrə tədqiqi bu qədim sənətin formalaşmasında XIX əsr Naxçıvanda “Ziyalılar cəmiyyəti”nin rolu və Eynəlibəy Sultanovun rəhbərliyi ilə 1883-cü ildə “Naxçıvan Müsəlman İncəsənəti və Dram Cəmiyyəti”nin bu istiqamətdəki ilk mədəniyyət nümunəsi vəgünümüzdəki yeri əsərdə geniş araşdırılır.


Əsərin “Giriş” hissəsində müəllif, bu mədəniyyəti yaratmış qədim Naxçıvan ziyalılarının XIX əsrin sonunda (1884)səhnələşdirdiyi M.F.Axundovun, Eynəlibəy Sultanovun  “Müsyo Jordan və dərviş Məstəli şah”, “Hacı Qara”, “Molla İbrahim Xəlil kimyagər”, “Tatarka” və s. əsərlərin tamaşasında ilkrejissorluq sənətinin dövründən bəhs edir. Burada, rejissorluq sənətinin tarixini, göstərilən şəxslərin teatr sənətinin inkişafındakı rolunu, bu faktları təsdiq edən arxiv sənədlərinə istinadlar, eləcə də günümüzə qədər bu əsərlər və digərlərinin səhnələşdirilməsindəki rejissorlar haqqında qısa məlumatlar verilir. Bütün bunlara nail olmaq üçün o dövr Naxçıvan diyarının qədim teatr tarixini əks etdirən mənbə və arxiv sənədlərinin öyrənilməsi, bu mühüm elmi əhəmiyyətə malik tarixi mədəniyyətin üzə çıxarılması Əli Qəhrəmanovun ağır zəhmətinin bəhrəsidir.Qeyd edək ki, kitabın girişində 1884-2020-ci illər arası istər oynanılmış əsərlər, onların müəllifləri, istərsə də reşissorlar, onların ilkin aktyorluq və rejissorluq sənətləri barədə ətraflı məlumatlar verilir,qədim Naxçıvanın Azərbaycan musiqi və teatr mədəniyyətindəki yeri haqqında qiymətli fikirlər irəli sürülür.
Monoqrafiyanın “Naxçıvan teatrında rejissor sənəti” adlı I fəsillərində 1883-1920-ci illər Eynəli bəy Sultanovun həyatı haqqında qısa məlumatla yanaşı onun təşəbbüsü ilə M.F.Axundovun “Müsyo Jordan və dərviş Məstəli şah” əsərinə rejissorluğu, ordan gələn gəlirin yetimlərə ayrılması, xeyli əsərlərdə həm aktyorluq həm rejissorluq sənəti geniş təhlil edilmişdi. Bunun davamı olaraq C.Məmmədquluzədənin M.F.Axundov, N.Vəzirov, Ə.Haqverdiyev, E.Sultanov və b. “Müsyo Jordan və dərviş Məstəli şah”, “Hacı Qara”, “Molla İbrahim Xəlil kimyagər”, “Tatarka”, “Dağılan tifaq”, “Çay dəsgahı” kimi 20-dən artıq əsərdə həm rejissor, həm də xeylirollarda ifası geniş araşdırılır. Qeyd edək ki, bu fəsildə Əli Qəhrəmanov Mirzə Sadiq Qulubəyov, Nəsrulla Şeyxov, Məmməd Tağı Sidqi, Əliqulu Qəmküsar, Əlməmməd Xəlilov, Böyükxan Naxçıvanski və Rza Təhmasibin həyatı, ədəbi-mədəni mühitdəki yeriNaxçıvan teatrındakı rejissorluq və aktyorluq sənətlərinə aydınlıqgətirilmiş, onların 1883-1920-ci illər bu sənətdəki yerləri tarixi faktlarla sübut edilmişdir. Müəllif, bu fəsildə xeyli arxiv sənədləri və qaynaq məlumatlarına, tədqiqatəsərlərinə müraciət etməklə,fikirlərini elmi baxımdan əsaslandırmış və yeni elmi faktlar ortaya qoymuşdur. Burada tamşaya qoyulmuş hər bir əsərin və bu işdə hər bir rejissor yaradıcılığının özünəməxsusluğu hərtərəfli araşdırılmışdır. Naxçıvan teatrının xalqımızın milli mədəni dirçəlişindəkirolu, bu əsərlərin insanların əxlaqına təsiri və onların milli ruhda formalaşmasına dair xeyli faktlar göstərmişdir. Qeyd edək ki, bütün bunlarmüəllifin əsl tədqiqatçı peşəkarlığını, ortaya qoyur.
Kitabın II-IIIfəsillərində Naxçıvanteatrında rejissorluq sənətini 1921-1940-cı illərdəki yeri, bu istiqamətdə Həsən Səfərli, Kazım Ziya, Sidqi Ruhulla, Yusif Yulduz, HəsənAğayev, Səməd Mövləvinin həyatı və rejissorluq fəaliyyətləri geniş tədqiq edilir. Burada sovetləşmənin ilk illərində Naxçıvan ziyalılarının teatr həvəskarlarını və məktəbli gəncləri “Ümid” dram cəmiyyətinə cəlb etmələri, 1921-ci ilin sonlarında Bahadır Vəlibəyovun təşəbbüsü ilə Naxçıvanda həvəskar qadın aktyorları tərəfindən “Arşın mal alan” musiqili komediyasının hazırlanmasındaHəsən Səfərlinin buradakı rejissorluq fəaliyyəti faktlarla sübut edilir.
Qeyd edək ki, monoqrafiyanın bu fəslində Sidqi Ruhulla,Yusif Yulduz, Həsən Ağayev, Kazım Ziya və Səməd Mövləvinin həyatı yaradıcılığı ilə bərabər Nxçıvan teatrında onların oynadığı rollar, eləcə də rejissorluq sənəti birlikdə işıqlandırılır ki, bu da onların tetrda ikili zəhmətinin göstəricilərindən biridir. Bu müəlliflərin M.F.Axundov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev,H.Cavidkimi 50-dən yuxarı Azərbaycan və əcnəbi drammaturqlarının “Müsibəti-Fəxrəddin”, “Xırs quldurbasan”, “Şeyx Sənan”, “Lənkəran xanının vəziri”, “Arşın mal alan”, “Əsli və Kərəm”, “Leyli və Məcnun”, “Ölülər”, “Otello”, “Hamlet”, kimi əsərlərə verdiyi quruluşlar və səhnədə yaratdıqları rollar monoqrafiyada geniş geniş əks olunur.Monoqrafiyaya diqqət etdikdə burada hər bir rejissorun istər aktyorluq, istərsə də rejissorluq sənətindəki özünəməxsus keyfiyyətləri də geniş təhlil olunurvə bütün bunlar, xeyli sayda mənbə və arxiv sənədləri ilə elmi baxımdan əsaslandırılır.
Monoqrafiyanın III fəslində də bu sənətin davamçıları  olan rejissorların  1941-1945-ci illərdə Naxçıvan teatrında fəaliyyətləri tam olaraq göstərilməkləi onların bu istiqamətdəki fəaliyyətlləri geniş işıqlandırılır. Buradİsa Musayev, İbrahimHəmzəyev, Məcid Zeynalovun həyatı və yaradıcılığı geniş təqdiq edilmişdir. Qeyd edək ki, hər teatr mövsümündə yeni-yeni axtarışlar aparan və gecə-gündüz rol üzərində yorulmaq bilmədən çalışan İsa Musayevn Naxçıvan teatrında yerli və əcnəbi müəlliflərin “Hacı Qara”, “Ölülər”, “Almaz”, “Sevil”, “Od gəlini”, “Otello”, “Qaçaqlar”, “Rus məsəli” kimi 50-yə yaxın əsərlərə uğurlu quruluş verməsi, əsl rejissorluq sənəti xeli elmi faktarla sübut edilmişdir. Onun bu sənətdən əvvəl “Dəmirçi Gavə”, “Ölülər”,“Köhnə dudman”,“Dağılan tifaq”kimi əsərlərdə özünəməxsus ustalıqla yaratdığı Gavə, Pərviz xan, Nəcəf bəy, Fərhad, İsgəndər kimi bir sıra mühüm və mürəkkəb obrazların ifaçısı olması da monoqrafiyada öz geniş əksini tapır ki, bu müəllifin ağır zəhmətinin danılmaz sübutlarıdır.
Bu fəsildə İbrahim Həmzəyevin,Məcid Zeynalovun1937-1942-ci illlər tamaşalarda Abbas, Elxan, Qubad, Vaqifkimi xeyli rolları,Naxçıvan teatrında “Vəziri-xani Lənkəran”, “Qanlı döyüş” “Babək”, “Fərhad və Şirin”, “Vaqif”, “ “Babək”, “Şöhrət”, “İki qardaş” kimi xeyli sayda əsərlərdəki rejissorluqları, əsərlərə özlərinəməxsus verdiyi qurulular geniş araşdırılmışdır. Bütün bu faktlar müəllifin öz tədqiqatçılıq bacarığının bariz nümunələri olmaqla, qədim teatr sənətinə gətirdiyi elmi yeniliklərdir ki, bu əsər gələcək tədqiqatçılar üçün əsl mənbə ola bilər.
Monoqrafiyanın IV-V fəsillərində Əli Qəhrəmanov ilk dəfə olaraq 1946-1990 və 1991-2020-ci illər Naxçıvans teatrındakı rejissorluq sənətinin sistemli şəkildə araşdırmış, bu rejissorların teatrdakı fəaliyyətini, tamaşaya qoyulan yüzdən yuxarı əsərin rejissoru olmalarını, teatrın inkişafındakı rolllarını elmi faktlarla əsaslandırmışdır. 1946-1990-cı illər bu istiqamətdə çalışmış Ağəli Dadaşov, İldırım Cabbarov, Baxşı Qələndərli, Nəsir Sadıqzadə, Vəli Babayev, Vaqif Əsədov, Əsgər Əsgərov və Əliqismət Lalayevin həyatı və yaradıcılıqları, eyni zamandabu illərdə müxtəlif əsərlərdə yaratdıqları obrazlar, teatr cəmiyyətlərində bir rejissor kimi fəaliyyətləri geniş təhlil olunmuşdur.Qeyd edək ki, monoqrafiyada bu rejissorlar tərəfindən tamaşaya qoyulan əsərlər, bu əsərlərin müəllifi, oynanıldığı tarix, oxuculara təqdim edilir ki, bu da müəllifin peşəkartədqiqatçılıq bacarını sübut edən elmi faktlardır.
Monoqrafiyanın IV fəslndə Ağəli Dadaşov,İldirim Cabbarov və Baxşı QələndərlininNaxçıvan teatrına baş rejissor vəzifəsinə gəlişləri,1948-1964-cü ilərdə burada “Solğun çiçəklər”, “Hacı Qara” “Toy kimindir?”, “Komsomol poeması”, “Vüqarlı gözəl”, “Yaxşı adam”,“Məhsəti” “Müsyö Jordan və dərviş Məstəli şah”, “Hacı Qara”, “Şeyx Sənan”, “Şeyda”, “Od gəlini” kimi 100-dən yuxarı əsərə verdikləri quruluş geniş araşdırılmışdır. Bununla bərabər göstərilən fəsildə, 1959-cu ildən Nəsir Sadıqzadənin də Naxçıvan teatrında rejissoru olduğu “Ədalət” mənzum pyesi, “Sahildə məhəbbət”, “Yağışdan sonra” “Məhv olmuş gündəliklər”, “Həmyerlilər”, “Qız atası”, Vəli Babayevin “Ağır cəza”, “Yaşar”, “Od gəlini”,“Хanuma”, “Kоr padşah”, “Üfüqlər qızaranda” kimi xeyli sayda əsərlərə verdiyi quruluşların geniş təhlili də uğurlu araşdırmanın, ağır zəhmətin təkzibolunmaz nümunələridir.
Ə. Qəhrəmanovun bu fəsildə1984-1988-ci illər aktyor və baş rejissor kimi işləmişVaqif Əsədovun Naxçıvan teatrında 50-dan yuxarı yerlivə əcnəbi müəlliflərin əsərlərində oynadığı Cəbi, Şeyda, Azər, Cavad, Nizami Gəncəvi, Volodko, Teodoro, Dik, kimi bir-birindən fərqli, yadda qalan obrazlar,“Sükut divarı”, “Cırtdan”, “Əlincə qalası”, “Elektra, “Bəxt üzüyü” kimi 15-dən yuxarı tamaşaya verdiyi quruluş damonoqrafiyada öz əksini tapır. Bunun davamı olaraq eyni aktyorluq və rejissorluq sənətini yaşamı Əliqismət Lalayevin də həyatı və yaradıcılığı əsl tədqiqat obyektinə çevrilmişdir. Onun oynadığı Cavid, Əhəd, Abbas Səhhət,Orest, Antonino kimi rolları, “Hicran”, “Məni qınamayın”, “Günahsız müqəssirlər” kimi 10-dan yuxarı tamaşaya rejissorluq baxışı hərtərəfli tədqiq olunur. Bu fəsildə yenə də 1989-1996-cı illər Əsgər Əsgərovun Naxçıvan teatrında aktyor və baş rejissor kimi fəaliyyəti dövrü quruluş verdiyi tamaşalarda oynadığı Əhməd Rza, Dövlət bəy, Assent, Həsənqulu bəy kimi rolları, rejissor kimi “Bəxt üzüyü, “Zoopark əhvalatı”, “Qəribə adam”, “Aydın” kimi xeyli tamaşaya verdiyi quruluş tam olaraq tədqiq eilir. Əli Qəhrəmanovun bu monoqrafiyada ortaya qoyduğu tarixi gerçəkliklər, Naxçıvan teatrının inkişafı üçün rejissorların fədakarlıqları, hazırlanan tamaşaların mükəmməlliyi, vətənə xidməti özlərinin müqəddəs vəzifələri hesab etmələri bu rejissorların əsl vətəndaşlıq təəssübkeşlikləri faktlarla öz təsdiqini tapır.
Biz V fəsildə də bütün bu tədqiqatın ardıcıl davamına rast gəlirik. BuradaKamran Quliyev, Rövşən Hüseynov, Yasəmən Ramazanova, Tofiq Seyidovun1991-2020-ci illər həm aktyorluq, həm dərejissorluq sənəti haqqında ətraflı məlumatlarla qarşılaşırq. Naxçıvan teatr səhnəsindəM.F.Axundov, Ə.Haqverdiyev,H.Cavid, C.Məmmədquluzadə və xeyli yerli, eləcə də əcnəbi müəlliflərin əsərlərində Kamran Quliyevin 60-dan yuxarı Ayxan, Ezop,Еgist, Əmir Teymur, Elxan, Uluq kimi rollardakı yeri, 1980-ci ildə xalq teatrı müsabiqəsində birinci yer alması,“Tоpal Tеymur”, “İblis”, “Səyavuş”, “Atabəylər” kimi 50-dən artıq əsərə verdiyi quruluşlarhərtərəfli tədqiq edilir. Eyni zamanda Rövşən Hüseynovun teatr səhnəsində yaratdı Bəhram, Hüseyn Şeyda, Özdəmir kimi obrazlar və 20-dən artıq “Koroğlu nəsli” “Dörd əkiz haqqında nağıl”, “Kor padşah” “Sehirli yaylıq”kimi əsərlərdə rejissorluğu Ə.Qəhrəmanov tərəfindən əsl tədqiqat obyektinə çevrilir.
Monoqrafiyanın bu fəslindəYasəmən RamazanovanınyaratdığıХurаmаn, Qəmzə, Zеynəb,Süsən-Sünbül, Nаzlı, Zərgül kimi obrazları və onun“Mənim qаyınаnаm”, “Yazıya pozu yoxdur”,  “Afət” əsərlərindəki rejissorluq sənəti,Tofiq Seyidovun Şahin, Şeyx Ömər Osman, Həsən bəy, Qədir, Orest, Yıldırım kimi aktyorluq sənəti və “Russayağı evlənmə”, “Manqurt”, “Kuklalar evi”, “Müsyö Jordanın Qarabağ sərgüzəşti”, “Nadir şah” əsərlərdəki rejissorluq sənəti Naxçıvan teatrını bu dövr inkişafını tam olaraq özündə əks etdirir. Demək olar ki, Ə.Qəhrəmanov bütün bu fəsillərdə göstərilən rejissorların tamaşalardakı rolları və tamaşaların səhnələşdirldiyi illər, hər bir obrazın tamaşaçıya təsiri, rejissorluqda bu şəxsiyyətlərin milli təəssübkeşliyi və s. amilləriarxiv sənədləri və mənbələr əsasında, geniş təhlil etmişdir. Monoqrafiyada bütün bu dövr rejissorların dramatik rollarda, realist səpkili psixoloji obrazlarda inamla çıxışları, ifadə vasitələrinin sadəliyi, təbiiliyi, cazibədarlığı və səmimiyyəti ilə xalq arasında böyük hörmət qazanma faktları da geniş yer alır.
Əsərə diqqət etdikdə 150 ilə yaxın Naxçıvan teatrında aktyor və rejissor sənəti kimi bütün bu tarixi mədəniyyət nümunələrimizin tədqiqi, Naxçıvan milli teatr tarixinin və teatrın Cənub və Şimal Azərbaycan teatrları ilə əlaqələri, Şərq mədəniyyətinə təsiri əlamətləri tam olaraq özünü təqdim edir. Bu elmi nəticələr, geniş və əhatəli tədqiqat, müəllifin əsl tədqiqatçı peşəkarlığının bariz nümunəsi olmaqla gənc tədqiqatçılara bir örnək kimi xüsusi elmi əhəmiyyət daşıyır. Bütün bu faktlara istinadən biz müəllifə gələcək elmi yaradıcılığında yeni-yeni uğurlar və möhkəm can sağlığı arzulayırıq.
FİRUDİN RZAYEV
Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun
Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent




Baxış sayı: 611


Bölməyə aid digər xəbərlər