Bütün xəbərlər
"Reuters": Tramp Ukraynaya "Tomaqavk" raketlərini verməkdən imtina etdi
Tarix: 20-10-2025 09:44 | Bölmə: Karusel

ABŞ prezidenti Donald Tramp Amerikanın “Tomaqavk” qanadlı raketlərini Ukraynaya verməkdən imtina edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.
Tramp oktyabrın 17-də Vaşinqtonda Kiyev lideri Vladimir Zelenski ilə görüşüb. Agentliyin məlumatına görə, söhbət zamanı Amerika prezidenti Zelenskinin raketləri qəbul etməyəcəyini açıqlayıb.
Bundan başqa, Tramp həm Kiyevə, həm də Moskvaya təhlükəsizlik zəmanətlərinin verilməsindən danışıb, agentliyin mənbəsi qeyd edib.
Bundan əvvəl ABŞ prezidenti bəyan etmişdi ki, o, “Tomaqavk” raketlərini Ukraynaya ötürmək imkanını nəzərdən keçirir. Bununla belə, Amerika lideri ABŞ-ın bütün silahlarını təhvil verə bilməyəcəyini vurğulayıb.



Baxış sayı: 22


Bölməyə aid digər xəbərlər