Bütün xəbərlər
Təyyarənin təcili enişinin ilkin səbəbi açıqlanıb
Tarix: 20-10-2025 09:43 | Bölmə: Karusel

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Pulkovo hava limanında təcili enişinin ilkin səbəbi texniki nasazlıq olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Qərb Departamentinin məlumatına görə, havaya qalxarkən eniş şassisi geri çəkilə bilməyib.
Departamentin Telegram kanalında verilən məlumata görə, faktla bağlı araşdırma aparılır, istintaq qrupu hadisə yerində işləyir.
Sankt-Peterburq-Bakı reysi ilə uçan təyyarə bazar ertəsi, oktyabrın 20-də səhər tezdən şimal paytaxtının hava limanına məcburi eniş edib. Eniş zamanı təyyarə uçuş-enmə zolağından çıxıb.
Sərnişinlərdən xəsarət alan olmayıb. Təyyarə zədəsiz idi.



Baxış sayı: 22


Bölməyə aid digər xəbərlər