19:13 / 10-09-2026
Beyninə qan sızması və böyrək hidronefrozu ilə mübarizə aparan balaca Raula dəstək olaq!
19:03 / 10-09-2026
“Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər”
18:58 / 10-09-2026
“100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü” - Video
18:50 / 10-09-2026
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsir
18:47 / 10-09-2026
Polis yeniyetmələri bıçaqla hədələyəni saxlayıb
18:43 / 10-09-2026
Peskov Latviyanı Rusiya taxılına rüsumlar səbəbindən itkilərlə bağlı xəbərdar etdi
18:38 / 10-09-2026
Gəmidə baş verən yanğında 25 nəfər ölüb
18:35 / 10-09-2026
Mali terrorçuları ölkənin mərkəzində hücum həyata keçiriblər
18:33 / 10-09-2026
Yanğından uşağı xilas edən bir kişi hadisənin təfərrüatlarını paylaşıb
18:30 / 10-09-2026
Pilotsuz təyyarənin uçuş videosunu mesajlaşma tətbiqində yerləşdirib və cərimə alıb
17:47 / 10-09-2026
Venesuelada Ukrayna modelini daşıyan təyyarə qəzaya uğrayıb
17:43 / 10-09-2026
Bir ovçu, insanların ayıları özləri təhrik etdiyini bildirdi
17:40 / 10-09-2026
"Spartak"la müqaviləsini ləğv etdikdən sonra "Rostov"a qoşuldu
17:37 / 10-09-2026
MSU professorunun qətlində ikinci şübhəli axtarışda elan edilib
17:33 / 10-09-2026
Ermənistan Parlamenti Rusiya qoşunlarının Gümrüdən çıxarılmasını nəzərdən keçirmir
11:02 / 10-09-2026
FSB Britaniya səfirliyinin təhlükəsizlik xidmətində çalışan Rusiya vətəndaşının həbsini göstərdi
10:56 / 10-09-2026
UAC Hindistana 100-dən çox "Il-114-300" təyyarəsi çatdıracaq
10:52 / 10-09-2026
ABŞ Nepal kimi bir fəlakətlə üzləşir
10:48 / 10-09-2026
Çayda cəsədi tapılan kişinin şəxsiyyəti müəyyən edilib
10:44 / 10-09-2026
Qanunu pozan təxminən 200.000 miqrantın Rusiyaya girişini qadağan edib
10:33 / 10-09-2026
Rusiya ordusu Kiyevdəki logistika nəqliyyat qurğusuna zərbə endirdi
10:29 / 10-09-2026
Moldova Zelenskinin təyyarəsinə dronla təhdid edilməsi ilə bağlı xəbərləri təkzib edib
15:41 / 09-09-2026
Yerli sakinlər kəndə doğru gedən ayını vurublar
15:36 / 09-09-2026
Milli parkda itkin düşən turist ölü tapılıb
15:33 / 09-09-2026
Güclü yağışlar səbəbindən 2 milyon insan təxliyə olunur
15:30 / 09-09-2026
Dağlarda uçqun nəticəsində ölənlərin sayı 13-ə çatıb
15:26 / 09-09-2026
İki qadının restoranda qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb
15:23 / 09-09-2026
Xidmət avtomobilini yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb
15:16 / 09-09-2026
Şimali Koreya əsgərləri bir ay ərzində Cənubi Koreya ilə sərhədi 20 dəfədən çox keçiblər
15:13 / 09-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Norveç tərəfindən həbs edilən gəminin demək olar ki, bütün heyəti və sərnişinləri evə qayıdıb
15:11 / 09-09-2026
Fransa Baş naziri nazirlərin maaşlarını azaltmaq istəyir
15:08 / 09-09-2026
Daşqınlardan sonra 11 rus itkin düşmüş kimi qeydə alınıb
14:44 / 09-09-2026
Bədən tərbiyəsi dərsi zamanı məktəbli ölüb
14:41 / 09-09-2026
Almaniya Xarici İşlər Nazirliyi Avropanın Rusiya ilə sülh mövzusunda dialoqa hazır olduğunu açıqladı
14:33 / 09-09-2026
"Yak-130M" idarə olunan bombalar, hava-hava raketləri və toplar aldı
14:29 / 09-09-2026
Lavrov Ukrayna mövzusunda dəyirmi masada iştirak edəcək
“Azərbaycan minatəmizləməni maliyyələşdirməkdə əksər ölkələrdən daha yaxşıdır” - “Al Jazeera” “Azərbaycan minatəmizləməni maliyyələşdirməkdə əksər ölkələrdən daha yaxşıdır”Dünya
Tarix: 02-10-2022 21:26 | Bölmə: Dünya
“Azərbaycan iqtisadi cəhətdən fəaliyyətləri maliyyələşdirmək üçün əksər ölkələrdən daha yaxşıdır, bununla belə iki il ərzində cəmi 514 kv.km ərazini minalardan təmizləyə bilib. Ümumiyyətlə, minalardan təmizlənməyə ən çox ehtiyacı olan ölkələr buna ən az imkanı olan ölkələrdir, çünki əraziləri minalarla çirkləndirən münaqişələr həm də iqtisadiyyatları məhv edir”.
“Qafqazinfo” “Al Jazeera” nəşrinin minatəmizləmə ilə bağlı “Dünyanın mina probleminin yeni həllinə ehtiyacı var” məqaləsini təqdim edir:
“Ukraynanın şərqində müharibə başlayandan səkkiz il, Rusiyanın genişmiqyaslı hərbi təcavüzündən altı ay sonra Kiyev böyük minalanma problemi ilə üzləşib. Təxminən 160 000 kvadrat kilometr ərazisi minalarla çirklənmiş Ukrayna hazırda dünyanın ən çox minalanmış ölkələrindən biridir. Müqayisə üçün, bu, İrlandiyanın, demək olar ki, ikiqat böyüklüyündə bir ərazidir.
ABŞ gələn il üçün Ukraynada mina əleyhinə fəaliyyət üçün 100 komandanı maliyyələşdirmək üçün 89 milyon dollar vəd edərək bu şeytani problemi həll etmək səylərinə rəhbərlik edib. Bu, müəyyən nəticələr verəcək konkret addımdır. Amma bu kifayət etməyəcək. Minalama cəmi 2, hər minanın çıxarılması isə 1 000 dollara başa gəlir.
Problemin miqyasını ölçmək üçün Cənubi Qafqazda Qarabağ bölgəsinə nəzər salaq. Həmin region 1990-cı illərin əvvəllərində Azərbaycan və Ermənistan arasında baş vermiş Birinci Qarabağ müharibəsindən sonra Yer kürəsinin ən sıx minalanmış ərazilərindən birinə çevrildi. 2020-ci ilin sonlarında baş verən qarşıdurma Azərbaycanın ilk münaqişədə itirdiyi əraziləri azad edərək minalanmış torpaqlara giriş imkanı yaratdı. Azərbaycan o vaxtdan işğaldan azad edilmiş əraziləri münaqişədən sonra yenidənqurma üçün təhlükəsiz hala gətirməyə başlayıb. Bu günədək 514 kv.km ərazi təmizlənib. Bu sahədə işləyənlər üçün bu, dərin təsirli səslənə bilər, lakin 11 270 kv.km hələ də yaşayış üçün yararsız olaraq qalır.
Minatəmizləmə ilə bağlı problemin xərcləri. Azərbaycan iqtisadi cəhətdən fəaliyyətləri maliyyələşdirmək üçün əksər ölkələrdən daha yaxşıdır, bununla belə iki il ərzində cəmi 514 kv.km ərazini təmizləyə bilib. Ümumiyyətlə, minalardan təmizlənməyə ən çox ehtiyacı olan ölkələr buna ən az imkanı olan ölkələrdir, çünki əraziləri minalarla çirkləndirən münaqişələr həm də iqtisadiyyatları məhv edir. Maliyyələşdirməni təmin etmək üçün 2030-cu ilə qədər 17 qlobal məqsədlə yanaşı, minasız dünya Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) çevrilməlidir.
Bu ideya Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən bu ilin əvvəlində Bakıda təşkil olunmuş Ərazilərin Minalardan Təmizlənməsi üzrə Humanitar Konfransda irəli sürülüb və müzakirə olunub. Nə hazırkı beynəlxalq razılaşmalar, nə də milli proqramlar kifayət edir.
Minalardan təmizləmə monitorinqinin hesabatına əsasən, 2020-ci ildə dünya üzrə cəmi 153,4 kvadrat kilometr ərazi təmizlənib. O, həmçinin milli minatəmizləmə proqramlarının dörddə birindən azını “yaxşı” və ya “çox yaxşı” kimi qiymətləndirib; qalanları əhəmiyyətli irəliləyiş əldə etmək üçün çox az maliyyələşdirilib. Bu, Ukraynaya yaxşı heç nə vəd etmir.
Bununla belə, minalardan təmizləməyə DİM statusu verilsə, bəhrələri dərhal hiss olunacaq. Birincisi, bu təyinat qlobal səylərin koordinasiyasına kömək edəcək, beynəlxalq maliyyə mexanizmlərinə çıxışı təmin edəcək və maliyyələşdirilməmiş milli proqramların yükünü yüngülləşdirəcək.
İkincisi, DİM statusu minalardan təmizləmə üçün büdcələri, məsələn, təhsilin inkişafı proqramları ilə eyni sıraya qoyaraq bu maliyyələşdirməni məhdudlaşdırmağa kömək edəcək. Vəsaitlərin məhdud olduğu postmüharibə, postkoronavirus şəraitində bu, çox vacibdir.
Üçüncüsü, DİM tədqiqat və inkişaf üçün daha çox maliyyə cəlb edir, bunu biz təmiz enerji və dayanıqlı şəhərləri təşviq etmək səylərində gördük. Minatəmizləmə üçün sadəcə vəsait yatırmaq yetərli deyil: təmizləmə üçün hər vahidə (minaya - red.) düşən xərc azalmalıdır.
Bununla belə, minasız dünyanı DİM-ə çevirmək üçün bəlkə də ən güclü arqument ən sadədir: belə də olmalıdır. Minalarla çirklənmiş ərazilərdə davamlı inkişaf bir yana qalsın, inkişaf belə mümkün deyil.
2017-ci ildə Cenevrə Beynəlxalq Humanitar Minalardan Təmizləmə Mərkəzi və BMTİP-nin birgə araşdırmasına əsasən, minalarla mübarizə BMT-nin mövcud DİM-dən 12-si ilə birbaşa əlaqəlidir, digər dördünü isə dolayı yolla dəstəkləyir. İkinci DİM-i götürək: aclığa son qoymaq, ərzaq təhlükəsizliyinə nail olmaq və dayanıqlı kənd təsərrüfatını təmin etmək. Minalar əkin sahələrinin böyük bir hissəsini əhatə etdiyi yerlərdə - Ukraynada olduğu kimi - ölkənin öz qidasını istehsal etmək qabiliyyətinə birbaşa təsir göstərir. Dördüncü DİM-i götürək: bərabər və inklüziv təhsili təmin etmək. Minalanmış ərazilər uşaqların məktəbə çatmasını xeyli çətinləşdirə bilər və hətta münaqişə zamanı təhsil müəssisələrinin özləri minalana bilər. Bu, istər-istəməz məktəbə qəbula və təhsilə çıxışa təsir göstərir.
Minalanmış torpaqlar yeni problem deyil. Ancaq yeni bir həll lazımdır. Onlardan azad bir dünya görmək istəyiriksə, onlara texniki və ya hərbi deyil, sosial inkişaf məsələsi kimi baxmalıyıq.
Əgər Ukraynada şahidi olduğumuz dəhşətin yaxşı tərəfinin olduğunu söyləmək olarsa, bu, dünyanın diqqətini münaqişə və postmünaqişə zonalarında minaların təmizlənməsi üzrə kritik səylərə yönəldib. Bu diqqəti DİM-ə çevirməyimizi təmin etmək üçün istifadə edilməlidir. Əvvəl-axır DİM-lərin hamısı bir-birinə bağlıdır. Geniş şəkildə dəstəklənən qlobal minatəmizləmə səyləri olmadan digər məqsədlərə nail olmaq üçün heç bir ümid yoxdur”.
Baxış sayı: 440
Bölməyə aid digər xəbərlər

Dünən, 18:38
Gəmidə baş verən yanğında 25 nəfər ölüb
Dünən, 10:52
ABŞ Nepal kimi bir fəlakətlə üzləşir
9-09-2026, 15:16
Şimali Koreya əsgərləri bir ay ərzində Cənubi Koreya ilə sərhədi 20 dəfədən çox keçiblər
9-09-2026, 15:11
Fransa Baş naziri nazirlərin maaşlarını azaltmaq istəyir
9-09-2026, 14:41
Almaniya Xarici İşlər Nazirliyi Avropanın Rusiya ilə sülh mövzusunda dialoqa hazır olduğunu açıqladı
8-09-2026, 18:45
115 yaşlı yapon qadın uzunömürlülüyün sirrini açır
8-09-2026, 18:14
London İsrail yaşayış məntəqələrinə qarşı yeni sanksiyalar elan etdi
7-09-2026, 20:58
Serbiya Nazirlər Kabineti Vuçiçdən parlamenti buraxmağı və erkən seçkilər təyin etməyi xahiş edib
7-09-2026, 20:51
Vitkoff Fransanı Ukrayna ilə bağlı danışıqlara hazırlaşmağa çağırdı
7-09-2026, 16:44
Merz Almaniyanın partiya sistemində tektonik dəyişiklik elan etdi
6-09-2026, 19:07
Polşa hərbçiləri quş sürüsü ilə bağlı həyəcan təbili çaldı
6-09-2026, 18:55
Almaniya sakini ölkənin siyasi vəziyyətini həyəcanverici adlandırıb
6-09-2026, 18:43
Elektrik xətlərindəki 12 partlayıcı qurğu zərərsizləşdirilib
6-09-2026, 18:40
Britaniya siyasətçilərin iştirak etdiyi süni intellekt pornosunun yayılmasını araşdırır
3-09-2026, 18:20
Kallas Aİ xarici siyasətinin fon der Leyen tərəfindən müəyyən edilməsindən şikayətləndi
2-09-2026, 19:42
Merkel Almaniya prezidenti olmaq ideyasını absurd adlandırdı
2-09-2026, 18:27
Almaniya Leypsiq Hava Limanında baş verən dron hadisəsində şübhəlilərin kimliyini müəyyən edib
2-09-2026, 18:23
Macarıstan Orbanın hakimiyyətə qayıda biləcəyi bir şərt irəli sürüb
1-09-2026, 20:47
Vaşinqtonun şantajı: Çinlə bağlı uğursuzluqdan sonra ABŞ Hindistana təzyiq göstərməyə çalışır
1-09-2026, 12:20
"Mash": Kanskda məktəbli qız müəllimlərə hücum etdi
31-08-2026, 16:19
Polşa idmançıları Olimpiadadan kənarlaşdırıla bilər
31-08-2026, 16:11
Tordenin müdafiə heyəti hökmdən Finlandiya Ali Məhkəməsinə apelyasiya şikayəti verəcək
30-08-2026, 18:15
Finlandiyalı jurnalist Avropada vətəndaş müharibəsinə səbəb ola biləcək amilləri müəyyən edib
30-08-2026, 18:07
Çin Ob və İrtış çayları vasitəsilə Arktikaya ABŞ-ı keçməklə bir marşrutu nəzərdən keçirir
30-08-2026, 17:46
Le Pen Avropa demokratiyaları üçün AB-yə üzvlüyü könüllü adlandırdı
30-08-2026, 17:17
Batmış bərədə ən azı altı nəfər ölüb
27-08-2026, 18:31
Bosniya Serb Ordusunun keçmiş komandanı Ratko Mladiç vəfat etdi
26-08-2026, 18:07
Daşqınlar nəticəsində təxminən 300 turist itkin düşüb
25-08-2026, 20:51
Tramp Ontario Gölünün adını "Amerika Gölü"nə dəyişdirmək istəyir
25-08-2026, 19:53
Almaniya AfD seçki qələbəsinin potensial nəticəsini proqnozlaşdırır
24-08-2026, 18:08
Britaniyanın yeni baş naziri Kiyevə Rusiya raket atışlarının qarşısını alacağına söz verdi
24-08-2026, 17:53
Alman milyarder vəfat etdi
23-08-2026, 20:37
Almaniya 2026-cı ildə "Leopard" tankları, "Poseidon" təyyarələri və "F-35" təyyarələri alacaq