20:09 / 04-10-2025
Partlayış baş verib
Bütün xəbərlər
Partlayış baş verib
Tarix: 04-10-2025 20:09 | Bölmə: Dünya

Somali Respublikasının paytaxtı Moqadişoda güclü partlayış baş verib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə şahidləri hadisə yerində güclü atışmaların olduğunu bildiriblər. Moqadişu sakinləri partlayışın videolarını X sosial media saytında yerləşdiriblər.
"Garowe" qəzetinin məlumatına görə, partlayış Godka Jilicow həbsxanasının ərazisində baş verib. Bu obyekt Somalinin Milli Kəşfiyyat və Təhlükəsizlik Agentliyinin (NISA) bir hissəsidir.
Hadisənin prezident sarayının yaxınlığında baş verdiyi bildirilir.
Hələlik partlayışla bağlı rəsmi məlumat yoxdur.
Mart ayında Somalinin paytaxtında prezident sarayında partlayış baş verib.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər
Dünən, 20:09 Partlayış baş verib