Bütün xəbərlər
WSJ: Pekin neft müqabilində Tehran üçün infrastruktur qurur
Tarix: 06-10-2025 10:04 | Bölmə: Dünya

Çin barter sistemindən istifadə edərək ABŞ-ın İranın neft tədarükü və qlobal ödəniş sistemlərinə tətbiq etdiyi sanksiyalardan yayınır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Qərb rəsmilərinə istinadən “The Wall Street Journal” məlumat yayıb.
Nəşr qeyd edir ki, Pekin və Tehran arasında əməkdaşlıq Çinin enerji resursları müqabilində İranda infrastrukturun qurulmasına əsaslanır.
"The Wall Street Journal" yazır ki, "barter kimi sistem belə işləyir: İran nefti Tehranın ən böyük müştərisi olan Çinə göndərilir və bunun müqabilində dövlət tərəfindən dəstəklənən Çin şirkətləri İranda infrastruktur qurur".
Nəşr dəqiqləşdirir ki, bu mexanizmdə guya çox məxfi Çin sığorta şirkəti iştirak edir. Mənbələrə görə, keçən il Çinin iri infrastruktur layihələrində işini maliyyələşdirmək üçün bu mexanizm vasitəsilə 8,4 milyard dollara qədər neft ödənişi keçib.
İyulun əvvəlində Middle East Eye (MEE) İranın neft barter müqaviləsi çərçivəsində Çindən HQ-9 hava hücumundan müdafiə sistemləri və yer-hava raketləri göndərəcəyini bildirmişdi. Tədarüklər Tehrana iyun ayında İsrailin hava zərbələri nəticəsində zədələnmiş hava hücumundan müdafiəsini bərpa etməyə kömək edib. Qeyd olunur ki, Vaşinqtonun ərəb müttəfiqləri və Ağ Ev İranın hava hücumundan müdafiəsini gücləndirmək üçün gördüyü tədbirlərdən xəbərdar olub.



Baxış sayı: 45


Bölməyə aid digər xəbərlər
4-10-2025, 20:09 Partlayış baş verib