Bütün xəbərlər
"Axios": ABŞ Ukrayna Silahlı Qüvvələrinin "Tomaqavk"lardan istifadəsinə nəzarət etmək imkanından narahatdır
Tarix: 07-10-2025 11:33 | Bölmə: Dünya

Tramp administrasiyasının rəsmiləri Vaşinqtonun Kiyevə təhvil veriləcəyi təqdirdə uzaqmənzilli “Tomaqavk” raketlərinin istifadəsinə nəzarət edə biləcəyi ilə bağlı narahatlığını ifadə edir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən "Axios" məlumat yayıb.
Bundan əvvəl Ağ Ev rəhbəri bildirib ki, o, "Tomaqavk"larla bağlı qərarını demək olar ki, qəbul edib, lakin Ukraynanın onlardan necə istifadə etməyi planlaşdırdığını öyrənmək istəyir.
“Son həftələrdə Tramp administrasiyasının rəsmiləri NATO ölkələri raketləri satın aldıqdan və pulunu ödədikdən sonra ABŞ-ın Ukraynanın raketlərdən istifadəsinə nəzarət edə bilməyəcəyi ilə bağlı narahatlıqlarını ifadə ediblər”, - hesabatda qeyd edilir.
Qeyd olunur ki, Kiyev hakimiyyəti Trampın “Tomaqavk” qanadlı raketlərinin tədarükü ilə bağlı qərarından xəbərsizdir.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, “Tomaqavk” raketlərinin Kiyevə ötürülməsi Moskva ilə Vaşinqton arasında münasibətlərdə müsbət tendensiyaları pozacaq.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər
4-10-2025, 20:09 Partlayış baş verib