09:32 / 11-10-2025
İki anbar yanıb
Bütün xəbərlər
Husilər Qüds bölgəsindəki hədəflərə raket zərbəsi endirdiklərini bildiriblər
Tarix: 05-10-2025 13:11 | Bölmə: Dünya

Ənsar Allah hərəkatının yəmənli husiləri hipersəs ballistik raketdən istifadə edərək Qüds bölgəsindəki bir neçə İsrail hədəfinə hücum ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ordunun sözçüsü Yəhya Sariya məlumat verib.
"Yəmən silahlı qüvvələrinin raket qüvvələri unikal hərbi əməliyyat həyata keçirib və bu əməliyyat zamanı onlar Fələstin-2 hipersəs ballistik raketindən istifadə edərək işğal altındakı Qüds bölgəsindəki bir neçə həssas hədəfə hücum ediblər", - "Əl-Masirah" telekanalının Sariaya istinadən məlumatında bildirilir.
Bundan əvvəl Ənsar Allah hərəkatının husiləri Təl-Əvivdəki hədəflərə hipersəs ballistik raket zərbəsi endirdiklərini elan etmişdilər.



Baxış sayı: 76


Bölməyə aid digər xəbərlər
4-10-2025, 20:09 Partlayış baş verib