20:09 / 04-10-2025
Partlayış baş verib
Bütün xəbərlər
Çinin Liuyanq şəhərində atəşfəşanlıq və dron nümayişi zamanı yanğın baş verib
Tarix: 04-10-2025 21:37 | Bölmə: Dünya

Çinin Liuyanq şəhərində atəşfəşanlıq və dron nümayişi yanğınla nəticələnib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Asia Television News"in məlumatına görə, hadisə oktyabrın 2-də axşam saatlarında Liuyang Sky Teatrında baş verib.
Şou zamanı onlarla dron alovlanıb. Onlar göydən binaların və tamaşaçıların üzərinə düşməyə başladılar. Yanğının baş verdiyini Liuyang Mədəniyyət, Turizm, Radio, Televiziya və İdman Bürosu təsdiqləyib. Agentlik yanğının tez bir zamanda söndürülməsinə aydınlıq gətirib.
Sosial şəbəkələrdə pilotsuz təyyarələrin odlu yağışından qaçan tamaşaçıları əks etdirən videolar yayılıb. Şəhər rəsmiləri xəsarət alanların olmadığını bildiriblər.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər
Dünən, 20:09 Partlayış baş verib