09:32 / 11-10-2025
İki anbar yanıb
Bütün xəbərlər
Tramp: "İsrail və Həmas arasında gələcək 48 saatlıq danışıqlar həlledici olacaq"
Tarix: 08-10-2025 08:00 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Tramp bildirib ki, qarşıdakı 48 saat Misirin Şarm əl-Şeyx şəhərində İsrail və Fələstin HƏMAS nümayəndələri arasında davam edən danışıqlar üçün kritik olacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Fox News"-in məlumatına görə, bu müzakirələrin nəticəsi Qəzza zolağında münaqişənin gələcəyini müəyyən edə bilər.
“Prezident Trampın keçmiş amerikalı girov (İD əsgəri İdan Aleksandr – red.) və onun ailəsinə (Ağ Evdəki görüşdə – red.) növbəti 48 saatlıq danışıqların həlledici əhəmiyyət daşıdığını deyib”, - RİA Novosti "Fox News" müxbirinə istinadən yazır.
ABŞ prezidenti həmçinin Misirə səfər edən elçiləri Steven Witkoff və Jared Kushner-ə də razılıq əldə etməyi tapşırıb.
"Əl-Cəzirə" xəbər verir ki, danışıqların ikinci günündə Həmas nümayəndə heyəti girovların azad edilməsinin İsrail qoşunlarının Qəzzadan çıxarılması ilə əlaqələndirilməsini tələb edib.
Tərəflər həmçinin İDF-nin geri çəkilmə xəritələrini və məhbusların azad edilməsi qrafikini müzakirə ediblər. Həmas həm də münaqişəyə daimi son qoyulması və İsrail qüvvələrinin anklavdan tamamilə çıxarılması üçün beynəlxalq təminatlarda israrlıdır.
İsrail və HƏMAS arasında dolayı danışıqlar oktyabrın 6-da Misirdə bərpa olunub.
Oktyabrın 7-də İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın İsrailə hücumunun ikinci ildönümündə xalqa müraciət edərək, yəhudi dövlətinin Fələstin hərəkatını məğlub edəcəyini bəyan edib və həmçinin Qəzza zolağından bütün girovları geri qaytaracağını vəd edib.
İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon bildirib ki, HƏMAS ilə danışıqlar uğursuz olarsa, Təl-Əviv “öz qaydasında” hərəkət etməyə hazırdır.



Baxış sayı: 64


Bölməyə aid digər xəbərlər
4-10-2025, 20:09 Partlayış baş verib