09:32 / 11-10-2025
İki anbar yanıb
Bütün xəbərlər
"Reuters": Qəzzada atəşkəs saziş imzalandıqdan sonra başlayacaq
Tarix: 09-10-2025 10:28 | Bölmə: Dünya

"Reuters"in mənbələrə istinadən verdiyi məlumata görə, İsrail və Fələstinin HƏMAS hərəkatı arasında atəşkəs sülh planının birinci mərhələsi üzrə saziş imzalandıqdan sonra qüvvəyə minəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Reuters" dəqiqləşdirib ki, sənədin Moskva vaxtı ilə saat 12:00-da imzalanması gözlənilir.
“Atəşkəs razılaşmasının imzalanması ilə Qəzzada qüvvəyə minməsi gözlənilir”, - deyə, məlumatda bildirilir.
"Reuters" həmçinin iddia edir ki, İsrail razılaşma əldə edildikdən sonra 24 saat ərzində Qəzzadan qismən çıxarılmasının birinci mərhələsini həyata keçirəcək.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İsrail və HƏMAS-ın Qəzza münaqişəsinin həlli üçün Vaşinqtonun təklif etdiyi planın birinci mərhələsinə razılaşdıqlarını açıqlamışdı. O, aydınlaşdırıb ki, praktikada bu, bütün girovların azad edilməsi və İsrail qoşunlarının razılaşdırılmış xəttə çıxarılması demək olacaq.
Amerika liderinin sözlərinə görə, israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi oktyabrın 13-də baş tuta bilər.



Baxış sayı: 50


Bölməyə aid digər xəbərlər
4-10-2025, 20:09 Partlayış baş verib