Bütün xəbərlər
Tramp Milli Qvardiyanı Oreqon ştatına yerləşdirib
Tarix: 01-10-2025 22:41 | Bölmə: Dünya

ABŞ prezidenti Donald Tramp “qanunsuzluğun pisləşməsi” və federal zabitlərə hücumlar səbəbindən Milli Qvardiya qoşunlarını Oreqon ştatına yerləşdirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, Milli Qvardiya qoşunları regionda asayişi bərpa edə və oradakı “xaos, ölüm və dağıntıları” dayandıra biləcək.
"Bizim gözəl federal zabitlərimiz Oreqon ştatında qanunları tətbiq edə bilmədilər. Antifa və radikal solçu anarxistlər federal mülkiyyəti qoruyan və qanunu tətbiq edən kişi və qadınlarımıza vəhşicəsinə hücum etdilər.Biz qanunlar millətiyik və qalib gələcəyik", - prezident vurğulayıb.
Sentyabrın 28-də Pentaqonun katibi Pete Hegseth Oreqon qubernatoru Tina Kotekə 200 Milli Qvardiyanın əsgərinə 60 gün müddətində federal vəzifələri yerinə yetirmək səlahiyyəti verən memorandum göndərdi. Regional hakimiyyət bu qərara məhkəmədə etiraz etməyə çalışır.



Baxış sayı: 44


Bölməyə aid digər xəbərlər