09:32 / 11-10-2025
İki anbar yanıb
Bütün xəbərlər
Dodik: "Avropa hökumətləri hakimiyyəti saxlamaq üçün müharibəyə hazırlaşmalıdır"
Tarix: 05-10-2025 16:50 | Bölmə: Dünya

Serb Respublikasının prezidenti (Bosniya və Herseqovinanın tərkibində olan qurum) Milorad Dodik bəyan edib ki, bir sıra avropalı siyasətçilər hakimiyyəti saxlamaq və daxili sosial problemləri gizlətmək üçün müharibəyə hazırlaşmalıdırlar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu barədə TASS-a şərhində bildirib.
"Onların hərbiləşdirmə çağırışları, üzləşdikləri sosial problemlərə həll yolu tapa bilməmələrinin təzahürüdür. Dəyərlər üzərində qurulan Avropa bütün bunları itirib", - Dodik bildirib.
Onun sözlərinə görə, cəmiyyət insan haqları, qanunun aliliyi, hərəkət azadlığı, rəqabət haqqında fikirlərdən uzaqlaşır və daha da parçalanır. Dodikin sözlərinə görə, əvvəllər Avropa ölkələrinə qəbul edilən miqrantlar nəinki mədəni baxışlarını dəyişməyib, əksinə, daha birləşib və indi açıq şəkildə “Almaniyada tapdıqlarına” qarşı çıxır, bu ölkənin siyasi və ictimai quruluşunu məhv edirlər.
Serb Respublikası Prezidenti əlavə edib ki, Avropanın bu problemlərə cavabı yoxdur.
Bundan əvvəl “Rossiya 24” telekanalında çıxış edən Dodik iki ildən sonra Qərb təmsilçilərinin cərgəsindən Kremlə keçməyin qeyri-mümkün olacağı fikrini bildirib.



Baxış sayı: 83


Bölməyə aid digər xəbərlər
4-10-2025, 20:09 Partlayış baş verib